beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yalan (film, 2006)

Məzmun
Müqəddəs kəlamların birində deyilib ki, yalan vardır günaha yazılmır.
Filmdə Qarabağ müharibəsinin fonunda şəhid vermiş bir ailənin əzab və iztirabları, ağır-psixoloji durumları əks olunur.
Filmin əsasını oğlunun müharibədə şəhid olması xəbərini ürək xəstəsi olan arvadına deməyən və yalan söyləyən Yavərin(Vidadi Həsənov) çəkdiyi mənəvi əzab və iztirablar təşkil edir.

Film haqqında
Filmin çəkilişlərinə Horadiz, Daşburun, Xudat stansiyalarının əməkdaşları, Füzuli, Xaçmaz, Qusar, Quba rayonlarının Nügədi, Amsar, Susay kəndlərinin sakinləri, kütləvi səhnələrdə Qarabağ döyüşləri veteranları köməklik göstərmişdir.
Rejissor Ramiz Əzizbəylinin ekranlaşdırdığı "Yalan" filmi kino həvəskarlarına təqdim olunduqdan sonra onun yaradıcılıq işi ətrafında bəzi qərəzli fikirlər dolanmaqdadır. Bəzi kino işçiləri filmdə həm texniki qüsurlar, həm yaradıcı kəm-kəsirlərin olduğundan hələ də danışırlar. Bu fikirlərin artıq onun da qulağına çatdığını bildirən filmin rejissoru Ramiz Əzizbəyli "Yalan" haqqında deyilən və yazılanların qərəzli və sifariş xarakteri daşıdığını söylədi. Onu da dedi ki, qərəzli fikirlərin müəllifləri çəkiliş prosesində hansı əziyyətlərə, məhrumiyyətlərə qatlaşdığımızdan xəbərsizdirlər: "Bu filmin çəkilişlərinə bir il sərf etmişəm, amma indi filmi tənqid edənlərdən biri də gəlib çəkiliş prosesi ilə maraqlanmayıb. Filmə çəkilən aktyorlar ən dözülməz şərtlərdə işləməli olublar. Qulağıma çatıb ki, guya mən plagiatlıq edərək, "Əsgər atası" filmindən kadrlar oğurlamışam. Bu adamların kinodan xəbərləri yoxdur. Ona görə də bilmirlər ki, hər iki filmdə mövzu eynidir, filmlərin oxşarlığı normaldır. Bəzi adamlar mənim işimi gözdən salmaq üçün həmin yazıları sifariş ediblər". Filmdə istifadə etdiyi texniki avadanlığın onu qane etmədiyini qeyd edən filmin rejissoru dedi ki, "Yalan"ı 30 ilin kino avadanlığı ilə ərsəyə gətirib. Elə bu üzdən də yaradıcı heyət kifayət qədər problemlərlə üzləşib. Eyni zamanda, o, ssenariyə müdaxilə etmək məhdudiyyəti ilə üzləşdiyini söylədi: "Çünki "Yalan" dövlət sifarişi ilə çəkilirdi, mən isə yalnız icraçı idim. Amma filmi bitirdikdən sonra gözünün yaşını silə-silə tamaşaçı zalından çıxan adamları gördüm. Deməli, "Yalan" bəyənilib. Amma bu fikirlərimin nə dərəcə həqiqət olub-olmadığını zaman göstərəcək. Çünki tamaşaçıların indi sevə-sevə izlədiyi "Arşın Mal Alan", "O Olmasın, Bu Olsun" kimi filmlər də vaxtilə tənqid olunub. Amma zaman göstərdi ki, bu filmlər nadir incilərdəndir", – deyə rejissor qeyd etdi.
Filmin çəkilişi zamanı Qubanın Susay kəndində aktyorları daşıyan avtomobil qəza təhlükəsinə düşmüşdü. Sürücünün sərxoş olması ucbatından son məqamda aktyor Təvəkkül İsmayılov avtomobildən tullanaraq sol dabanını sındırmışdı.
İlk əvvəl çəkilişlərə köhnə pulla 1 milyard manat ayrılmışdı, sonradan 100 milyon manat da əlavə olunub.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Orxan Fikrətoğlu
Quruluşçu rejissor : Ramiz Əzizbəyli
Quruluşçu operator : Amin Novruzov
Quruluşçu rəssam : Nizami Bəydəmirov
Bəstəkar : Aydın Əzim Kərimoğlu
Səs rejissoru : Əsəd Əsədov
Rejissor : Yusif Əlizadə
Operator : Elxan Novruzov
Montaj edən : Nisə Hacıyeva
Geyim rəssamı : Afaq Ələsgərova
Qrim rəssamı : Elbrus Vahidov
Fotoqraf-Rəssam : Elman Əliyev
Sinxron Səslər : Əliqulu Səmədov, Eldəniz Rəsulov
Səs üzrə Təcrübəçi Rejissor : Tağı Babayev
Səs üzrə Mühəndis : Mehman Nadirov
Musiqi redaktoru : Rauf Əliyev
Redaktor : Vaqif Məmmədov (IV)
Rejissor assistenti : Vüqar Əhmədov, Cəlalə Əzizbəyli, Xədicə Qarayeva
Operator assistenti : Hakim Ağayev, İlham Babayev
İşıqçı : Əli Abbasov, Ceyhun Talıbov, Kamal Sadıqov
İnzibatçı : Rafiq Musayev, Elbrus Ələkbərov
Hərbi Məsləhətçi : Nizami Əliyev (polkovnik)
İcraçı prodüser : Akif Musayev
Prodüser : Xamiz Muradov

