beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fətəli xan (film, 1947)

Məzmun
Film XVIII əsrdə ayrı-ayrı xanlıqları vahid Azərbaycan dövlətində birləşdirməyə çalışan qubalı Fətəli xanın(Ələsgər Ələkbərov) mübarizəsindən danışır.

Film haqqında
Film yenidən 1958-ci ildə redaktə edilmişdir. Bu zamana qədər film 11 il rəflərdə qalmışdır.
Film aktrisa Nəcibə Məlikovanın kinoda ilk işidir.
Film aktyor Kazım Ziyanın kinoda son işidir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Mehdi Hüseyn, Ənvər Məmmədxanlı
Quruluşçu rejissor : Yefim Dziqan
Quruluşçu operator : Əlisəttar Atakişiyev
Operator : Arif Nərimanbəyov
Quruluşçu rəssam : Yuri Şvets
Bəstəkar : Niyazi
Rejissor : Zeynəb Kazımova
Səs operatoru : Kərim Əmirov (1947), Sabir İsgəndərov (1958)
Geyim rəssamı : K. Xanlarov
Qrim rəssamı : Georgi Parisaşvili
Redaktor : Məmmədsadıq Allahverdiyev
Filmin direktoru : Daniil Yevdayev, Bəşir Quliyev
Rəssam : Ağamehdi Qumriyev
Rejissor assistenti : Məmməd Əlili
Rəqslərin Quruluşu : Əlibaba Abdullayev(titrlərdə yoxdur)

Rollarda
Ələsgər Ələkbərov-Fətəli xan
İsmayıl Əfəndiyev-Əmir Həmzə
Leyla Bədirbəyli-Tuti Bikə
Əli Qurbanov-Usta Səməndər
Mustafa Mərdanov-Şirin kişi
Nəcibə Məlikova-Xədicə
N. Nəsirov-Novruz
Möhsün Sənani-Məlikməmməd xan
Sidqi Ruhulla-Rza bəy
Əlisəttar Məlikov-Hüseyn xan
Rza Təhmasib-Ağası xan
Kazım Ziya-Mirzə Nadir
Ağasadıq Gəraybəyli-Sərdarın elçisi
A. Astaxov
İ. Roslyakov
Fateh Fətullayev
Həsənağa Salayev
Hacıməmməd Qafqazlı

Filmi səsləndirənlər
Məlik Dadaşov-Əmir Həmzə (İsmayıl Əfəndiyev) (titrlərdə yoxdur)
Müxlis Cənizadə (titrlərdə yoxdur)


Tarix: 14.02.2013 / 20:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 443 Bölmə: Filimler