Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Eşşək görmək

Eşşək haqqında yuxu xoşagəlməz hadisələr və arzuolunan məqsədə çatmaqda bir çox maneələrə işarədir. Yüklənmiş eşşək böyük səbir tələb edən ağır işlərə işarədir: bu işlər uğurla başa çatacaq. Yuxuda sizi təqib edən eşşəkdən qorxaraq qaçırsınızsa, bu, ətrafınızda gəzən söz-söhbətlər və dedi-qodulara işarədir. Yuxuda eşşəyin ucadan səsini eşitmisinizsə, bu, kütləvi təhqirə məruz qalacağınıza işarədir. Belə yuxu hansısa əziyyətli işin başlanğıcına işarədir. Yuxuda eşşəyin üstündəsinizsə, yaxşı əlamətdir. Sizi maraqlı səyahətlər və yeni biliklər qazanmaq gözləyir. Başqalarını eşşəyin üstündə görmək o deməkdir ki, yaxınlarınızı çətin həyat gözləyir. Yuxuda eşşəyi qovursunuzsa, bu o deməkdir ki, tezliklə öz layiqli adınızı qoruyub-saxlamaq üçün bütün cəsarətinizi toplamalısınız. Yuxuda eşşək şıllaqlayırsa, bu yuxu gözünüzü açmalıdır: qanunsuz əlaqələriniz ucbatından qorxu və həyəcana işarədir. Yuxuda eşşəyin yedəyindən tutaraq onu əminliklə aparırsınızsa, bu yuxu çətin vəziyyətə düşəcəyinizə işarədir. Yuxuda uşaqların eşşəyin üstündə getdiklərini görmək yaxşı əlamətdir. Yuxuda ölü eşşək görmək səhv addımlara işarədir. Yuxuda eşşəyin üstündən yerə düşmüsünüzsə, bu uğursuzluq əlamətidir. Yuxuda eşşək südü içmək öz kaprizli istəklərinizə yol verəcəyinizə işarədir. Yuxuda başqasının eşşəyini öz həyətində görmək işlərdə böyük uğurlar və xeyirli evliliyə işarədir. Ağ eşşək təminatlı həyat və sevgidə uğura işarədir.

Yuxuda insan eşşək görübsə, onun oğlu olacaq.Yuxuda sizə eşşək əti veriblərsə sizə məxsus olmayan yad bir bir şey tapacaqsınız.


Tarix: 31.12.2013 / 22:03 Müəllif: Ebulfez Baxılıb: 498 Bölmə: E hərfi
loading...