beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hazırcavab aktyorlar

Çarli Çaplin ABŞ-da yaşadığı müddətdə ciddi şəkildə təqib edilirdi. Buna tab gətirməyən dahi sənətkar ABŞ-ı tərk etmək məcburiyyətində qalır. Ondan
soruşanda ki, əgər ABŞ-da başqa adam prezident seçilərsə, onda o qayıtmağa razı olarmı?...Cavabında Çarli Çaplin deyir:
-Bu gündən sonra ABŞ-da İsa peyğəmbər özü gəlib prezident olsa da o bir daha qayıdası deyil.
Ekranda zavallı adam rollarında çıxış edən Çarli Çaplin həm də öz müstəbid xarakteri və acıdilliyi ilə də məşhur idi. Bir dəfə o öz itini gəzintiyə çıxarır. İt, yaxında durmuş son dərəcə arıq bir qadına sarmaşaraq onu yalamağa başlayır. Çarli Çaplin qadından guya üzr istəyib:
-Bağışlayın, madam, mənim itim heç vaxt bu qədər sür-sümüyü bir yerdə görməyib.
Teatr sahibkarı rus səhnəsinin məşhur artisti Samarini danlayaraq demişdi: “Dünən Otello rolunu oynayarkən qeyri-təbii öldün!” Samarin ona belə cavab vermişdi: “Mən özüm də təəccüb edirəm. O maaşı ki mən sizdən alıram onun müqabilində təbii ölmək çətin deyildir!”-demişdir.
“Nəyi özünüzə əsas peşə hesab edrsiniz?”-sualına Adriano Çelentano belə cavab vermişdi: “Mən özümü hər şeydən əvvəl oynamağı sevən bir insan hesab edirəm. Nə vaxt ki, bunu etmək istəyirəm, onda özümü saxlaya bilmirəm və ağlıma gələn hər şeyi edirəm.”
Görkəmli gülüş ustası Arkadi Raykin deyirdi: ”Gülüş insanları bir-birinə yaxınlaşdırır, yaş arasındakı fərqi aradan qaldırır.”
XIX əsr italyan səhnəsinin məşhur artisti Salvini bir tamaşa zamanı səhnədə oynayarkən əsərin qəhrəmanı adından “At gətirin mənə, at!”- deyə salona müraciət etmişdir. Bu vaxt tamaşaçılardan biri: “At yoxdu, eşşək var, gətirib gəlim?”- deyə cavab verdikdə: “Gəl, gəl eşşək də olar!”- deyə artist özünü itirməmişdi.
Komediya ustası Eddi Kortardan xəstələnərkən nə etmək lazım gəldiyi haqda soruşarkən Demişdir: “Mütləq həkimə gedin, çünki həkimin yaşaması gərəkdir. Dediyi dərmanları mütləq alın, çünki əczaçının yaşaması gərəkdir. Lakin dərmanları qəbul etməyin, çünki sizin də yaşamanız gərəkdir.”
Məşhur rejissor Mixail Romm “Lenin Oktyabrda” filmini çəkərkən, müvəqqəti hökumətin başçısı Kerenskinin sinəsində hansı ordenləri gəzdirdiyi və neçə yavəri olduğu məsələsi ortaya çıxır.
-Bunu bir adam aydınlaşdıra bilər?- deyə Mixail Romm çəkiliş qrupu üzvlərindən soruşur. Ortalığa sükut çökür. Gözlənilmədən “süpürgə” saqqalına görə hamının zarafatla Çernomor adlandırdığı kişinin inamlı səsi eşidilir:
-Aleksandr Fyodroviç sinəsində yalnız universitet nişanı gəzdirirdi və cəmi iki yavəri var idi.
-Siz bunu hardan bilirsiniz?- deyə Romm təəccüblənir.
-Çünki mən Müvəqqəti hökumətin keçmiş naziri Malyantoviçəm.
Məşhur fransız aktyor Koklen bir dəfə səhnədə Hannibalın rolunu oynayarkən, əsərin məzmununa görə yaratmalı idi. Lakin özü də hiss etmədən, doğrudan da yuxulayır. Tamaşaçılar isə xoruldamağını eşidib, bunun oyunun gedişi ilə əlaqədar olduğunu zənn etmişdilər. Lakin tamaşaçıların biri: “Aktyor yaxşı xoruldamağı bacarmır, adam yatarkən belə xoruldamaz!”- deyə onun həqiqətən xoruldamağına irad tutmuşdu.


Tarix: 28.11.2014 / 11:28 Müəllif: Aziza Baxılıb: 94 Bölmə: Filimler