beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərimiz (sav) dili ilə müstəcəb dualar (Yeddinci Hissə)

1.(( اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِأَنَّي أَشْهَدُ أَنَّكَ أَنْتَ اللَّهُ لاَ إِلَهَ إِلاَّ أَنْتَ, الأَحَدُ, الصَّمَدُ, الَّذِي لَمْ يَلِدْ وَلَمْ يُولَدْ, وَلَمْ يَكُنْ لَهُ كُفُواً أَحَدٌ
- [Allahummə inni əs`əlukə biəni əşhədu ənnəkə əntə Allahu lə iləhə illə əntəl-əhədu, əs-samədu, əlləzi ləm yəlid va ləm yuləd, va ləm yəkun ləhu kufuvvən əhədun]
«Allahım! Sənin Allah olduğuna, Səndən başqa ibadətə layiq haqq məbudun olmadığına, bir olduğuna və [heç kəsə və heç nəyə] möhtac olmadığına, doğmuş və doğulmamış olduğuna və heç bir tayın-bərabərin və bənzərinin olmadığına şəhadət verərək Səndən diləyirəm».

2.(( اللَّهُمَّ بِعِلْمِكَ الْغَيْبَ, وَقُدْرَتِكَ عَلَى الْجَلْقِ, أَحْيِنِي مَا عَلِمْتَ الْحَيَاةَ خَيْرًا لِى, وَتَوَفَّنِي إِذَا عَلِمْتَ الوَفَاةَ خَيْرًا لِي, اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ خَشْيَتَكَ فِي الْغَيْبِ وَالْشَّهَادَةِ, وَ أَسْأَلُكَ كَلِمَةََ الْحَقِّ فِي الْرِّضَا وَالْغَضَبِ, وَأَسْأَلُكَ الْقَصْدَ فِي الْغِنَى وَالْفَقْرِ, وَأَسْأَلُكَ نَعِيماً لاَ يَنْفَدُ, وَأَسْأَلُكَ قُرَّةَ عَيْنٍ لاَ تَنْقَطِعُ, وَأَسْأَلُكَ الرِّضَا بَعْدَ الْقَضَاءِ, وَأَسْأَلُكَ بَرْدَ الْعَيْشِ بَعْدَ الْمَوْتِ, وَأَسْأَلُكَ لَذَّةَ الْنَّظَرِ إِلَى وَجْهِكَ, وَالشَّوْقَ إِلَى لِقَائِكَ, فِي غَيْرِضَرَّاءَ مُضِرَّةٍ, وَلاَ فِتْنَةٍ مُضِلَّةٍ, اللَّهُمَّ زَيِّنَّا بِزِينَة ِالإِيمَانِ, وَاجعَلْنَا هُدَاةً مُهْتَدِينَ ))
- [Allahummə biilmikəl-ğeybə, va qudratikə aləl-xəlqi, əhyini mə əlimtə əl-həyətə xəyran li, va tavaffəni izə əlimtə əl-vafətə xəyran li. Allahummə inni əs`əlukə xaşyətəkə fil-ğeybi vaş-şəhədəti, va əs`əlukə kəlimətəl-haqqi fir-rida val-ğadabi, va əs`əlukə əl-qasdə fil-ğinə val-fəqri, va əs`əlukə nəimən lə yənfədu, va əs`əlukə qurratə aynin lə tunfətiu, va əs`əlukə ər-rida bədəl-ğadai, va əs`əlukə bərdəl-iyşi bədəl-mauti, va əs`əlukə ləzzətən- nəzari ilə vachikə, vaş-şauqi ilə liqaikə, fi ğeyri darrəə mudirrətin, va lə fitnətin mudillətin. Allahummə zəyyinnə bizinətil-imən, vacəlnə hudətən muhtədinə]
«Allahım! Qeybi bilməyin və məxluqatın üzərindəki qüdrətinlə həyatın mənim üçün xeyirli olduğunu bildiyin müddətədək məni yaşat! Ölümün mənim üçün daha xeyirli olduğunu bildiyin təqdirdə isə məni öldür! Allahım! Gizlində və aşkarda Səndən qorxmağımı diləyirəm. Allahım! Səndən əsəbi və razı qaldığım anlarda həqiqəti deməyi, zəngin və kasıb vəziyyətlərdə qənaətçil olmağı, tükənməz bir nemət, davamlı göz aydınlığı, başıma gələn qəzavü-qədərdən sonra mənə məmnunluq bəxş etməyini, ölümdən sonra rahat həyatı, mübarək camalına tamaşa etməyin ləzzətini, hər hansı zərər verici bir amilə və azdırıcı fitnəyə məruz qalmadan Sənə qovuşmağın həsrətini diləyirəm. Allahım! Bizi iman zinətilə zinətləndir və doğru yola yönələnlərin hidayətinə səbəb olmuş kimsələrdən et!».

