beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alma almaya bənzər (film, 1975)

Məzmun
Filmin baş qəhrəmanı Nadir babadır (Hüseynağa Sadıqov). O, ömrü boyu bağbanlıq edib, bir-birindən gözəl almalar yetişdirir. Onun təhsili olmasa da biliklərə, elmə həmişə can atıb, tumsuz alma sortu yetişdirmək istəyib. Nəhayət o, buna gərgin əmək və təcrübələr sayəsində nail olur. Gözəl, sehrli almalar adamlara xoşbəxtlik gətirir. Məsələn, sürücü Qurban (Həsən Məmmədov) gənc kolxozçu qız Mədinəyə(Səfurə İbrahimova) vurulur, müəllimə (İnarə Quliyeva) dəcəl uşaqlarla dostlaşır, kobud poçtalyon mehriban, telefonçu (Suğra Bağırzadə) isə diqqətli olur, yeddi qız atası Haşımın (Əhməd Əhmədov) ailəsində nəhayət oğlan uşağı doğulur. Lakin almalar möcüzə yaratdığı kimi, sehrli meyvənin hesabına varlanmaq istəyənlər də meydana çıxır...
Film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Alla Axundova
Quruluşçu rejissor : Arif Babayev
Quruluşçu operator : Valeri Kərimov
Quruluşçu rəssam : Firəngiz Qurbanova
Geyim Rəssamı : Arif Əbdürrəhmanov
Bəstəkar : Ramiz Mirişli
Səs operatoru : Əziz Şeyxov
Rejissor : Əşrəf Mamayev
Montaj edən : A. Abramova
Qrim rəssamı : N. Veselova
Rejissor assistenti : Rauf Gözəlov, Ziya Şıxlinski, E. Muradova
Operator assistenti : Rəsul Bayramov(R. Bayramov kimi)
Assistent : A. Şahbazov, İ. Kopanets
Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev
Quraşdırılmış səhnələrin operatoru : Ramiz Babayev
İşıq Ustası : V. Qorbaçov
Redaktor : İsi Məlikzadə
Filmin direktoru : Əli Məmmədov (III)
Mahnıları İfa edən : Flora Kərimova, Mirzə Babayev
Filmin Direktorunun Müavini : Nadir Əliyev
Çalır : SSRİ Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri

Rollarda
Hüseynağa Sadıqov- Nadir baba
Fazil Salayev- Mehdi
Səfurə İbrahimova- Mədinə
Həsən Məmmədov- Qurban
İnarə Quliyeva- Aliyə
Hacıbaba Bağırov- Məmmədəli
Firəngiz Abbasova- Güllü
Əhməd Əhmədov-Haşım
Cəmil Quliyev- Kərimov
Rauf Gözəlov- Həsən
Suğra Bağırzadə(Suğra Sadıqova kimi)- Telefonçu qız
Tələt Rəhmanov- Avtomobil müfəttişi
Nadir Əsgərov-Mürvət
Zemfira Sadıqova-Haşımın arvadı
Süsən Məcidova-Haşımın qaynanası
H. Şabanov
Arif Mədətov-Həsənin işçisi
Əminə Nağıyeva-Mamaça
Sergey Filippov-Üç şəxs
Ələsgər Məmmədoğlu-Ata
Ramiz Əzizbəyli-Satıcı
Yusif Yulduz-Satıcı
Ramiz Məmmədov-Satıcı

Filmi səsləndirənlər
Səməndər Rzayev-Nadir (Hüseynağa Sadıqov) (titrlərdə yoxdur)
Yaşar Nuri-Mehdi (Fazil Salayev) (titrlərdə yoxdur)
Əminə Yusifqızı-Mədinə (Səfurə İbrahimova) (titrlərdə yoxdur)
Amaliya Pənahova-Aliyə (İnarə Quliyeva) (titrlərdə yoxdur)
Ağaxan Salmanov-Haşım (Əhməd Əhmədov) (titrlərdə yoxdur)
Ramiz Əzizbəyli-Həsən (Rauf Gözəlov) (titrlərdə yoxdur)
Yusif Vəliyev-Müdir (Sergey Filippov) (titrlərdə yoxdur)
Mirvari Novruzova-Güllü (Firəngiz Abbasova) (titrlərdə yoxdur)
Ətayə Əliyeva-Haşımın qaynanası (Süsən Məcidova) (titrlərdə yoxdur)

Sitatlar
Güllü: Görüm o Berbankı albuxara üzünə həsrət qalsın.


Tarix: 09.02.2013 / 14:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 514 Bölmə: Filimler