beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəli Kür (film, 1969)

Məzmun
Kinoromanda əsrimizin əvvəllərində Azərbaycanın qabaqcıl ziyalılarının formalaşmasından, ilk mütərəqqi pedaqoqların fəaliyyətindən, qabaqcıl ziyalıların Zaqafqaziya xalqlarına göstərdikləri köməkdən və insanlarda azadlıq şüurunun formalaşmasından söhbət gedir.

Film haqqında
Film aktrisa Zemfira İsmayılovanın kinoda ilk işidir.
Film aktyor Cahangir Mehdiyevin kinoda ilk işidir.
Film Elçin Şıxlının kinoda ilk işidir.
Film yazıçı İsmayıl Şıxlının eyniadlı romanının motivləri əsasında lentə alınmışdır.
Filmin sonluğunu rejissor Hüseyn Seyidzadə ilkin variantda belə çəkmişdi: Cahandar ağa kazak başçısını qamçıladıqdan sonra kazaklarla vuruş başlayır və kazaklar onu arxadan güllələyir. Lakin sovet kinotənqidçiləri bunu qəbul etmir və qeyd edirlər ki, necə olursa olsun bir azərbaycanlı rusu döyə bilməz. Buna görə də rejissor məcbur olur həmin səhnəni kəssin, sonda Allahyar Cahandarı öldürür, çox gözəl çəkilən filmin sonluğu bərbad hala gətirilir. Kazak başçısını oynayan məşhur aktyorumuz Yusif Vəliyevin adı titrlərdə olsa da kinoda onun obrazını görə bilmirik.
Artıq film tamaşıçıların ixtiyarına buraxılmağa hazır idi ki, rejissor problemlə üzləşdi. Belə ki, sovetlər dönəmində "Azərbaycanfilm"in istehsalı olan bütün filmlərin ekrana buraxılması üçün Moskvanın razılığı lazım idi. Moskva isə "Dəli Kür"ün finalının dəyişdirilməsini tələb edirdi. Hüseyn Seyidzadə bununla bağlı o vaxtlar verdiyi müsahibələrindən birində deyirdi: "Dəli Kür" çəkilib qurtarandan sonra SSRİ Dövlət Kino Komitəsinə təhvil verildi. Biz filmi Moskvada göstərərkən rəhbərlik finalı dəyişdirməyi məsləhət gördü. Mənə üstü örtülü dedilər ki, əks təqdirdə film, ümumiyyətlə, ekrana buraxılmayacaq". Ümumiyyətlə, o vaxtlar haqsız hücum və tənqidlərə məruz qalan Hüseyn Seyidzadə başa düşürdü ki, əgər çəkdiyi dördüncü bədii filmin – "Dəli Kür"ün finalı dəyişdirilməsə, onun yaradıcılığında da uzun bir fasilə yarana bilərdi. Kinorejissor çox fikirləşdikdən sonra güzəştə gedir və filmin finalı dəyişdirilir. Yaxşı ki, filmdən çıxarılan epizod qorunub saxlanılmış və kinoşünas Aydın Kazımzadə tərəfindən tapılaraq Azərbaycan Dövlət Filmfonduna təhvil verilmişdir… Sovetlər Birliyinin tərkibində olan bir respublikanın öz milli bayramını təmtəraqlı surətdə qeyd etməsi ağla sığan bir şey deyildi. Hüseyn Seyidzadə cəsarətlə "Dəli Kür"də Novruz bayramını çox gözəl bir təmtəraqla çəkərək təqdim etdi. Filmdəki rus ziyalısının yumurta döyüşünü xatırlayın. Görün nə gözəl səhnədir. Sonralar həmin səhnəni tənqid edənlər də çox oldu. Ancaq əsas olan o idi ki, Hüseyn milli bayramın bütün gözəlliklərini təsvir edə bilmişdi…" ("Dəli Kür: Adil İsgəndərov ata minmək istəmədi və Cahandar ağadan imtina etdi", Ekspress qəzeti, 17.04.2003, Ulduzə Qaraqızı).

