beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tələ (film, 1990)

Məzmun
Filmdəki gərgin hadisələr Qarabağda baş verir. Bakı tələbələri buraya qaçqınlar üçün qəsəbə tikintisində inşaatçılara köməyə gəlirlər. Bir-birini sevən iki gənc-Tural(Vüqar Mədətov) və Günel(Tamilla Quliyeva) də onların arasındadır. Bir dəfə gecə onlar erməni quldurlarının uğursuz təxribatının şahidi olurlar. Tural imkan tapıb videokameranı işə salır və həmin qorxulu gecədə baş verən hadisələri lentə alır: əllərində partladıcı olan ekstremistlər, partlayışın göyə qalxan alovu, partlayış nəticəsində həlak olmuş bir neçə nəfər quldur, quldurları aparan, nişanı silinmiş vertolyot. Tural əmindir ki, videomaterial cinayətkarların ifşasına kömək edəcəkdir. Bundan xəbər tutan düşmənlər bu arzuolunmaz şahidi aradan götürməyi qərara alırlar...
Film gənclərin bugünkü həyatından, onların vətən təəssübkeşliyindən söhbət açır.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Nadejda İsmayılova
Quruluşçu rejissor : Rasim İsmayılov
Quruluşçu operator : Rövşən Quliyev
Quruluşçu rəssam : Hədis Hacıyev
Bəstəkar : Ruhəngiz Qasımova
Səs operatoru : Əsəd Əsədov
Rejissor : Ənvər Həsənov
Operator : Sərvər Rəşidoğlu
Montaj edən : Tahirə Babayeva
Qrim rəssamı : Berta Roqova
İşıq ustası : Əbdülnəsir Kutiyev
Rejissor assistentləri : Əliqulu Səmədov, Rafiq Orucov
Operator assistenti : E. Topçubaşıyev
Rəssam assistenti : Ədalət Yunusov
Montaj üzrə assistentlər : S. Əliyeva, Xuraman Əkbərova
Pirotexnik : Əlibala Məmmədov
Trüklərin quruluşu : A. Malışev, V. Derkaç
Kaskadyorlar : D. Tarasenko, V. Jukov
Çalır : Azərbaycan Televiziyası və Radiosu Estrada Simfonik Orkestri
Dirijor : Rafiq Babayev
Musiqi redaktoru : Rauf Əliyev (R. Əliyev kimi)
Məsləhətçi : Z. Qafarov (hüquq elmləri namizədi)
İnzibatçılar : N. Yarovaya, Ötkəm İsgəndərov, Nəmxuda Usubəliyev
Filmin direktoru : İnessa Safronova
Baş prodüser : Vaqif Əsədullayev (titrlərdə yoxdur)

Rollarda
Vüqar Mədətov-Tural
Tamilla Quliyeva-Günel
Həsən Məmmədov-Səfərov
Muxtar Maniyev-Mirişli
Suğra Bağırzadə-Fatma
Rasim Balayev-Ziya Qasımoviç
Tanilə Əhmərova-Rübabə Babayeva
Elxan Quliyev-Həsən dayı
Şəmsi Şəmsizadə-Həsən Mamedoviç
Leyla Bədirbəyli-Günelin nənəsi
Nəcibə Hüseynova-Günelin anası
Firdovsi Atakişiyev-Zakir
L. Abdullayeva-Samirə
Konstantin Artyomov-Zimin
Ənvər Həsənov-VAZ ustası
Z. Abdullayev
C. Abdullayeva
T. Allahverdiyeva
S. Aslanbəyova
Xəyyam Aslan
Nəcibə Behbudova
V. Cabbarzadə
Ötkəm İsgəndərov
C. Quliyev
K. Məhərrəmova
Gümrah Rəhimov
N. Rüstəmov
Zemfira Sadıqova
Əliqulu Səmədov
Şamil Süleymanov
Neftun Tağıyev
Vahid Əliyev


Tarix: 16.02.2013 / 20:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 400 Bölmə: Filimler