beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan, Azərbaycan (film, 1970)

Məzmun
Kinopoema Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının yarım əsrlik yubileyinə həsr olunmuşdur. Lirik formada çəkilmiş filmin əsas hissəsi Azərbaycan xalqının qədim tarixindən və zəngin mədəniyyətindən bəhs edir. Tamaşaçı bugünkü Azərbaycana, onun şəhərlərinə, kəndlərinə, təkrarolunmaz Mingəçevir SES-nə, Sumqayıt Kimya Zavodlarına, möcüzələr adası sayılan Neft Daşlarına səyahət edir.
İlk kadrlar dünyanın 150-165 yaşlı sakinlərindən, bizim Azərbaycan ağsaqqallarından danışır. Sonra ekranda qaya daşları-ibtidai insan izləri tapılmış Azıx mağarasının çöküntüləri, layları canlanır.
Filmdə Şərqin qapısı sayılan 3500 yaşlı Naxçıvandan, şeir, sənət ocağı qədim Gəncədən, Təbrizdən, yadlara baş əyməyən Bərdə, Ərdəbil, Şuşa qalası, elm mərkəzi Marağa və Şamaxıdan, oradakı nadir abidələrdən bəhs olunur. Ekranda igid Babəkin, Koroğlunun, sərkərdə və şair Şah İsmayıl Xətainin yadellilərə qarşı apardıqları qəhrəmanlıq mübarizəsindən söhbət gedir.
Kinolentdə böyük ustad Füzulinin Kərbəladakı türbəsi və Azərbaycan şairi İmadəddin Nəsiminin İraqın Hələb şəhərindəki qəbri göstərilmişdir.

Film haqqında
Filmdə arxiv, foto və kino sənədlərindən istifadə olunmuşdur.

Filmin heyəti

Film üzərində işləyənlər
Rejissor : Yalçın Əfəndiyev
Ssenari müəllifi : Cəmil Əlibəyov, Əhmədağa Qurbanov (Muğanlı)
Baş Operator : Zaur Məhərrəmov
Operator : Faiq Qasımov, Elxan Əliyev
Bəstəkar : Əziz Əzizov
Səs operatoru : Şamil Kərimov
Məsləhətçi : Əlövsət Quliyev (professor)


Tarix: 10.02.2013 / 18:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 261 Bölmə: Filimler