beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Eybəcərlik görmək

Yuxuda bədəniniz narahatlığa və digər insanların narahatlığına səbəb olubsa,bu narahatlıqların heç bir əsası yoxdur. Bu cür yuxular heç də həmişə hansısa əsaslara malik olmur. Çox vaxt yuxular insanların sizin haqqınızda nə düşündüyü barədə zəhlətökən ideyalara işarədir. Bu yuxunu yozmaq üçün əsas məsələ sizin özünüzün eybəcər olmağınız barədə nəticə çıxarmağınız və ya əksinə, başqalarının sizin haqqınızda belə düşünməyidir. Əgər özünüz belə nəticəyə gəlmisinizsə, onda bu orqanizmdə baş verən hansısa hadisə ilə, məsələn hamiləliklə bağlı deyilmi? Hamilə olduğunuz zaman siz yuxuda ətrafdakılar və özünüzün artıq çəki aldığınız barədə fikirlərindən narahat ola bilərsiniz. Xarici görkəminizdəki digər dəyişikliklər siqaret, içki, narkotik qəbulu, seksual fəallığın artması və ya əvvəllər tabu kimi baxdığınız seksual təcrübədə iştirakla bağlı ola bilər. Bu yuxu ciddi müzakirə olunmalıdır, çünki bədənimizə qarşı hiss etdiyimiz hisslər özümüzü insan kimi necə qəbul etməyimizin vacib bir hissəsi kimi xidmət edir. Yuxuda vaxtaşırı eybəcər olduğumuzu görmək o deməkdir ki, şəxsi ləyaqət hissimizin sıxışdırıldığı, qida ilə bağlı pozuntulara yer verdiyimiz halların olub olmadığını düşünmək lazımdır.


Tarix: 31.12.2013 / 22:29 Müəllif: Ebulfez Baxılıb: 199 Bölmə: E hərfi