Rollarda
Vidadi Həsənov-Yavər
Gülşad Baxşıyeva-Nisə
Təvəkkül İsmayılov-Səfər
Ayşad Məmmədov-Komandir
Elçin Əhmədov-Vasif
Günel Məmmədova-Nərgiz
Əzizağa Əzizbəyli-Dıbış
Lətifə Əliyeva-Məsmə
Arzu Muradova-Fatma
Sona Mikayılova-Tükəzban
Fərman Abdullayev-Mətiş
Vidadi Əliyev-Mərdan
Ramiz Əzizbəyli-Yaqub
Cəfər Namiq Kamal-Mamaoğlu
Qurban İsmayılov-Komendant
Azad Şükürov-Arabaçı Əli
Telman Əliyev-Andır satan
Qəmər Məmmədova-Falçı
Gülşən Quliyeva
Mahirə Yaqubova-Xəzinədar qadın
Mahi Səfərova
Kübra Dadaşova-Sərnişin
Vahid Əliyev-Alverçi
Pərviz Məmmədrzayev-Çavuş Mirzəyev
Amin Novruzov-Atraksiondakı kişi
Günel Mövlud
A. Musayev
Məhərrəm Musayev
Elman Əliyev
Rəzzaq Məmmədov
E. Salahov
Xatirə Qarayeva
F. Ağayev
N. Namiqqızı
E. Abbasov
H. Babayev
Kamran
Elnur Məmmədov
S. Əliyev
K. Həsənov
E. Sultanov
N. Hacıyev
E. Həsənov
O. Əliyev
C. Zeynalov
Vüqar Hacıyev

Filmi səsləndirənlər
Eldəniz Rəsulov-Atraksiondakı kişi (Amin Novruzov) (titrlərdə yoxdur)
Ramiz Məmmədov-Fotoqraf (titrlərdə yoxdur)

Sponsor
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Çəkilişə köməklik edən qurumlar
Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi

Seçilmiş sitatlar

Yavər: Ay xanım, sizdə Rusiyətə bilet varmı?
Bilet satıcısı: Yox, biz ancaq Azərbaycanın daxilinə bilet satırıq.


Tarix: 17.02.2013 / 17:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 625 Bölmə: Filimler