beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Canavar balası (film, 1997)

Məzmun
Tanrı hər kəsə bir ömür verir. Elə bir ömür ki, həyatının kandarından tutmuş sonuna doğru uzanır. Filmin adı rəmzi xarakter daşıyır. Azərbaycanlı ailəsində böyüyüb boya-başa çatan erməni əsilli Nofəl(İftixar Piriyev) hərbi xidməti zamanı vətənə xəyanət edir, hərb planlarını pul xatirinə ermənilərə satır. Nofəlin erməni olduğunu onu övladlığa götürən ata-anası Nofəlin məhkəməsinə qədər gizli saxlayır. Məhkəmə prosesi zamanı Nofəlin dövlətə, vətənə xəyənət etməsi ortaya çıxanda Nofəlin atalığı Yusif kişi(Həsən Məmmədov) onun erməni olduğunu və uşaq ikən onu meşədən tapıb böyütdüyünü açıqlayır...
"Doğru deyiblər ayını, pələngi, meymunu əhilləşdirib tərbiyə etmək olur, ancaq canavarı yox." Bunları Yusif kişi məhkəmədəki son nitqində deyir. Ovçu Yusif kişi kəndinə döndükdən sonra bu rəzilliyə dözməyib ov tüfəngi ilə intihar edir...

Film haqqında
Filmin çəkilişlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin rəhbərliyi hüquq məsləhətində köməklik göstərmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Ağarəhim Rəhimov
Quruluşçu rejissor : Mərahim Fərzəlibəyov
Quruluşçu operator : Rüstəm Zülalov, Elçin Quliyev
Montaj edən : Zöhrab Aslanzadə
Bəstəkar : Cavanşir Quliyev
Quruluşçu rəssam : Ağarəhim Əliyev
Rejissor assistenti : Svetlana Cəfərova, Əhməd Panayev
Qrim edən : Telman Yunusov
Pirotexnik : Əlibala Əmirov
Səs rejissoru : Cahangir Əliyev (II)
Redaktor : Akif Abbasov
İnzibatçı : Arif Məmmədov, Ədalət Yunusov
Məsləhətçi : Ənvər Seyidov
Prodüser : Kamil Nüsrətoğlu, Yusif Ağayev

Rollarda
İftixar Piriyev-Nofəl
Həsən Məmmədov-Yusif kişi
Səmayə Sadıqova-Səriyyə arvad
Bəsti Cəfərova-Rimma
Kübra Əliyeva-Mama Roza
Rafiq Atakişiyev-İttihamçı
Cəfər Namiq Kamal-Məhkəmə hakimi
Məcnun Hacıbəyov-Poçtalyon Səməd
Sabir Məmmədov-Ramiz
Elxan Ağahüseynoğlu-Erməni polkovnik
Ələsgər Məmmədoğlu-Aşot
Bürcəli Əsgərov-Ata
Xalidə Şərifova-Qız
Cavidan Rəhimov
Nicat Mahmudov
Rövşən Kərimduxt-Ənvər
Kazım Həsənquliyev-Şahin
Əjdər Həmidov-Vazgen
Elçin Həmidov-Xoren
Məzahir Cəlilov
Arif Məmmədov
Hüseyn Hüseynov
Ömər Ağayev
Mirkazım Mirişov
Dərbənd İsmayılov
Yadigar Şirinov
Elçin Aşurov
Sahib Aslanov
Elçin Kazımov
Qabil Qəhrəmanov
İlham Mayılov
Abbas Əliyev
Azər Sərkərov
Akif Abbasov
Elman Yaqubov
Əli Babayev (II)
Ənvər Abbasov
Qasım Əbdürrəhimov
İntiqam Cəbrayılov
Nağı Mövsümov
Nazim Abbasov (II)
Namiq Yusifzadə
Nizami Məmmədov (II)
Rafiq Məmmədov
Xudafir Quliyev
Hikmət Əlizadə
Humay Məmmədova
Şəhla Hüseynova
Cavanşir Təhməzov


Tarix: 12.02.2013 / 19:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 494 Bölmə: Filimler