beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ailə (film, 1998)

Məzmun
XX əsrin 80-cı illərinin axırı sovet epoxasının sonunun başlanğıcı oldu. İlk "odu" erməni millətçiləri "yandırdılar". Onlar Dağlıq Qarabağa öz ərazi iddialarını irəli sürdülər. Kreml elitası bu məsələyə öz münasibətini bildirmək əvəzinə susmağı üstün tutdu. Beləliklə də, azərbaycanlılar Ermənistandan, öz dədə-baba yurdlarından zorla qovuldular... Filmdəki hadisələr bu fonda cərəyan edir. Film sosialist cəmiyyətinin "özəyi" kimi, bir Bakı ailəsinin dağılması tarixçəsinə həsr olunmuşdur. Özünün bölünməzliyinə, kollektivçiliyə inam, böyüklərin kiçiklər üzərində hökmranlığı bu ailəyə xas olan xüsusiyyətlər idi.
Müəlliflər göstərirlər ki, vaxtilə böyük və mehriban olan bu ailə necə dağılır, onun üzvlərindən hər biri, istər yaşlı olsun, ya da cavan, özünə kənarda necə yer axtarır. Hətta xasiyyətcə sərt və tərs adam olan ailə başçısı, qoca İsmayıl(Həsənağa Turabov) yenidənqurma başlayanda nə qədər çalışsa da ailə üzvlərini əvvəlki kimi bir dam altında saxlaya bilmir...

Film haqqında
Filmin musiqisi Rafiq Babayevin Yaradıcılıq Studiyasında lentə alınmışdır.
Xronikal kadrlar üçün "Yaddaş" Studiyası və "Salnamə" Studiyası köməklik göstərmişdir.
Film həm video, həm də kinolentə çəkilmişdir.
Film 1999-cu ildə Berlin Film Festivalında "Panorama" proqramı çərçivəsində nümayiş etdirilmişdir.
Filmin titrləri: Bakı. 1990-cı il. Artıq 300 minə qədər azərbaycanlı Ermənistan və Dağlıq Qarabağdakı daimi yaşayış yerlərindən zorla qovulmuşdur. Etiraz dalğası bütün Azərbaycanı bürümüşdür.
Film operator Valeri Kərimovun kinoda son işidir.

Festivallar və mükafatlar
1)2000-ci ildə Moskvada III Avrasiya teleforumu
Filmə televiziya filmləri və proqramları yaradıcılıq müsabiqəsində baş mükafat verilmişdir.
2)2003-cü ildə Bakıda
"Ən yaxşı səs rejissoru" nominasiyasında Əsəd Əsədova "Qızıl Çıraq" mükafatı verilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Rüstəm İbrahimbəyov
Quruluşçu rejissor : Rüstəm İbrahimbəyov, Ramiz Həsənoğlu
Quruluşçu operator : Valeri Kərimov, Fikrət Əsgərov
Quruluşçu rəssam : Şamil Nəcəfzadə
Bəstəkar : Cəfər Əliyev
Səs operatoru : Əsəd Əsədov
Montaj edən : Nisə Hacıyeva(Nisəxanım Hacıyeva kimi)
İcraçı prodüser : Arif Səfərov
Prodüser : Rüstəm İbrahimbəyov, Ziyafət Abbasov, Mixail Litvak
Rejissor : Adil İsmayılov
Operator : Sərvər Rəşidoğlu(Sərvər Quliyev kimi)
Geyim Rəssamı : Tatyana Əmirova
Qrim rəssamı : Berta Roqova
Quraşdırılmış səhnələrin operatoru : Vaqif Bağırov
İşıq Ustası : Məhəmməd Hacıyev
Rejissor assistenti : Rafiq Orucov, A. Davidov, O. Namazov, T. Məmmədov, Nazim Cəbrayılov
Operator assistenti : Nizami Səfərov
Rəssam assistenti : İ. Səfərov
Montaj üzrə assistent : Rahidə Quliyeva
Səs Texniki : T. Rəsulova
Fotoqraf-Rəssam : Natiq İbrahimov
İşıqçı : Həsən Sultanov, Adil Dadaşov, Məhəmməd Hacıyev(titrlərdə yoxdur)
Pirotexnik : Əlibala Məmmədov
Rəng Tənzimləyicisi : Əminə Cəfərova
Geyimçi : M. Anisimova
Əlbəsəçi : Taisiya Kovalyova
Sürücü : A. Pirnəzərov, Oqtay Əliyev (II), Muxtar Əzizbəyov, B. İbrahimov
Fəhlə : Y. Rıjov, Y. Antipov, P. Antipov
İnzibatçı : Nəriman Axundov, Nina Osipova, O. Ağayev, Rafiq Musayev(R. Musayev kimi), Q. Manafov, N. Neudaçina
Redaktor : Rafiq Hüseynov, Asim Cəlilov, Orxan Fikrətoğlu
Musiqi redaktoru : İsmayıl Dadaşov
Çalır : Səyavuş Kəriminin Rəhbərliyi ilə İnstrumental Ansambl

Rollarda

Baş Rollarda
Həsənağa Turabov-İsmayıl
Səyavuş Kərimi-Teymur
Svetlana Metkina-Alya
Rafiq Əliyev (II)-Qarik

Rollarda
Təhminə Məmmədova-Rəna
Nataliya Tağıyeva-Sofiya Mixaylovna
Mehriban Zəki-Elmira
Fuad Poladov-Mafiya başçısı
Cahangir Mehdiyev-Rüfət
Aqil M. Quliyev-İqor
Abbas Qəhrəmanov-Alyanın əri
Məbud Məhərrəmov-Qaçqın
Vidadi Əliyev-İsmayılın qohumu
Tatyana Qross-Natalya Petrovna
Anatoli Azbel-Saşa
Şamil Nəcəfzadə-Alıcı

Epizodlarda
Ayşad Məmmədov-Qaçqının tanışı
Nazim Cəbrayılov
Fikrət Ələkbərov
Oleq Namazov
Rafiq Orucov
T. Məmmədov

Filmi səsləndirən
Sabir Məmmədov-Qaçqın (Məbud Məhərrəmov) (titrlərdə yoxdur)


Tarix: 08.02.2013 / 20:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 541 Bölmə: Filimler