beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəribə adam (film, 1979)

Məzmun
Burada çox mühüm mənəvi məsələlərə toxunulmuşdur: insan, onun mənəvi təmizliyi, öz ləyaqəti uğrunda mübarizəsi.
Filmdə pulun hakim olduğu bir ölkədə təmiz adamın ağır taleyindən danışılır.
Gənc vəkil Əhmədə(Qriqore Qriqoriu) doğruluğuna, təmizliyinə görə "Qəribə Adam" ləqəbi verilir. Pulun hakim kəsildiyi, rüşvətxorluğun geniş yayıldığı, əşya azarının epidemiya xarakteri daşıdığı cəmiyyətdə ağır sınaqlara düçar olan, beləliklə də sarsılıb ruh düşkünlüyünə qapılan Əhməd həyata inamı itirir. Bəlkə də səhv etdiyini, yanıldığını düşünən vəkil natəmiz adamlar cərgəsinə qoşulur. Lakin bu yad mühitə uyğunlaşmağa, mənəvi saflığına, təmizliyinə axıradək xəyanət etməyə, vicdanının səsini susdurmağa Əhmədin gücü çatmır. Çünki o, təbiətən başqa adamdır.
Belə sarsıntılar keçirdiyi bir vaxtda fəhlə Səlim(Q. Səlimov) Əhmədin köməyinə gəlir, onu xilas edir. Əhməd Səlimin və onun dostlarının namuslu, vicdanlı olduqlarını, saf hisslərlə yaşadıqlarını görür, yenidən xeyirxah insanların sırasına qayıdır.

Film haqqında
Film aktrisa Tanilə Əhmərovanın kinoda ilk işidir.
Film aktyor Əliqulu Səmədovun kinoda ilk işidir.
Film Türkiyə yazıçısı Nazim Hikmətin eyniadlı əsərinin motivləri əsasında yaradılmışdır.
Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Film 2-ci kateqriyaya layiq görülmuşdur.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin Müəllifi : Nazim Hikmət
Ssenari müəllifi : Əjdər İbrahimov, Marqarita Maleyeva
Quruluşçu rejissor : Əjdər İbrahimov
Quruluşçu operator : Rafiq Qəmbərov
Quruluşçu rəssam : Rafiz İsmayılov
Bəstəkar : Murad Kajlayev
Rejissor : Ramiz Əliyev
Operator : Nemət Rzayev
Səs operatoru : Vladimir Savin
Geyim rəssamı : Rafiz İsmayılov
Qrim rəssamı : V. Arapov
Montaj edən : Rəfiqə İbrahimova
Stajçı-Rejissor : Rauf Nağıyev
Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu
Quraşdırılmış səhnələrin rəssamı : Gennadi Tişşenko
Rejissor assistenti : Q. Səlimov, Nadir Əzməmmədov, Maarif Məhərrəmbəyli
Montaj üzrə assistent : R. İsrafilova
Rəssam assistenti : Y. Kirşner
Operator assistenti : Aydın Mustafayev
İşıq Ustası : Nataliya Qudovskaya
İnzibatçı : Aydın İmrani, S. Quliyev, Arif Səfərov
Redaktor : Nadejda İsmayılova
Mahnılaırn Mətni : Nəbi Xəzri, İlya Reznik, M. Podberyozki
Mahnıları İfa edən : Zeynəb Xanlarova, L. Serebrennikov, Larisa Dolina
Dirijor : Murad Kajlayev
Filmin direktoru : Gennadi Lapşuk

Rollarda
Qriqore Qriqoriu-Vəkil Əhməd
İrina Miroşniçenko-Nihal
Həsənağa Turabov-Jurnalist Arif
Əjdər İbrahimov-Tacir Rəcəb
İlham Namiq Kamal-Əbdürrəhman
Tanilə Əhmərova-Aytən
Şahmar Ələkbərov-Nuru
Kamil Dadaşov-Məqsud
Əbdül Mahmudov-Orxan
Rafiq Kərimov-Xəlil
Kamil Quliyev-Kamal
Məmməd İsmayıl-Əziz
Q. Səlimov-Səlim
Ələsgər Məmmədoğlu-Xalid
A. Quliyev-Əli
Marqarita Maleyeva
Hacıməmməd Qafqazlı
Əhməd Əhmədov
M. Əliyev
N. Dəmirov
V. Daşdəmirov
L. Bayramov
İ. Əbdürrəhmanov
A. Əsədov
Yusif Vəliyev
Elxan Cəfərov-Uşaq
Tofiq Tağızadə-Sərxoş
Amaliya Pənahova-Fəridə
Əfrasiyab Məmmədov-Filipp
Əliqulu Səmədov
Səyavuş Şəfiyev
Süleyman Ələsgərov (II)
Elçin Məmmədov


Tarix: 15.02.2013 / 20:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 480 Bölmə: Filimler