beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üfüqü ötənlər (film, 2011)

Məzmun

Film Mircavad, Tofiq Cavadov, Əşrəf Murad, Rasim Babayev, Qorxmaz Əfəndiyev kimi böyük Azərbaycan rəssamlarının yaradıcılığından bəhs edir.

Film haqqında
Yazıçı, sənətşünas Sara Oğuz Nəzirovanın xatirələri əsasında çəkilmiş bu film, onun yaxından tanıdığı, yaradıcılıqları XX əsrin ikinci yarısına təsadüf edən 5 Azərbaycan avanqard rəssamından bəhs edən iki hissəli ekran əsəridir.
Film "Torpaqdan qaynaqlanan təməl", "Qardaşımdan yaxşısı yox idi", "Qaranlıqdan qopan çığırtı", "Əbədiyyata sıçrayış", "Mümkün olmayan axtarış" adlanan 5 bölümdən ibarətdir.
Filmdə "Bu, Mircavaddır" sənədli filminin və "Abşeron bağları" verilişinin kadrlarından və kinoxronikadan istifadə olunmuşdur.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Sara Oğuz Nəzirova
Rejissor : Şamil Nəcəfzadə
Operator : Nizami Abbas
Əlaqələndirici prodüser : Cavid İmamverdiyev
Rəssam : Tural Məmmədov
Musiqilərindən istifadə edilən bəstəkarlar : Qara Qarayev, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rafiq Babayev, Filip Qlass, Maykl Lourens Nayman, Sergey Kuryoxin, Aleksey Aygi, Kaneda Şigenari, Kobayaşi Arata, Nakamura Noriko
Səs rejissoru : Teymur Abdullayev
İcraçı prodüser : Əbdülnəsir Kutiyev (Abdulnasir Kutiyev kimi)
Koordinator : Şirin Məlikova
Montaj : Elmir Həsənov
Redaktor : Toğrul Cuvarlı
İkinci operator : Üzeyir Abbas
Qrim : İlqar Cəfərov
İşıqçı : Fuad Nuriyev
İnzibatçı : İlqar Musayev (II)
Sürücülər : Rafiq Cəfərov, Gündüz Cəfərov

Rollarda
Sara Oğuz Nəzirova – səyyah
Mayak Kərimov
Manaf Dadaşov
Hikmət Rəhimov
Hacıbaba Məmmədov
Sərdar Rüstəmov
Elmar Əhmədov
Bəyim Hacıyeva
Fövziyyə Əfəndiyeva
Ramiz Abutalıbov
Fazil Nəcəfov
Sürəyya Mikayılova
Nailə Muradova
Maisə Hüseynova
Əliheydər Mikayılov
Səidə Babayeva
Elnur Babayev
Çingiz Babayev
Şirin Babayeva

Sponsor
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Çəkilişə köməklik edən qurumlar
R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət muzeyi
Müasir İncəsənət Muzeyi
Azərbaycan Dövlət Rəsm Qalereyası
Müasir İncəsənət Qalereyası
Azərbaycan Rəssamlar İttifaqı

Çəkilişə kömək edənlər
Tofiq Ağababayev
Müseyib Əmirov
Fövziyyə Əfəndiyeva
Elçin Hami Axundov
Elçin Orucov
Ağahüseyn Hüseynov
Aleksandr Melqumov
Aytən Əhmədova
Fərhad Əliyev
Ağaəli İbrahimov
Rafael Gülməmmədli
Rəşad Babayev
Fərid Əşrəfoğlu
Əli Əmirli
Mehman Əliyev


Tarix: 17.02.2013 / 17:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 361 Bölmə: Filimler