Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Halal pullar (film, 2008)

Məzmun
Film aktyor həyatından bəhs edir. Maraqlısı odur ki, filmdə baş verən hadisələr bir teatrın həyatdakı səhnəsini canlandırır. Yəni filmin qəhrəmanı olan Rasim teatr rejissorudur. Ancaq teatr bağlandığından rejissor və aktyor heyəti işsiz qalıb. Bunlar imkansızlıq üzündən fırıldaqçılıqla məşğul olmağa başlayırlar. Əllərindən də yalnız rol oynamaq gəldiyindən çörəkpulu qazanmaq üçün həmin bu fırıldaq aktyorlar obrazlarını elə həyatdaca yaratmağa məcbur olurlar. Yəni, həyatda olan hadisələri görüb həyatın səhnəsində hər biri öz rolunu oynayır. Film nikbin sonluqla bitir.

Film haqqında
Filmin çəkilişləri 3 aya yaxın davam edib.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Elmar Kərimov
Quruluşçu rejissor : Emin Mirabdullayev
Quruluşçu operator : Kənan Məmmədov
Bəstəkarlar : Rəşad Haşımov, Ənvər Sadıqov
Səs rejissoru : Teymur Kərimov
İkinci rejissor : Kamran Məmmədov
Prodüser : Müşfiq Hətəmov

Rollarda
Ramiz Əzizbəyli-Rasim
Nuriyyə Əhmədova
Vüsal Murtuzəliyev-Azad
Azər Axşam-Hamlet
Arif Quliyev
Arif Qasımov
Rəfael İsgəndərov
Murad Dadaşov-türk vətəndaşı
Ramiz Sərkərov
Tamara Babayeva
Rəfael Dadaşov-Tariyel
Samir Ələsgərov
Fərid Rzayev
Camal Həşimov
Bəhram Bağırzadə
Cavid İmamverdiyev
Kənan Məmmədov
Emin Mirabdullayev

Çəkilişə köməklik edən qurum
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


Tarix: 14.02.2013 / 21:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 319 Bölmə: Filimler
loading...