beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bayquş (film, 1924)

1924-cü ildə çəkilmiş tammetrajlı bədii filmMündəricat
1 Məzmunu
2 Filmin heyəti
2.1 Filmin üzərində işləyənlər
2.2 Rollarda
3 Həmçinin bax


Məzmunu
Azərbaycanda Sovet Hakimiyyətinin qurulması ərəfəsində kənddə müxtəlif sosial təbəqələr arasında gedən sinfi mübarizə, bəzi ruhanilərin acgözlüyü, din pərdəsi altında avam camaatı aldatmaları filmdə öz əksini tapmışdır.
Din əleyhinə olan bu bədii filmdə real gerçəkliyin – mühitin hadisələrin bədii oyun epizodlarına qovuşdurmaq cəhdi oldu. Lakin gəlmə müəllifin yerli psixologiyaya, adət-ənənələrə, dinə nabələdliyi bu niyətin həyata keçirilməsinə imkan vermədi. Nəticədə bədii səviyyəsi ağaşı olan ssenaridə həyatın səthi təsviri və hadisələr arasındakı uyğunsuzluqlar ekranda da öz əksini tapdı. Din əleyhinə mübarizə bədii və obrazlı əksini sənətdə tapmasa da, real həyatda onun əleyhinə təcavüzkar kampaniya başlandı. Din xadimləri amansızca cəzalandırıldı. Filmin çəkildiyi Bibiheybət məscidi dağıdılıb yerlə-yeksan edildi. (Məscidin dağıdılması hadisəsi lentə alınıb və kino arxivdə mövcuddur).(Aydın Dadaşov)

Filmin heyəti

Filmin üzərində işləyənlər
Ssenari müəllifi : Leo Mur
Quruluşçu rejissor : Georgi Kravçenko
Quruluşçu operator : V. Lemke

Rollarda
Abbas Mirzə Şərifzadə-Xan
Ağarza Quliyev-Əli
Möhsün Sənani
Aleksandr Makovski


Tarix: 10.02.2013 / 18:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 283 Bölmə: Filimler