3.(( اللَّهُمَّ ارْزُقْنِي حُبَّكَ, وَحُبَّ مَنْ يَنْفَعُنِي حُبُّهُ عِنْدَكَ, اللَّهُمَّ مَا رَزَقْتَنِي مِمَّ أُحِبُّ فَاجْعَلْهُ قُوَّةً لِي فِيمَا تُحِبُّ, اللَّهُمَّ مَا زَوَيْتَ عَنِّي مِمَّا أُحِبُّ فَاجْعَلْهُ فَرَاغاً لِي فِيمَا تُحِبُّ ))
[Allahummə-r-zuqni hubbəkə, va hubbə mən uhibbu fəcəlhu quvvatən li fimə tuhibbu. Allahummə mə zəvaytə ənni mimmə uhibbu fəcəlhu fərəğan li fimə tuhibbu]
«Ey Allahım! Mənə bəxş etdiyin sevgini Sənin sevdiklərini sevməyim üçün qüvvə verici amil et. Mənim sevmək istədiyim, amma Sənin onlardan uzaq etdiklərinin sevgisinin yerini Sənin sevdiklərinin məhəbbəti ilə doldur».

4.((اللَّهُمَّ طَهِّرنِي مِنَ الذُّنُوبِ وَالْخَطَايَا, اللَّهُمَّ نَقِّنِي مِنْهَا كَمَا يُنَقَّى الثَّوبُ الأَبْيَضُ مِنَ الدَّنَسِ, اللَّهُمَّ طَهِّرنِي بِالثَّلجِ وَالْبَرَدِ وَالْمَاءِ الْبَارِدِ ))
[Allahummə tahhirni minəz-zunubi val-xatayə. Allahummə nəqqini minhə kəmə yunəqqə əs-savbul-əbyadu minəd-dənəsi. Allahummə tahhirni bis-səlci val-bərədi val-məil-bəridi]
«Allahım! Məni günah və xətalardan təmizlə! Allahım! Məni onlardan ağ paltarın ləkədən təmizləndiyi kimi təmizlə! Allahım! Məni qar, dolu və soyuq su ilə paklaşdır!».

5.(( اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْبُخْلِ, وَالْجُبْنِ، وَسُوءِ الْعُمْرِ, وَفِتنَةِ الصَّدْرِ, وَعَذَابِ الْقَبْرِ ))
[Allahummə inni ə‘uzu bikə minə-l-buxli va-l-cubni, va sui-l-umri va fitnəti-s-sadri, va əzəbil-qabri]
«Allahım! Paxıllıqdan, qorxaqlıqdan, pis ömürdən [tüfeyli həyat sürməkdən], qəlb fitnəsindən və qəbr əzabından Sənə pənah aparıram!».

6.(( اللَّهُمَّ رَبَّ جِبْرَائِيلَ, وَمِكَائِيلَ, وَرَبَّ إِسْرَافِيلَ, أَعُوذُ بِكَ مِنْ حَرِّ النَّارِ وَمِنْ عَذَابِ الْقَبْرِ ))
[Allahummə rabbə cibrəilə va mikəilə, va rəbbə israfilə, ə‘uzu bikə min hərrin-nəri va min əzəbil-qabri]
«Cəbrayılın, Mikayılın və İsrafilin Rəbbi olan Allahım! Cəhənnəm alovunun hərarətindən və qəbr əzabından Sənə sığınıram!».

