beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qorxma, mən səninləyəm (film, 1981)

Məzmun
Filmdə hadisələr XIX əsrin sonu – XX əsrin əvvəllərində baş verir. Zülmkarlara qarşı mübarizə iki sevən gəncin məhəbbəti fonunda baş verir.
Filmdə ideal qəhrəmandan, xeyirxah, cəsur, imkansızlara əl tutan, gücsüz adamların müdafiəsinə qalxan sirk artisti Rüstəmdən (Muxtarbəy Kantemirov), onun sədaqətli dostlarından söhbət açılır.
Bu filmin janrını dəqiq təyin etmək çətindir. Burada musiqi də, gözəl mahnılar da var, sərgüzəştlər, gözlənilməz, qeyri-adi hadisələr də. Ekranda Azərbaycanın füsunkar təbiəti, onun mənzərəli dağları və vadiləri öz təcəssümünü tapmışdır.

Film haqqında
Film aktyor Nizami Musayevin kinoda ilk işidir.
Film aktyor Ramiz Novruzovun kinoda ilk işidir.
Film müğənni və bəstəkar Polad Bülbüloğlunun aktyor kimi kinoda ilk işidir.
Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Film 1-ci kateqoriya layiq görülmüşdür.

Filmin heyəti

Filmin üzərində işləyənlər
Ssenari müəllifləri : Yuli Dunski, Valeri Frid
Quruluşçu rejissor : Yuli Qusman
Quruluşçu operator : Valeri Kərimov
Quruluşçu Rəssam : Nadir Zeynalov
Bəstəkar : Polad Bülbüloğlu
Mahnıların Mətni : Aleksey Didurov
Səs operatoru : Əsəd Əsədov
Mahnı Yazımı : Rafiq Rəhimov
Kaskadyorlar Qrupunun Rəhbəri : Muxtarbəy Kantemirov
Kaskadyor : S. Lozdeyski, A. Beryozin, O. Kantemirov, V. Razjivin
Təlimçi : Süleyman Məmmədov
Mahnı İfa edən : Polad Bülbüloğlu, İrina Ponarovskaya, İosif Kobzon, Mirzə Babayev, Vladimir Vinokur
Ansamblın Rəhbəri : Bari Alibasov
Rejissor : Səməd Lazımov
Operator : Ələkbər Muradov
Montaj edən : Rəfiqə İbrahimova
Rejissor-Stajçı : Yefim Abramov
Geyim rəssamı : Tatyana Əmirova
Qrim rəssamı : A. Sitnikova
Dekor rəssamı : Fikrət Ələkbərov
Rejissor assistenti : Yusif Əlizadə, J. Rzayeva, V. Səfərov
Operator assistenti : V. Romanov, R. Səfərəliyev
Rəssam assistenti : Y. Aqaronova
Səs Operatoru Assistenti : Tatyana Kərimova
Montaj üzrə assistent : R. İsrafilova, S. Babayeva
Qrim üzrə Assistent : Rəna Fətullayeva
İnzibatçı : A. Məmmədov, A. Qurbanov, R. Bağırov
Redaktor : Nadejda İsmayılova, Əhmədağa Qurbanov
Filmin direktoru : Nadir Əliyev
İşıqçı : Malik Nəsirov(titrlərdə yoxdur)

Rollarda
Muxtarbəy Kantemirov-Rüstəm
Polad Bülbüloğlu-Teymur
Lev Durov-San Sanıç
Həmidə Ömərova-Telli
Həsənağa Turabov-Üçgöz Cəfər
Sergey Yurski-Pristav
Mirzə Babayev-Fərzəli bəy
Aleksandr Şarovski-Petrov
Muxtar Maniyev-Məhbus
Abbas Kazımov
Kazım Abdullayev-Məmməd
Konstantin Artyomov
Yusif Əlizadə
M. Abdullayev
Mustafa Süleymanov
S. Məmmədov
R. Bəqdəlov
Nizami Musayev-Məhbus
Rəşid Mahmudzadə
N. Dəmirov
Ramiz Novruzov-Cəfərin yaraqlısı
Əliqulu Səmədov
P. Cəlilov
Valeri Kərimov
L. Durov
Süsən Məcidova-Dayə
X. İbadov
Ramiz Məmmədov-İnzibatçı
Ə. Səfərov
R. Baxışov
Ə. Əhmədov
A. Rüstəmov
C. Cəfərov
Məmməd Məcidov
V. Səfərov
M. Dektyar
Əbdül Mahmudov-Kisəçi
Vəliəhd Vəliyev-Qanun keşikçisi
Elxan Ağahüseynoğlu-Gül satan
Nəsibə Zeynalova-Mərdanın anası
Cahangir Novruzov-Mərdan
Ələkbər Muradov-Cəfərin yaraqlısı
Zilli Namazov-Cəfərin yaraqlısı
Sofa Bəsirzadə-Xidmətçi
Sadıq Hüseynov-Mərdanın atası
Tariyel Qasımov

Filmi səsləndirənlər
Ramiz Əzizbəyli-Mərdan (Cahangir Novruzov) (titrlərdə yoxdur)
Hamlet Xanızadə-Kəndli (titrlərdə yoxdur)
Məmmədrza Şeyxzamanov-Kəndli (titrlərdə yoxdur)
Aleksandr Belyavski-Rüstəm (Muxtarbəy Kantemirov)(titrlərdə yoxdur)


Tarix: 15.02.2013 / 20:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 397 Bölmə: Filimler