beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Var olun, qızlar... (film, 1972)

Məzmun
Film həqiqətən baş vermiş hadisə – 1958-ci ilin yayında Abşeron çimərliklərindən birində dənizdə batan uşaqları xilas edərkən özü həlak olan Bakı məktəblisi Tofiq Hüseynova ithaf edilmişdir. Kinolent həlak olmuş gəncin məhz kimləri xilas etdiyi, xilas edilmiş qızların sonrakı taleyi barədə söhbət açır, filmdə müxtəlif talelər, xarakterlər açıqlanır.

Film haqqında
Film aktyor Rafael Dadaşovun kinoda ilk işidir.
Filmdə mövzudan mövzuya keçid o qədər dəqiq qurulmamışdır. Həmçinin rejissor filmdə aktyorluq qabiliyyəti olmayan şəxsləri çəkmişdir. Yazıçı Anar Murad rolunun öhdəsindən gələ bilmir.
Maraqlıdır ki, 1958-ci ildə dənizdə baş vermiş faciəli hadisə filmin çəkilişi zamanı yenidən təkrar olunacaqdı : bərk külək sahilə yaxın yerdə çimən balaca uşağı çəkib dənizin içərilərinə doğru aparır. Xoşbəxtlikdən Rüstəm rolunun ifaçısı, aktyor Ömür Nağıyev yaxınlıqda imiş. O. suya tullanıb batan uşağı xilas edir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifləri : Alla Axundova, Hüseyn Seyidzadənin iştirakı ilə
Quruluşçu rejissor : Eldar Quliyev
Quruluşçu operator : Arif Nərimanbəyov
Quruluşçu rəssam : Kamil Nəcəfzadə
Geyim üzrə rəssam : Kamil Nəcəfzadə
Bəstəkar : Polad Bülbüloğlu
Səs operatoru : Ələkbər Həsənzadə
Rejissor : Əşrəf Mamayev
Qrim üzrə rəssam : S. Pozdeyeva
Montaj edən : Tahirə Babayeva
Quraşdırılmış səhnələrin rəssamı : Kamil Nəcəfzadə
Quraşdırılmış səhnələrin operatoru : Şərif Şərifov
Rejissor assistentləri : Y. Əhmədov, N. İbrahimov
Rejissor köməkçiləri : Vaqif Əsədullayev, Azər Zamanlı
Operator assistentləri : Ələsgər Ələkbərov (II), Rafiq Əmirov
Geyim üzrə assistent : A. Stepanova
Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri
Redaktorlar : İntiqam Qasımzadə, Nataliya Şneyer
Filmin direktoru : Yusif Yusifzadə

Rollarda
Rafael Dadaşov-İsa
Valentina Aslanova-Solmaz
G. Salmanlı-Solmaz (uşaq)
Yelena Çuxray-Sona
A. Orucova-Sona (uşaq)
Nurəngiz Gün (Nurəngiz Quliyeva kimi)-Zeynəb
A. Zeynalova-Zeynəb (uşaq)
Həsənağa Turabov-Şəmsi
Anar-Murad
Süsən Məcidova (Susanna Məcidova kimi)-Şəhla xanım
Sofa Bəsirzadə-Səkinə xanım
Ömür Nağıyev-Rüstəm
Sadıq Həsənzadə-Rüstəmin atası
Sədayə Mustafayeva-Rüstəmin anası
Arzu Səfərova-Nigar
A. Nağıyeva-şlyapalı qız
K. Məlikova
A. Nəcəfzadə
L. Sarabskaya
Tatyana Xaritonova
Muxtar Maniyev-kino işçisi
Hüseynağa Sadıqov-Qəmbər
Məleykə Ağazadə-aktrisa (titrlərdə yoxdur)
Dadaş Kazımov-balıqtutan (titrlərdə yoxdur)
Nadir Əsgərov-çimərlikdəki adam (titrlərdə yoxdur)
Fazil Salayev-Zeynəbə söz atan (titrlərdə yoxdur)
Mirzəbala Məlikov-qrim edilən (titrlərdə yoxdur)

Filmi səsləndirənlər
Şahmar Ələkbərov-İsa (Rafael Dadaşov) (titrlərdə yoxdur)
Ofeliya Sənani-Zeynəb (Nurəngiz Gün) (titrlərdə yoxdur)
Amaliya Pənahova-Sona (Yelena Çuxray) (titrlərdə yoxdur)
Əminə Yusifqızı-Solmaz (Valentina Aslanova) (titrlərdə yoxdur)
Yusif Vəliyev-Rüstəmin atası (Sadıq Həsənzadə) (titrlərdə yoxdur)


Tarix: 17.02.2013 / 17:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 357 Bölmə: Filimler