beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MƏKKƏNİN HƏSRƏTİ

Mən Kəbəni gördüm, mənə röya kimi gəldi!
Röya mənə fövqəladi dünya kimi gəldi!

Yurdumdakı göz yaşları bir damcı göründü,
Ol Kəbədə göz yaşları dərya kimi gəldi.

Xoş oldu ayaqlar ki, o torpaqda gəzindi,
Gəldim geri, gerçək idi, xülya kimi gəldi.

Gözlər də sevindi bu məkanlarda baxarkən,
Gündüzləri, axşamları təqva kimi gəldi.

O günlərəcən baxışların qiyməti yoxdu,
Canım bunu gördükdə təmənna kimi gəldi.

Əllər xeyir iş görmədə sanki, qurumuşdu,
Əllər elə bil, fitrəti bənna kimi gəldi.

Qəlb titrədi, tüklər bütün ürpərdi zəhmdən,
Bu nəfsimə ən faydalı icra kimi gəldi.

Səhranı gülüstan kimi sandım o məqamda,
Əvvəl gözümün gördüyü suğra kimi gəldi.

Ta qarşıda bir Kəbə göründü, necə gündü,
Ya Rəbb, qullar da onun başına pərva kimi gəldi.

Möminlərə həm sirli və həm nurlu göründü,
Əsralara nur oldu, bu əsra kimi gəldi!

Səcdə elədik biz o evin Rəbbinə yalnız,
Taət bizə ən zirvədə kübra kimi gəldi.

Ömrümdəki ən dəyərli anlar yaşanarkən,
İbrət dolu, rəhmət dolu məcra kimi gəldi!

--------------
SAHİB ƏBDÜSSƏLAM


Tarix: 09.05.2013 / 12:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 287 Bölmə: Dini Şe`rlər