beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Asif, Vasif, Ağasif (film, 1983)

Məzmun
Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif(Emil Pənahov), Vasif(Ramin Aslanov) və Ağasif(Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Ata(Məmməd Məmmədov) vaxtının çoxunu iş yerində keçirdiyindən övladlarının tərbiyəsini ana(Şükufə Yusifova) öz öhdəsinə götürmüşdür. O, oğlanlarını dəbdə olan "tərbiyə üsulları" ilə böyütmək fikrindədir. Ana xüsusi cədvəl tərtib edir: uşaqlar musiqi və idmanla məşğul olmalı, xarici dil, süfrə arxasında, böyüklərin yanında davranmaq qaydalarını öyrənməlidirlər. Nənənin(Leyla Bədirbəyli) hərdən eşidilən etirazı evdə ancaq qanqaralığa səbəb olur. Atalarının gəlişi isə uşaqlar üçün əsl toy-bayrama çevrilir.
Filmdəki hadisələr də məhz Asif, Vasif, Ağasifin ataları ilə gəzintiyə çıxdıqları zaman baş verən "sərgüzəştlər", daha doğrusu, ortancıl qardaşın "əyləncələri" ətrafında cərəyan edir...

Film haqqında
Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Filmin əsas qəhrəmanları uşaqlardır. Onlardan ən böyüyünün beş, kiçiyinin isə üç yaşı vardır. Çəkilişdə iştirak edən digər qırx uşaqdan isə yardımçı heyətdə istifadə olunmuşdur.
Filmdəki 3 uşaq rolu üçün 500 nəfər sınaqdan keçirilib.
Çəkilişdə ümumilikdə qırxa yaxın uşaq yardımçı heyətdə iştirak edib.
Film 2-ci kateqoriyaya layiq görülüb.
Çəkilişdə 69 və 83 saylı uşaq bağçalarının və Bakı şəhəri Yuri Qaqarin adına Pionerlər Sarayının kollektivi iştirak etmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Nadejda İsmayılova
Quruluşçu rejissor : Rasim İsmayılov
Quruluşçu rəssam : Məmməd Hüseynov
Bəstəkar : Ruhəngiz Qasımova
Səs operatoru : Kamal Seyidov
Rejissor : Elmira Əliyeva
Operator : Ramiz Rzayev
Montaj edən : Nisə Hacıyeva
Geyim rəssamı : M. Manuvaxova
Qrim rəssamı : V. Arapov
Rejissor assistenti : Nadir Əzməmmədov, Mirzəbala Məlikov, Fərid Hümbətov
Operator assistenti : N. Zəkiyev
Montaj üzrə assistent : Xalidə Cəfərova
Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu
Quraşdırılmış səhnələrin rəssamı : Eduard Abdullayev
Musiqi redaktoru : Mobil Babayev
Mahnıların Mətni : R. Səfa
Redaktor : D. Tahirova
Dirijorlar : Konstantin Krimets, Elşad Bağırov
Filmin direktoru : Arif Səfərov

Rollarda
Məmməd Məmmədov-Riyad
Şükufə Yusupova-Dilarə
Leyla Bədirbəyli-Nənə
Nəzri Babayeva-Lalə
Ramiq Həsənov-Nadir
Yuliya Kokoplina-Nana
Nərgiz Cəfərli-Nərgiz
Zaur Mansurov-Zaur
Təranə Həşimova-Elmira
Pərvanə Həşimova-Esmira
Xalidə Quliyeva-Sona müəllimə
Ramiz Əzizbəyli-Milis nəfəri
H. İsmayılov
Zemfira Sadıqova-Bağça müdirəsi
Ruhəngiz Qasımova-Kinozal müdirəsi
Nahidə Orucova-Musiqi müəlliməsi
Ömür Nağıyev-Riyadın tanışı
Yusif Qasımov
Böyükağa Qasımov
Ləman Babayeva
Ramil Şəkərov
Bəxtiyar Əliağayev
Sevinc Səfərova
Fərid Əliyev (II)
Namiq Acalov
Hökümə Cəlilova-Ağasif
Emil Pənahov-Asif
Ramin Aslanov-Vasif
A. Məmmədzadə
Gümrah Rəhimov-Satıcı
Cahangir Aslanoğlu-Xəstə
Nəcibə Hüseynova-Müəllimə
Afaq Quliyeva-Bağçadakı uşaq

Filmi səsləndirən
Nəcibə Hüseynova-Bağça müəlliməsi (Xalidə Quliyeva) (titrlərdə yoxdur)


Tarix: 09.02.2013 / 14:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 549 Bölmə: Filimler