7.(( اللَّهُمَّ أَلْهَمْنِي رُشْدِي, وَأَعِذْنِي مِنْ شَرِّ نَفْسِي ))
[Allahummə əl-həmni ruşdi, va əizni min şərri nəfsi]
«Allahım! Haqqı mənə öyrət, nəfsimin şərindən məni qoru!».

8.( اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ عِلْماً نَافِعاً, وَأَعُوذُ بِكَ مِنْ عِلْمٍ لا يَنْفَعُ )
Allahummə inni əs`əlukə ilmən nəfiən, va ə‘uzu bikə min ilmin lə yənfəu
«Allahım! Səndən faydalı elmi istəyir, faydasız elmdən isə Sənə sığınıram!».

9.(( اللَّهُمَّ رَبَّ السَّمَاوَاتِ [السَّبْعِ] وَرَبَّ الأَرْضِ وَرَبَّ الْعَرْشِ الْعَظِيمِ رَبَّنَا وَرَبَّ كُلِّ شَيْءٍ فَالِقَ الْحَبِّ وَالنَّوَى وَمُنْزِلَ التَّوْرَاةِ وَالإِنْجِيلِ وَالْفُرْقَانِ أَعُوذُ بِكَ مِنْ شَرِّ كُلِّ شَيْءٍ أَنْتَ آخِذٌ بِنَاصِيَتِهِ، اللَّهُمَّ أَنْتَ الأَوَّلُ فَلَيْسَ قَبْلَكَ شَيْءٍ وَأَنْتَ الآخِرُ فَلَيْسَ بَعْدَكَ شَيْءٌ وَأَنْتَ الظَّاهِرُ فَلَيْسَ فَوْقَكَ شَيْءٌ وَأَنْتَ الْبَاطِنُ فَلَيْسَ دُونَكَ شَيْءٌ إِقْضِى عَنَّا الدَّيْنَ وَأَغْنِنَا مِنَ الْفَقْرِ ))
- [Allahummə rabbə-s-səmə’və’ti [səbi] va rabbə-l-ardi va rabbə-l-arşi-l-‘azım. Rabbənə va rabbə kulli şey‘in fə’liqa-l-həbbi va-n-nəva va munzilə-t-təura’ti va-l-inci’li va-l-furqan. Ə‘uzu bikə min şərri kulli şey’in əntə ə’xizu binə’sıyətihi. Allahummə əntə-l-əvvəlu fəleysə qabləkə şey’un va əntə-l-ə’xiru fəleysə bə‘dəkə şey’un va əntə-z-za’hiru fəleysə fəuqakə şey’un va əntə-l-bə’tinu fəleysə du’nəkə şey’un, iqdi ‘annə-d-deynə va əğninə minə-l-fəqr]
«[Yeddi qat] göyün, yerin və əzəmətli ərşin Rəbbi olan Allahım! Bizim və hər şeyin Rəbbi olan, dənə və çəyirdəyi yaran, Tövratı, İncili və Fürqanı [Quranı] nazil edən Rəbbimiz! Kəklindən tutduğun hər şeyin (Hər şey Sənin mülkiyyətindədir və onu istədiyin kimi istifadə edirsən) şərindən Sənə pənah aparıram. Sən Əvvəlsən, Səndən qabaq heç bir şey olmayıb. Sən Axırsan, Səndən sonra heç bir şey olmayacaq. Sən Zahirsən, Səndən üstdə heç bir şey yoxdur. Sən Batinsən, Sənsiz heç nə yoxdur. Bizim əvəzimizə borcumuzu ödə və bizi kasıbçılıqdan çıxarıb zənginləşdir!».


10.2.(( رَبِّ اغْفِرْلِي, وَتُبْ عَلَيَّ, إِنَّكَ أَنْتَ التَّوَّابُ الغَفُورُ ))
- [Rabbə iğfirli, va tub aleyyə, innəkə əntə təvvabul-ğafur]
«Rəbbim! Məni bağışla və tövbəmi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edən və bağışlayansan!».


Tarix: 06.05.2013 / 18:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 308 Bölmə: Dualar