beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nizami (film, 1982)

Məzmun
Film-pritça dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuşdur.
Filmdə şairin obrazı, o uzaq illərdə Azərbaycan xalqının siyasi və sosial həyatının ab-havası, insan münasibətlərinin mürəkkəb dünyası öz əksini tapmışdır. Bu film insanın tarixdə rolu, onun adamlar qarşısında borcu haqqında düşüncələrdir. Nizaminin mənəvi idealı ilə reallıq arasında uyğunsuzluq şairin insana və ədalətə inamını qıra bilməmişdir.

Festivallar və mükafatlar
1)1983-cü ildə Leninqradda XVI Ümumittifaq kinofestivalı
Dahi Azərbaycan şairinin humanist pafosunun ekran təcəssümünə görə rejissor Eldar Quliyevə Priz verilmişdir.
2)1984-cü ildə Daşkənddə Asiya, Afrika və Latın Amerikası ölkələrinin Beynəlxalq kinofestivalı
Film Özbəkistan Yazıçılar İttifaqının Diplomu və Özbəkistan Nazirlər Sovetinin Diplomuna layiq görülmüşdür.

Səhv
Filmin əvvəlində Nizami küçə ilə yeriyir və yerə diqqətlə baxdıqda kanalizasiya qapağı görünür.

Film haqqında
Filmdə Üzeyir Hacıbəyovun "Sənsiz" romansından istifadə edilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : İsa Hüseynov, Eldar Quliyev
Quruluşçu rejissor : Eldar Quliyev
Quruluşçu operator : Arif Nərimanbəyov
Quruluşçu rəssam : Mayis Ağabəyov
Bəstəkar : Qara Qarayev
Səs operatoru : Kamal Seyidov
Rejissor : Akif Rüstəmov
Operator : Yuri Varnovski
Montaj edən : Tamara Nərimanbəyova
Geyim rəssamı : Mark Qorelik, Afət Məmmədova
Qrim rəssamı : V. Arapov, İ. İlyina
Dekor rəssamı : Əziz Məmmədov
Rejissor assistenti : Süleyman Əhmədov, A. Əliyev, T. Atakişiyev, Fərid Hümbətov
Məsləhətçi : Ziya Bünyadov (tarix elmləri doktoru, akademik), R. Əliyev (filologiya elmləri doktoru)
Operator assistenti : N. Zəkiyev
Rəssam assistenti : M. Manuvaxova, Aydın Lazımov
Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
Dirijor : Elşad Bağırov
Redaktor : N. Qlaqoleva, Ramiz Rövşən
Filmin direktoru : Tələt Rəhmanov
Mahnıları İfa edir : Müslüm Maqomayev

Rollarda

Müslüm Maqomayev-Nizami
Həmidə Ömərova-Pəri; Afaq
Həsənağa Turabov-Müzəffəri
Ələddin Abbasov-Xaqani
Hacımurad Yegizarov(Hacımurad kimi)-Qızıl Arslan
Əhməd Salahov-Zeyd
Gülnarə Sayalıyeva-Rəna
Şahmar Ələkbərov-Osman
Hamlet Xanızadə-Əbu-Bəkr
Vsevolod Yaqut-Mütəzzil
Rəsmi Cəbrayılov-Zərgər
Muxtar Maniyev-Qazı
E. Əhmədova
Fərhad Yusifov-İsgəndər
İradə Akimova
Sadıq Hüseynov-Ata
Eldəniz Rəsulov-Əkiz qardaşlar; Maxan və Bəşir
Əliqulu Səmədov-Bəşir
Süleyman Əhmədov-Xidmətçi
Mayak Kərimov
Bahadur Əliyev-Sərxoş
A. Əliyev
T. Məmmədov
N. Hüseynov
Bəxtiyar Kərimov
Y. Məmmədxanov
Ədalət Yunusov
Ramiz Novruzov-Dərbənd elçisi

Filmi səsləndirənlər
Rasim Balayev-Nizami (Müslüm Maqomayev) (titrlərdə yoxdur)
Əminə Yusifqızı-Afaq (Həmidə Ömərova) (titrlərdə yoxdur)
Pərviz Bağırov-Zeyd (Əhməd Salahov) (titrlərdə yoxdur)
Səməndər Rzayev-Qızıl Arslan (Hacımurad Yegizarov) (titrlərdə yoxdur)
Məmmədrza Şeyxzamanov-Bərdəli qoca (titrlərdə yoxdur)
Yaşar Nuri-Zərgər (Rəsmi Cəbrayılov) (titrlərdə yoxdur)


Tarix: 16.02.2013 / 19:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 395 Bölmə: Filimler