beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mezozoy əhvalatı (film, 1976)

Məzmun
Kinopovestin mərkəzində əsl həyat yolunu, səadəti, məhəbbəti zəhmətdə, neft sənayesinin inkişafında tapan alimlərin, mühəndisləri, dəniz neft birliyi rəhbərliyinin birgə fəaliyyəti, onların qarşılıqlı əlaqəsi və neft uğrunda mübarizəsi durur. Yaradıcı qrup bu kino əsəri vasitəsilə demək istəyir ki, həyat həqiqətən hünər meydanı, sınaq meydanıdır. Yalnız zəhmətə qatılaşanlar bu meydanda qalib çıxar, istədiklərinə nail ola bilərlər.

Film haqqında
Film bəstəkar Mobil Babayevin kinoda ilk işidir.
Film səs operatoru Marat İsgəndərovun kinoda ilk işidir.
Film aktrisa Zərnigar Ağakişiyevanın kinoda ilk işidir.
Filmin əsasını yazıçı Maqsud İbrahimbəyovun "Üç Qutu Səadət" povesti təşkil edir.
Əvvəllər bu povest üzrə "Mezozoy Əhvalatı" pyesi yazılmış və Moskvada Malı teatrında tamaşaya qoyulmuş, eyni zamanda fəhlə sinfi haqqında pyeslərin ümumittifaq müsabiqəsində I mükafata layiq görülmüşdür.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Maqsud İbrahimbəyov
Quruluşçu rejissor : Rəşid Atamalıbəyov
Quruluşçu operator : Aleksandr Panasyuk
Quruluşçu rəssam : Rafiz İsmayılov
Bəstəkar : Mobil Babayev
Səs operatoru : Marat İsgəndərov
Rejissor : Elmira Əliyeva, Ələsgər Ələkbərov (II)
Operator : Vaqif Muradov
Quraşdırılmış səhnələrin operatoru : Mirzə Mustafayev
Qrim rəssamı : V. Arapov
Montaj edən : Aleksandra Kamaqorova, Rəfiqə İbrahimova
Redaktor : Nadejda İsmayılova
Məsləhətçi : A. Əlizadə (akademik), A. B. Süleymanov (texniki elmlər doktoru)
Rejissor assistenti : T. Məmmədov, A. Şahbazov
Operator assistenti : Hüseyn Mehdiyev, R. Səfərəliyev
Rəssam assistenti : E. Zeynalov, X. Mirzəyev
Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
Filmin direktoru : Semyon Qaragedov

Rollarda

Tofiq Mirzəyev- Tahirov
Məlik Dadaşov- Bədirov
Anatoli Tatarov- Zaur
Yaşar Nuri- Rauf
Amaliya Pənahova- Nərminə
Regina Temir-Bulat- Sevda
Sadıq Həsənzadə- Sabir dayı
M. Abdullayev
Cahangir Aslanoğlu-Vəzifəli şəxs
Zərnigar Ağakişiyeva-Satıcı
İ. Potapov
E. Əliyev-Akif
Q. Sitnikova
F. Aşirov
Q. Sıqankov
N. Zeynalov
Ramiz Şeyxov
Dadaş Kazımov-Neftçi


Tarix: 15.02.2013 / 20:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 264 Bölmə: Filimler