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : İsmayıl Şıxlı
Quruluşçu rejissor : Hüseyn Seyidzadə
Quruluşçu operator : İqor Boqdanov
Quruluşçu rəssam : Nadir Zeynalov
Bəstəkar : Cahangir Cahangirov
Səs operatoru : Akif Nuriyev
Rejissor : Ramiz Əliyev, Əbdül Mahmudov
Redaktor : İsa Hüseynov
Geyim rəssamı : Bədurə Əfqanlı
Qrim rəssamı : V. Arapov
Dekor rəssamı : T. Abdullazadə
Montaj edən : Y. Fomina
Quraşdırılmış səhnələrin operatoru : N. Xarbikov
Quraşdırılmış səhnələrin rəssamı : Eduard Abdullayev
Rejissor assistenti : Əşrəf Mamayev, M. Tağıyev
Operator assistenti : Yuri Varnovski
Mahnıların Mətninin Müəllifi : Rəfiq Zəka Xəndan(Rəfiq Zəka kimi), Tələt Əyyubov
Kamançada Çalır : Habil Əliyev
Filmin direktoru : Davud Zöhrabov
Xoreoqrafiya Müəllifi : Əlibaba Abdullayev(titrlərdə yoxdur)
Mahnı ifa edən : Gülağa Məmmədov(titrlərdə yoxdur)

Rollarda

Ələddin Abbasov- Cahandar ağa
Eldar Əliyev- Rus Əhməd
Vladislav Kovalkov- Çernyayevski
Məlik Dadaşov- Molla Sadıq
Leyla Bədirbəyli- Zərnigar
Liya Eliava- Şahnigar
Zemfira Sadıqova- Mələk
Məmməd Bürcəliyev- Allahyar
Fikrət Əliyev- Şamxal
Ceyhun Mirzəyev- Osman
Reyhan Müslümova- Salatın
Zemfira İsmayılova- Pakizə
İsmayıl Osmanlı- Məmmədəli
Müxlis Cənizadə- Kipiani
Vladimir Belokurov- Semyonov
Vadim Qraçov- Polis rəisi
Ənvər Həsənov- Luka
Məmməd Əlili- Molla Səfi
Mirzə Babayev-Kəndli kişi
Nəsibə Zeynalova-Kəndli qadın
Muxtar Avşarov-Allahyarın dostu
Əhməd Əhmədov-Allahyarın dostu
L. Lebedev
Sona İbrahimova
Q. Əsgəri
Yusif Vəliyev-Məlik (səhnə silinib)
D. Yolçiyev
H. Atabalayev
Stanislav Kovtun
Sergey Yakuşev
Əliağa Ağayev-Kənd sakini
Məmməd Sadıqov-Kənd sakini
Ömür Nağıyev-Tələbə
Kamil Qubuşov-Kənd sakini
Cabbar Əliyev-Kənd sakini
Cahangir Mehdiyev-Papaq atan
Qorxmaz Əlili-Mollaxana şagirdi
Elçin Şıxlı-Mollaxana şagirdi

Filmi səsləndirənlər
Həsənağa Turabov-Çernyayevski (Vladislav Kovalkov) (titrlərdə yoxdur)
Sofa Bəsirzadə-Mələk (Zemfira Sadıqova) (titrlərdə yoxdur)
Sadıq Hüseynov-Allahyar (Məmməd Bürcəliyev) (titrlərdə yoxdur)
Elxan Ağahüseynoğlu-Mollaxana şagirdi (Cahangir Novruzov) (titrlərdə yoxdur)
Hüseynağa Sadıqov-Rus (titrlərdə yoxdur)
Səməndər Rzayev-Rus (titrlərdə yoxdur)
Həsən Əbluc-Kipiani (Müxlis Cənizadə) (titrlərdə yoxdur)
Həsən Məmmədov-Rus (titrlərdə yoxdur)


Tarix: 13.02.2013 / 20:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 601 Bölmə: Filimler