beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşıq Ələsgər (film, 1972)

Məzmun
Kinolent görkəmli saz və söz ustası Aşıq Ələsgərin anadan olmasının 150 illiyinə həsr edilmişdir. Film bütöv xarakterə malik, barışmaz, kökləri xalqa möhkəm bağlı, vətənini qızğın məhəbbətlə sevən, öz qoşmaları və telli sazı ilə onu tərənnüm edən el aşığı Ələsgərə həsr olunmuşdur. Filmdə doğma təbiətdə aşıq Ələsgərin poeziyası bir-birini tamamlayır. Müəlliflər sənətkarın zəngin yaradıcılığına müraciət etmişlər. Onlar burada eyni zamanda söz sənətindən, yaradıcılıq və sənətkarlıq məsələlərindən danışmış, folklor ədəbiyyatı tariximizi vərəqləmiş, "Dədə Qorqud" dan başlayaraq, bugünki aşıq yaradıcılığına qədər olan dövrdən bəhs etmişlər.

Filmin Heyəti

Filmin üzərində İşləyənlər
Ssenari müəllifi : İlyas Tapdıq
Rejissor : Xamiz Muradov
Operator : Fəraməz Məmmədov
Səs operatoru : Şamil Kərimov
Operator assistenti : Köçəri Məmmədov
Assistent : Elxan Qasımov, Məmmədova
Şerləri Oxuyur : Səməndər Rzayev
Sazda Çalır : Ədalət Nəsibov
Redaktor : Əhmədağa Qurbanov


Tarix: 09.02.2013 / 14:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 226 Bölmə: Filimler