beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaymaqlı Vanilli Dondurma (resept)

QAYMAQLI VANİLLİ DONDURMA


Ərzaqlar

2 stəkan süd
2 stəkan qaymaq
5 iri yumurta sarısı (yumurtalar balacadırsa, 6 yumurta sarısı istifadə edin)
3/4 stəkan şəkər tozu
2 çay qaşığı vanil ekstaktı (pure vanilla extract)


QEYD: Vanil ekstaktl duru olur. Supermarketlərdə olmamış olmaz. Əgər yoxdursa, onun əvəzinə yarım çay qaşığı vanil tozu istifadə edə bilərsiniz. Belə halda, vanil tozunu addım 2-də yumurta və şəkər qarışığına əlavə edib qarışdırın.

1. Südü və qaymağı qazana qoyub (dibi qalın olsun ki, dondurma yanmasın), orta odda qaynadın. Qaynayan kimi kənara çəkin.

2. İri qabda yumurta sarısı və şəkər tozunu mikser və yaxud da qaşıqla rəngi bir az açılanadək və kütlə bir qədər qatılaşanadək çalın. Mikserlə təxminən 3 dəqiqə, qaşıqla təxminən 6 dəqiqə.

3. Qaynatdığınız süd-qaymağı təxminən 1/3-ünü yavaş-yavaş yumurtalı qarışığa əlavə edib qaşıqla dəyanmadan qarışdırın ki, yumurta bişməsin. Sonra qalan qaynar süd-qaymağı da tədricən yumurtaya əlavə edib qarışdırın.

4. Alınan qarışığı qazana geri tökün. Orta odda taxta qaşıqla dəyanmadan qarışdıra-qarışdıra kütlə bir az qatılaşanadək bişirin. Bu proses təxminən 7 dəqiqə çəkəcək. Süd qaynamamalıdır! İlk etapda südlü qarışığın üzünə çıxan köpüklər qarışıq hazır olana yaxın yox olacaq. Qarışığın qatılığının kifayət olub olmamasını bu cür yoxlayın: taxta qaşığı qarışığa salıb çıxardın. Əgər qaşığın üstündə südlü plyonka əmələ gəlirsə, və əgər barmağınızla o plyonkanın ortasından bir xət çəkdiyinizdə o xət yenidən birləşmirsə, onda qarışığın qatılığı istənilən kimidir.

5. Qazanı kənara çəkin. İri, soyuğa dayanaqlı bir qabın (qapağı da olsun, sonra lazım olacaq) üstünə süzgəc qoyun. Südlü qarışığı süzgəcdən keçirmək şərtilə qaba boşaldın. Vanil ekstraktını qaba əlavə edib, qarışdırın. Qabı soyuducuya qoyun ki, dondurma tamamilə soyusun - ən az 3 saat ərzində, ən çox isə bir gecə ərzində.

6. Soyumuş dondurmanı soyuducudan çıxardın. Qapağını örtüb buzluğa qoyun. Təxminən 45 dəqiqə sonra çıxardıb, ya mikserlə ya da qaşıqla yenidən bərk-bərk çalın. Dondurmanı buzluğa geri qoyun. Bundan sonra iki dəfə hər 30 dəqiqədən bir eyni addımı təkrarlayın. Bu addım ona görə lazımdır ki, dondurma buz bağlamasın və daha qaymaqlı olsun (aşağıdakı şəkildə dondurma buzluqdan qarışdırılması üçün çıxardılmışdır). Dondurmanı buzşuğa qoyun və tamamilə bərkiməsini gözləyin. Dondurmanız hazırdır. Dondurmanı qablara paylaşdırdıqdan sonra bir neçə dəqiqə gözləyin ki, dondurma bir az yumuşalsın, özünə gəlsin. Nuş Olsun!


Tarix: 20.12.2012 / 20:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 551 Bölmə: Dondurmalar