beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Murad-Sad (film, 1988)

Məzmun

Film qeyri-adi tərzdə yeni dövrdə gənc müasirlərimizin qarşılıqlı münasibətlərindən söhbət açır. Kinolentin qəhrəmanı Murad (Əyyub Abbasov) "Jan-Pol Maratın təqib olunması və qətli" adlı tamaşa hazırlayır. Tamaşadakı əhvalatlar Napoleon Bonapartın dövründə cərəyan edir.

Məşhur tarixi şəxsiyyətləri yada salmaqla filmin müəllifləri fransız inqilabı ilə bizim qəhrəmanlıq dövrü arasında bir oxşarlıq axtarmağa çalışırlar.

Film haqqında
Bu film İ. Vaysın pyesi üzrə improvizasiyadır.
Film rejissor Oleq Səfərəliyev və operator Bağır Rəfiyevin diplom işidir.

Filmin heyəti

Film üzərində işləyənlər
Quruluşçu rejissor : Oleq Səfərəliyev
Ssenari müəllifi : Oleq Səfərəliyev
Quruluşçu operator : Bağır Rəfiyev
Quruluşçu rəssam : Fikrət Ələkbərov, Y. Kirşner
İkinci Rejissor : Yusif Əlizadə

Rollarda
Əyyub Abbasov-Murad
Yevgeniya Şarova
Məbud Məhərrəmov
Cəmil Quliyev
Dağlar Rüstəmov-canlı


Tarix: 15.02.2013 / 20:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 194 Bölmə: Filimler