beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəxt üzüyü (film, 1991)

Məzmun
Bu qrotesk film qəhrəmanlardan biri-Saranın(Gülşad Baxşıyeva) bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulmuşdur. Əslində isə burada söhbət bir nəfərin deyil, bütün xalqın bəxtinin itməsindən gedir. Moşu(Valeh Kərimov) kimilər isə bu itirilmiş bəxti axtarmaqdansa, "xoşbəxtliyə" qafiyə axtarmaqla məşğul olur, öz-özünü və ətrafındakıları aldadırlar.
İnsanlar, bir-birinizə laqeyd qalmayın, diqqətli olun. Axı, siz İnsansınız, pul, əşya deyilsiniz, saqqızla aldanmamalısınız. Bu çağırış filmin əsasını təşkil edir. Film bizim bir-birimizə, ətrafdakılarımıza münasibətimiz barədədir.

Film haqqında
Film dramaturq Vaqif Səmədoğlunun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir.
Filmin çəkilişlərinə Bayramov qardaşları köməklik göstərmişdir.
Film 2 aya çəkilmişdir.
Söylünün qaçdığı yerdə yıxılması qəsdən deyil təsadüfən olmuşdu.
Arağın divara dəyib sınması səhnəsi də düşünülməmiş bir addım idi. Şüşə sınmamalı idi. Ancaq Söylü güclü zərbə ilə yoldan keçənin əlini itələyir və araq şüşəsi divara çırpılır.
Moşu ilə Söylü yol qırağında gedərkən qəflətən sürətlə bir maşın keçir və Söylü qırağa atlanır. Bu məqamda aktrisa Afaq Bəşirqızı bərk qorxmuşdu. Maşının gəlməsi isə təsadüf idi.
Sevda üzündə maska Söylü və Saraya yaxınlaşanda Söylü ona qarşı "senzuradan keçməyən" bir kəlimə işlədərək ələ salır. Əslində bu söz ssenaridə yox idi. Aktrisa Afaq Bəşirqızı özündən əlavə etmişdi. Ona görə o səhnəyə diqqətlə baxdıqda Firəngiz Rəhimbəylinin o sözü eşitdikdən sonra üzündəki heyrəti görmək olar.

Festivallar və mükafatlar
1)1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival müsabiqəsi
Quruluşçu rejissor Ramiz Əzizbəyliyə tamaşaçı rəğbətinə görə Mükafat verilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Ramiz Əzizbəyli, Vaqif Səmədoğlu, Orxan Fikrətoğlu(Orxan Sadıqov kimi)
Quruluşçu rejissor : Ramiz Əzizbəyli
Quruluşçu operator : Amin Novruzov
Quruluşçu rəssam : Rafiq Nəsirov
Bəstəkar : Eldar Mansurov
Səs operatoru : Kamal Seyidov
Rejissor : Elman Şeydayev
Operator : Kamal Məlikov
Geyim rəssamı : Nizami Bəydəmirov
Qrim rəssamı : Rəna Əliyeva
Fotoqraf-Rəssam : Tofiq Kərimov
Montaj edən : Nelli Dadaşova
Operator assistenti : Sahib Səfərov (mövqe göstərilməyib)
Montaj üzrə assistent : Sevda Abbasova (mövqe göstərilməyib)
Assistent : Lalə Baltaçı, Taleh Əliyev
İnzibatçı : Həsən Tağıyev, İlham Xoşgün, Şahbuz Quliyev, Namiq Manafov
Mahnı İfa edən : Firəngiz Rəhimbəyli(Firəngiz Rəhimbəyova kimi), Mübariz Tağıyev, Səxavət Məmmədov
Çalır : Qara Qarayev Adına Azərbaycan Dövlət Kamera Orkestri və "Tac" İnstrumental Qrupu
Dirijor : Eldar Rüstəmov
Redaktor : Ramiz Rövşən
Filmin direktoru : Akif Musayev

Rollarda
Afaq Bəşirqızı-Söylü
Valeh Kərimov-Moşu
Gülşad Baxşıyeva-Sara
Ayşad Məmmədov-Hüseyn
Firəngiz Rəhimbəyli(Firəngiz Rəhimbəyova kimi)-Sevda
Nəsir Sadıqzadə-Tanrıbəy
Rəfael Dadaşov-Rasim
Muxtar Maniyev-Zırpı
Cahangir Novruzov-Milis rəisi
Arif Quliyev-Milis nəfəri
Nigar Şıxəliyeva-Uşaq
Semral Təhməzov-Uşaq
Abbasqulu Əbluc-Uşaq
Tural Bağırov-Uşaq
Şükür Xəlilov-Uşaq
Pənah Xəlilov (II)-Uşaq
Hikmət İmaməliyev-Uşaq
Tofiq Tağızadə-Əcnəbi
Nuriyyə Əhmədova-Alverçi Məsmə
Əhməd Təhməzov-Dəniz kənarındakı adam
Akif Piriyev
Fuad Əliyev (III)
Lalə Baltaçı
Yaşar Bağırov
Zakir Fəxri
Sadıq Sadıqov
Nizami Bəydəmirov
İlham Xoşgün
Xədicə Xeyrullayeva
Rəna Əliyeva
Nadir Mikayılov
İlqar Əliyev
Akif (aşağı volt)
Akif (yuxarı volt)
Səlim (taxta)-Dəniz qırağındakı adam
Vahab (işçi)
Daşdəmir (nurlu)
Güloğlan (şüvəlani)
Şirzad Abdullayev
Fuad Rzayev
Vaqif Eyvazov
Elman Şeydayev
Vaqif Səmədoğlu-Satıcı
Ramiz Əzizbəyli-Sərxoş
Sabir Yunusov - Alverçinin əri

Filmi səsləndirən
Ramiz Əzizbəyli-Milis nəfəri (Arif Quliyev) (titrlərdə yoxdur)


Tarix: 11.02.2013 / 19:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 557 Bölmə: Filimler