beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gümüşgöl əfsanəsi (film, 1984)

Məzmun
Şən avtomobil gəzintilərindən birində gənc sənətşünas Fərid(Eldəniz Rəsulov) və dostları yoldan keçən piyadaya(Ramiz Əzizbəyli) sataşmaq məqsədilə maşının işığını onun üstünə buraxırlar. Piyada maşına dəyib yıxılır və hərəkətsiz qalır. Məsuliyyətdən yaxa qurtarmaq üçün hamı şəhərdən çıxmağa çalışır. Fərid də uzaq dağ kəndinə, məşhur xalçatoxuyan Səidənin(Şükufə Yusifova) yanına gedir. Burada o, Səidənin qızı Leyli(Yelena Seropova) ilə tanış olur. Sadəlövh qız ona Gümüşgölün əfsanəsini danışır: hər kəs bu göldə özünü yoxlaya bilər. Əgər insan namusludursa o, gölün üstü ilə asanlıqla yeriyə bilər.
Fərid şəhərə qayıdandan sonra özünə yer tapa bilmir. Həyat ona cansıxıcı görsənir. Leyli və Gümüşgölün hərəkətsiz suları onun gözünün qarşısından çəkilmir. Fərid yenidən dağ kəndinə gedir...
Bu film-xəbərdarlıq vaxtında ayaq saxlayıb ətrafa diqqət yetirməyin, həyat haqqında dərindən düşünməyin vacibliyi barədədir.

Film haqqında
Film aktrisa Mətanət Atakişiyevanın kinoda ilk işidir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Eldar Quliyev, İsi Məlikzadə
Quruluşçu rejissor : Eldar Quliyev
Quruluşçu operator : Rafiq Qəmbərov
Quruluşçu rəssam : Mayis Ağabəyov
Bəstəkar : Müslüm Maqomayev
Səs operatoru : Marat İsgəndərov
Rejissor : Akif Rüstəmov
Montaj edən : Tahirə Babayeva
Operator : V. Romanov
Geyim rəssamı : Afət Məmmədova
Dekor rəssamı : Asif Məmmədov
Qrim rəssamı : V. Arapov
Rejissor-stajçı : Nicat Feyzullayev
Rejissor assistenti : Süleyman Əhmədov, A. Əliyev, Fərid Hümbətov
Operator assistenti : N. Zəkiyev, Abbas Rzayev (II)
Rəssam assistenti : Adil Azay
Redaktor : Toğrul Cuvarlı
Məsləhətçi : R. Abbasov (milis podpolkovniki)
Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri
Dirijor : Konstantin Krimets
Filmin direktoru : Tələt Rəhmanov
İfasından istifadə edilən müğənni : Maykl Cekson (Thriller və Wanna Be Startin' Somethin') (titrlərdə yoxdur)

Rollarda
Eldəniz Rəsulov-Fərid
Yelena Seropova-Leyli
Mətanət Atakişiyeva-Nərgiz
Şükufə Yusupova-Səidə
Kamil Zöhrabov-Dəmir
Etibar Rəhimov-Rza
Həsənağa Turabov-Ağazəki
Fikrət Quliyev-Səfər
Ağahüseyn Kərimov-muzeyin müdiri
Zöhrə Şirinova-katibə
Fikrət Məmmədov-Arif
Sofa Bəsirzadə-Sofa xanım
Ramiz Əzizbəyli-Tofiq
Naibə Şirinova-Saranın bacısı
Süleyman Əhmədov-pivə içən
R. Qorelman
Şəmsi Şəmsizadə
K. Qurbanov
Firəngiz Şərifova-Fatma
Firəngiz Rəhimbəyli-müğənni


Filmi səsləndirənlər
Əli Zeynalov-Abbas (Ağahüseyn Kərimov) (titrlərdə yoxdur)
Nəcibə Hüseynova-katibə (Zöhrə Şirinova) (titrlərdə yoxdur)
Pərviz Bağırov-Rza (Etibar Rəhimov) (titrlərdə yoxdur)
Ötkəm İsgəndərov-Dəmir (Kamil Zöhrabov) (titrlərdə yoxdur)


Tarix: 14.02.2013 / 20:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 359 Bölmə: Filimler