beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bizim Cəbiş müəllim (film, 1969)

Bizim Cəbiş müəllim (rus. Я помню тебя, учитель[1]) — 1969-cu ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş tammetrajlı bədii film.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Festivallar və mükafatlar
4 Filmin heyəti
4.1 Film üzərində işləyənlər
4.2 Rollarda
4.3 Filmi səsləndirənlər
5 Şəkillər
6 Həmçinin bax
7 Xarici keçidlər
8 Məqalə
8.1 Video
8.1.1 İzlə
9 İstinadlar


Məzmun
Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır.

Film haqqında
Film Maqsud İbrahimbəyovun "Müharibənin 1001-ci Gecəsi" ssenarisi əsasında çəkilib.
Rejissor Makedon roluna Aqil Ağacanovu təsadüfən çəkmişdi. Aktyorla bulvarda təsadüfən nərd oynayan rejissor nərddə uduzduqdan sonra sözünü tutaraq onu Makedon roluna sınaqlara çağırdı.
Böyük Vətən müharibəsində Azərbaycan neftinin nə dərəcədə böyük rol oynaması haqqında fikirlər ilk dəfə olaraq "Bizim Cəbiş Müəllim" filmində Nəcəfov obrazının dili ilə söylənilib: "Doğrudan da, bu filmdə Həsən Seyidbəyli, təbii ki, filmin ssenari müəllifi Maqsud İbrahimbəyovla birgə çox cəsarətli addım atmışdır. Belə ki, o, mənim yaratdığım Nəcəfov obrazının dili ilə rusların xoşuna gəlməyən, daima nəzəratlərində saxladığı faktları aşkara çıxarmışdır. Həmin fakt ondan ibarət idi ki, Böyük Vətən müharibəsində Sovetlər Birliyi tərəfindən iştirak edən hər 1000 tankdan 700-nü, hər 1000 təyyarədən 700-nü yanacaqla Azərbaycan təmin edib. Bu fakt ilk dəfə "Bizim Cəbiş Müəllim" filmində aşkara çıxarıldı… Filmin çəkilişi başa çatdıqdan sonra Moskvaya göndərdilər. Həmişə olduğu kimi bu dəfə də Moskva filmin bir neçə epizodu ilə yanaşı, Nəcəfov obrazının dili ilə deyilən faktların çıxarılmasına göstəriş verir. Həsən Seyidbəyli gərgin mübahisədən sonra istədiyinə nail olur"[2]

Festivallar və mükafatlar
1970-ci ildə Minskdə IV Ümumittifaq kinofestivalı
Aktyor Süleyman Ələsgərova yüksək aktyor sənətkarlığına və parlaq realist obraz yaradılmasına görə SSRİ Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin və SSRİ Kinematoqrafçılar İttifaqının Diplomu verilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər

Filmin rus dilindəki afişası
Ssenari müəllifi : Maqsud İbrahimbəyov
Quruluşçu rejissor : Həsən Seyidbəyli
Quruluşçu operator : Arif Nərimanbəyov
Quruluşçu rəssam : Məmməd Hüseynov
Bəstəkar : Emin Sabitoğlu
Səs operatoru : Ağahüseyn Kərimov
Geyim rəssamı : Kazım Kazımzadə
Rejissor : Əbdül Mahmudov
Quraşdırılmış səhnələrin operatoru : N. Xarbikov
Quraşdırılmış səhnələrin rəssamı : Eduard Abdullayev
Rejissor assistenti : Elmira Əliyeva, Mirzəbala Məlikov, Cəfər Əsədov
Operator assistenti : Valeri Kərimov, Elxan Əliyev
Rəssam assistenti : Ə. Musayev, Tatyana Əmirova
Qrim rəssamı : V. Bereznyakov
Montaj edən : Nelli Mahmudova
Redaktor : N. İbrahimova, Ədhəm Qulubəyov
Mahnıların Mətni : Zeynal Cabbarzadə, Teymur Elçin
Çalır : Azərbaycan Radio və Televiziyasının Kamera Orkestri
Dirijor : Nazim Rzayev (II)
Filmin direktoru : Nazim Ələkbərov
Meyxananın Müəllifi : Molla Məhəmməd (titrlərdə yoxdur)

Rollarda
Süleyman Ələsgərov (II)-Cəbiş
Şəfiqə Məmmədova-Cəbişin arvadı
Muxtar Maniyev-Nəcəfov
Səfurə İbrahimova-Nəcəfovun arvadı
Ziya Seyidbəyli-Namiq
Nəsibə Zeynalova-Suğra xala
Əliağa Ağayev-Əbülfəz
Aqil Ağacanov-Makedon
Svetlana Morşinina-Tanya
Cahangir Novruzov-Rəsulov
Fazil Salayev-Mıqqı
Məryəm Seyidbəyli-Şəfiqə
Hamlet Xanızadə-Kapitan
Kamil Qubuşov-Müəllim
Cabbar Əliyev-Müəllim
Məmmədrza Şeyxzamanov-Poçtalyon
Sona Aslanova-Ana
Ş. Bağırova
Süsən Məcidova-Makedonun anası
Məmməd Sadıqov-Səngər qazan
Tələt Rəhmanov
Eldəniz Zeynalov-Qulam
Sofa Bəsirzadə-Həkim
V. Otradinski-Qaçqın
N. Sorin
A. Yakovlev
Nina Sarnatskaya-Qaçqın qadın
Vera Şirye-Həkim
Ağahüseyn Cavadov-Neft satan
Əliheydər Həsənzadə-Tanyanı gətirən
İ. Şaqulina
Mehdi Seyidbəyli-Cəbişin oğlu
Sədaqət Zülfüqarova
Əli Xəlilov-Məhəllə sakini
Bahadur Əliyev-Alverçi

Filmi səsləndirənlər
Həsənağa Turabov-əsgər (titrlərdə yoxdur)
Məmmədsadıq Nuriyev-Qaçqın (titrlərdə yoxdur)
Dadaş Kazımov-Qaçqın (titrlərdə yoxdur)
Amaliya Pənahova-Tanya (Svetlana Morşinina) (titrlərdə yoxdur)
Bahadur Əliyev-əsgər (titrlərdə yoxdur)


Tarix: 11.02.2013 / 20:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 452 Bölmə: Filimler