beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəriyə qulluqda bunlar vacibdir

Bir sıra mütəxəssislər, soyuq hava səbəbindən dəri quruluğuna tutulan şəxslərin çox duş qəbul etməmələri mövzusunda xəbərdarlıq edib. Türkiyədə bu sahə ilə əlaqədar fəaliyyət göstərildiyi bildirilən doktor Dərviş bəyin sözlərinə görə dəri quruluğu olan xəstələrin, duşdan sonra nəmliyi itirmədən dəri üzərinə nəmləndirici sürtməsi lazımdır. Məlumatdan aydın olur ki, bədən nəmləndiricilərindən, duş yağlarından istifadə orqanizmə fayda verir.
Həmçinin məlumatda bildirilir ki, su və sabunla həddindən artıq təmasda olmaq da düzgün deyil. Sürtünməsi çox olan geyimlər geyinmək məsləhət görülmür.
Bəzən irsi xəstəliklər, dəri xəstəlikləri, sədəf kimi bəzi ekzemalar da dəri quruluğu üçün səbəb ola bilər.
Dəri quruluğunu artıran səbəblərdən uzaq olmağın və ya bunun qarşısının alınması üçün bir sıra köməkçi tədbirlərin görülməsi daha düzgün hesab olunur.
Dəri quruluğunun ən çox xarici şərtlərə bağlı meydana gələn bir xəstəlik olduğu məlumatlarda öz əksini tapıb.
Qliserinli sabunlardan istifadənin bu cür problemlər yaşayan şəxslərə zərərli olmadığı bildirilir.


Tarix: 19.01.2015 / 13:10 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Dermatologiya: