beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ürək... Ürək... (film, 1976)

Məzmun
Ağılla hisslərin ahəngdar əlaqələndirilməsi bu gün də insan probleminin vacib aspekti olaraq qalmaqdadır. Yeni psixologiyaya malik insanın yaşadığı indiki dövrdə bu məsələ böyük ictimai əhəmiyyət kəsb edir. Film aktual bir məsələyə-müasir əxlaq probleminə həsr olunmuşdur.
Əsərin qəhrəmanı Muradın(Həsənağa Turabov) mehriban ailəsi, uşağı, yaxşı vəzifəsi var. Baş verən bir təsadüf nəticəsində o, bütün bunlardan üz döndərmək istəyir. Ürəyinin dərinliklərində baş qaldıran sevgi hissi onda hər şeyə qarşı biganəlik yaradır. Murad idmançı Ramizin(Yevgeni Kindinov) həyat yoldaşı, sirk ustası Lenaya(Lyubov Virolaynen) vurulur. Bütün bunlara baxmayaraq, Murad həyatını dəyişməyə özündə cəsarət tapmır və əsl məhəbbətinə xəyanət edir.
Müəlliflər göstərirlər ki, insan vərdiş etdiyi həyat çərçivəsindən kənara çıxanda bəzən bu onun faciəsi ilə nəticələnir. Axı hərtərəfli insan böyük ağıl, dərin biliklə yanaşı, həm də dolğun hisslərə, ehtiraslara, geniş qəlbə malik olmalıdır

Film haqqında
Film yazıçı Rüstəm İbrahimbəyovun "Şirə bənzər" pyesi əsasında ekranlaşdırılmışdır.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Rüstəm İbrahimbəyov
Quruluşçu rejissor : Eldar Quliyev
Quruluşçu operator : Arif Nərimanbəyov
Quruluşçu rəssam : Mais Ağabəyov
Bəstəkar : Polad Bülbüloğlu
Mahnıların Mətni : Fikrət Qoca (Az. var.), Y. Ryaşentsev (Rus var.)
Səs operatoru : Kamal Seyidov
Montaj edən : Tahirə Babayeva
Rejissor : Fikrət Əliyev, Adil İsmayılov
Operator : Ələsgər Ələkbərov (II)
Rejissor assistenti : X. Şirinov, E. Rəsulova
Operator assistenti : S. Kaşiyev
Rəssam assistenti : A. Stepanova, P. Məlikov
Qrim rəssamı : N. Matveyeva
İşıq Ustası : M. Rəhmanov
Ansamblın Rəhbəri : Teymur Mirzəyev
Redaktor : Nadejda İsmayılova
Filmin direktoru : Rimma Abdullayeva
Filmin Direktor Müavini : Nadir Əliyev

Rollarda
Həsənağa Turabov-Murad
Lyubov Virolaynen-Lena
Yevgeni Kindinov-Ramiz
Valentina Aslanova-Solmaz
Hamlet Qurbanov-Məmmədov
Fazil Salayev-Çilingər
Almaz Əsgərova-Lalə
Elxan Qasımov-Qədeş
Eldar Əzimov

Filmi səsləndirənlər
Əminə Yusifqızı-Lena (Lyubov Virolaynen) (titrlərdə yoxdur)
Şahmar Ələkbərov-Ramiz (Yevgeni Kindinov) (titrlərdə yoxdur)
Amaliya Pənahova-Lalə (Almaz Əsgərova) (titrlərdə yoxdur)
Əliabbas Qədirov-Qədeş (Elxan Qasımov) (titrlərdə yoxdur)
Ofeliya Sənani-Solmaz (Valentina Aslanova) (titrlərdə yoxdur)
Həsən Əbluc-Məmmədov (Hamlet Qurbanov) (titrlərdə yoxdur)


Tarix: 17.02.2013 / 17:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 385 Bölmə: Filimler