beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Akvarium (film, 1983)

Məzmun
"Akvarium" poetik filmdir. Film istər ideya-bədii dəyərinə, istərsə də rənglərin seçilməsinə görə maraq doğurur. Kinolentdə təbiətin mühafizəsi məsələsinə toxunulmuşdur. Burada həyat uğrunda mübarizə və insan kədəri məharətlə verilən təsvir vasitələri ilə öz həllini tapmışdır.

Festivallar və mükafatlar
1)1984-cü ildə Murmanskda təbiətin mühafizəsi və onun ehtiyatlarından səmərəli istifadə edilməsi haqqında sənədli və elmi-kütləvi filmlərin II Ümumrusiya müsabiqəsi
Filmə münsiflər heyətinin Diplomu və RSFSR Dövlət Kinematoqrafiya Komitəsinin Fəxri Fərmanı verilmişdir.

Film haqqında
Applikasiya filmidir.
Film bəstəkar Əli Babayevin kinoda ilk işidir.
Burada quraşdırma çəkilişlərindən istifadə edilmişdir. Applikasiya personajları ilə yanaşı filmdə canlı oğlan da fəaliyyət göstərir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Çingiz Hüseynov
Rejissor : Firəngiz Qurbanova
Quruluşçu rəssam : Firəngiz Qurbanova
Operator : Ramiz Ağayev
Quraşdırılmış səhnələrin operatoru : Aleksandr Milov
Bəstəkar : Əli Babayev
Səs operatoru : Akif Nuriyev
Multiplikasiya Rəssamı : Rauf Dadaşov, Adolf Pedan, Vahid Talıbov, Dinarə Seyidova
Rəssam : Hüseyn Cavid İsmayılov, Ə. Mirzəyev, Yelena Dontsova(Y. Dontsova kimi), K. Qaqnidze, Y. Melkumova
Montaj edən : Nelli Dadaşova
Redaktor : D. Tahirova
Filmin direktoru : İ. Hüseynov

Rolda
Əmir Tağıyev-Uşaq


Tarix: 09.02.2013 / 14:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 297 Bölmə: Filimler