beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ata (film, 1988)

Məzmun
Publisistik araşdırmalar üzərində qurulmuş film bədii və sənədli kinonun sintezindən ibarət olan, bu günümüzlə səsləşən ekran əsəridir. Filmdə görkəmli maarifçi və xeyriyyəçi, Bakı milyonçusu, kapitalist Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın acınacaqlı taleyi fonunda keçmişimizə nəzər salınır, ədalətin qələbəsinə, haqqın zəfər çalacağına inam motivləri əks etdirilir.
Kinolentdə atasının maarifçilik fəaliyyəti ilə bağlı söhbətlər qızının xatirələri əsasında qurulmuşdur.

Festivallar və mükafatlar
1)1991-ci ildə Bakıda Azərbaycan filmlərinin I festival-müsabiqəsi
Film ən yaxşı debütə görə Mükafat və Prizə layiq görülmüşdür.
2)1992-ci ildə
Film kinorejissor Arif Babayev adına Respublika "Bilik" Maarifçilik Cəmiyyətinin Diplomuna layiq görülmüşdür.

Filmin heyəti

Film üzərində işləyənlər
Rejissor : Ayaz Salayev
Ssenari müəllifi : Ayaz Salayev
Operator : Yuri Varnovski
Səs operatoru : Şamil Kərimov
Rəssam : Pərviz Quliyev
Fotoqraf : Pərviz Quliyev
Bədii Rəhbər : Eldar Quliyev


Tarix: 09.02.2013 / 15:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 236 Bölmə: Filimler