beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Anlamaq istəyirəm (film, 1980)

Məzmun
İki nəfər-Çinarə(Həmidə Ömərova) və Rüstəm(Revaz Çxikvişvili) tələsmədən sahil bağında addımlayır, nə barədə isə söhbət edirlər. Vaxt var idi ki, onlar bir-birilərini sevir, bir arzu ilə yaşayırdılar: xoşbəxt olmaq! Lakin Çinarə başqasına ərə gedir, sonra başa düşür ki, xoşbəxtlik üçün nə içi xarici mebellə dolu mənzil, nə gələcəyi parlaq olan ər, nə də qayğısız həyat lazım deyilmiş. Xoşbəxtlik üçün yalnız o özü, sevgilisi Rüstəm, bu coşub daşan, bəzən də mürgüləyən dəniz, dənizin üzərində uçuşan, hərdən ləpələrə baş vuran qağayılar, dəniz kənarında topla oynayan körpə gülüşləri, bir də sevgilinin şirin, ürək açan sözləri gərəkmiş: "Sən mənim səadətim, sən mənim qəlbim, sən mənim səmam... səmam... yüksək səmamsan...". Çinarə xoşbəxtliyini geri qaytarmaq istəyir. Ancaq o, Rüstəmi artıq həmişəlik itirmişdir...
Film məhv olmuş arzular, xoşbəxtlik uğrunda mübarizə aparılmasının acı nəticəsi, iki sevən gəncin uğursuz məhəbbəti haqqında niskilli hekayədir.

Film haqqında
Film şair Nəbi Xəzrinin "Əks-Səda" pyesinin motivləri əsasında yaradılmışdır.
Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.

Festivallar və mükafatlar
1)Aktrisa Həmidə Ömərovaya Çinarə roluna görə Lenin komsomolu mükafatı verilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Nəbi Xəzri, Leonid Juxovitski, Oqtay Mirqasımov
Quruluşçu rejissor : Oqtay Mirqasımov
Quruluşçu operator : Ələsgər Ələkbərov (II)
Quruluşçu rəssam : Firəngiz Qurbanova
Bəstəkar : Rafiq Babayev
Səs operatoru : Akif Nuriyev
Rejissor : Adil İsmayılov, Əşrəf Mamayev
Geyim Rəssamı : Tamilla Dağıstanlı
Qrim rəssamı : Firuzə İsmayılova
Montaj edən : Nelli Mahmudova
İşıq Ustası : V. Ağacanov
Quraşdırılmış səhnələrin operatoru : Ramiz Babayev
Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev
Ansamblın Rəhbəri : Rafiq Babayev
Mahnıların Mətni : Nəbi Xəzri
Məsləhətçi : Z. Qurbanov
Redaktor : Çingiz Qaryağdı
Filmin direktoru : Qasım Səfəroğlu

Rollarda
Revaz Çxikvişvili-Rüstəm
Həmidə Ömərova-Çinarə
Mikayıl Kərimov-Əhməd
Mayya İsgəndərova(Mahirə İsgəndərova kimi)-Rəna
Həsən Məmmədov-Professor Çingiz Hacıyev
Həsənağa Turabov-Neftçi Həsən
Zemfira Sadıqova-Fəridə
Sona Aslanova-Çinarənin anası
Vəliəhd Vəliyev-Səməd
Telman Adıgözəlov-Camal
C. Cəlilov
Eldəniz Rəsulov-Zeynal
Gülşən Qurbanova-Rəfiqə
R. Axundova
Hamlet Qurbanov-Fazil
Sadıq Hüseynov-Şükürov
Böyükağa Qasımov
Süsən Məcidova-Bikə
Larisa Xələfova-Fikriyyə
M. Haşımov
Şamil Süleymanov-İşıqforu təmir edən
Muxtar Maniyev-Neftçi
Ə. Babayev
Qasım Səfəroğlu
Tofiq Tağızadə-Rejissor Oqtay Məmmədoviç
Kamil Məhərrəmov-Müştəri
Dadaş Kazımov-Müştəri
Ramiz Məmmədov-Ofisiant
Rafiq Əliyev (II)-Müştəri
Mayak Kərimov-Elmi işçi
Şəmsi Şəmsizadə-Elmi işçi
Sofa Bəsirzadə-Əhmədin anası


Tarix: 09.02.2013 / 14:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 484 Bölmə: Filimler