Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Dermatologiya:Ziyillər

Ziyil insan vücudunun xaricində yaranan xala bənzər lakin xaldan çox-çox fərqli xüsusiyyətlərə malik dəri xəstəliyidir. Ziyilə adətən ən çox əllərdə və barmaqlarda rast gəlinir.

Ziyilin əlamətləri.

Ətli xala bənzəyən lakin müxtəlif rəngdə (ağ,qara bəzən isə çəhrayı) əsasən əllərdə, barmaqlarda və dırnaq ətrafında olan nöqtələrdir. Kəsdikdə qanayır lakin ağrısız olur. Əllərlə yanaşı bəzən bədənin digər hissələrində də ziyillərə rast gəlmək mümkündür.
Bu hissələrdən aşağı ətraflarda, cinsi orqanlarda bəzən qadınlarda uşaqlıq yolunda, üzdə və.s hissələrdə rast gəlmək olar.
Ziyilin yaranma səbəbi HPV (human papilloma virus) virusudur. Bu virusun 100-dən artıq növü mövcuddur. Digər infeksion xəstəliklər kimi ziyillərdə yoluxucudur və bu yolla törəyir.

Müalicəsi.

Ziyilləri aradan qaldırmağın bir çox yollaraı Ardı »

Dermatologiya:Günəş ləkələrindən ağrısız və acısısız müalicə

Verilən məlumata görə dəri yaşlanmasına digər amillər kimi günəş faktoru da təsir edir.
Ona görə dəridə ortaya çıxan ləkələrin qarşısını almaq üçün müxtəlif texnologiyalar icad edilib. Belə ki, günümüzdə geniş miqyasda istifadə olunan cihazlardan biri də lazer texnologiyasıdır. Bunun vasitəsi ilə dəridə olan rəng dəyişikliklərini birdəfəlik aradan qaldırmaq mümkündür.
Superplast Estetik Cərrahiyyə Mərkəzində fəaliyyət göstərdiyi bildrilən Dr. Cahangir Toraman günəş ləkələrinin müalicəsi haqqında danışıb.
Onun sözlərindən aydın olur ki, günəş ləkələrinin müalicəsi, fərqli lazer aparatları ilə dəridə baş vermiş rəng dəyişikliklərini birdəfəlik aradan qaldıra bilir.
Bu tətbiq bədən xaricindən olduğuna görə tətbiq əsnasında və sonrasında dəri bütünlüyündə pozulma, yara, qanama kimi vəziyyətlər Ardı »

Dermatologiya:Yayda dəri xəstəliklərindən özünüzü qoruyun

Həkimlər deyir ki, dəri xəstəlikləri başqa fəsadlara da yol aça bilər!

Havanın istiləşməsi dəri xəstəliklərinin artmasına yol açıb. Əsas səbəb uşaqların tətilə çıxdıqdan sonra küçədə, əyləncə və şəraiti yaxşı olmayan yerlərdə oynamalarıdır. Rayon və kənd yerlərində kiçik yaşlı uşaqların heyvanlar və quşlarla təmasda olması da dəri xəstəliyinə yol açır.

Müalicəsi vaxt aparılan dəri xəstəlikləri zədələyici təsirə malikdir. Virus tez yayılır ve bəzən epidemiya xarakteri daşıyır. Bəzən çibanın əmələ gəlməsi üçün kiçik bir zədə kifayət edir. Dəridə olan hər hansı bir qızartı yaxud ləkəyə valideyinlər çox vaxt biganə yanaşırlar.

Həkimlər isə vaxtında müalicənin vacib olduğunu deyirlər.

Piodermiya, çiban, korçiban, dolama kimi irinli dəri xəsəlikləri tez-tez Ardı »

Dermatologiya:Saç dərisinə qulluq

Həssas saç dərisi qaşıntı və təhriş hissi verir. Hava çirkliliyi, stressli həyat, saç tipinə uyğun olmayan şampunlarla saçları tez-tez yumaq xroniki bir narahatlıq yarada bilər. Saç dərisini qaşınma və istiliyi yüksək saç qurutma maşını ilə saçları qurutmaq da saç dərisinə zərər verə bilər.
Bütün bunlar dərini həssaslıq dərəcəsinə çatdırar. Qaşıntıdan əlavə insan saç dərisində quruluq və acı da hiss edir.
Pierre Fabre Dermo Kosmetikasının ən əhəmiyyətli markalarından hesab olunan Ducray-ın adlı yeni adlandırılan "SENSİNOL" məhsulu qaşıntı, batma, yanmağa qarşı anında rahatlaşdırıcı təsiri təmin edir. Yalnız səlahiyyətli əczaxanalarda satılır.
Tez istifadəyə uyğun olan Ducray Sensinol şampunu nəmli saça zərifcə masaj edilərək tətbiq olunur daha sonra Ardı »

Dermatologiya:Uşaqları göbələk xəstəliklərindən qoruyun

İsveç Ayaq Sağlamlığı Mərkəzinin mütəxəssisi Spesifik İşgör, təmizliyinə diqqət yetirilməyən hovuzlarda uşaqların göbələk xəstəliyi ilə qarşılaşacaqlarına diqqət çəkir. İşgör qeyd edir ki, yaş, nəm və havasız mühit göbələk xəstəliyinin əmələ gəlməsinə əlverişli şərait yaradır.
Yay aylarında dırnaq göbələyi bu yolla meydana çıxır.
Ona görə də hovuzdan çıxdıqdan sonra uşaqları dəsmalla möhkəm qurulamaq, barmaqların,
dırnaqların arasında qalan nəmliyi aradan qaldırmaq məsləhətdir. Ardı »

Dermatologiya:Sızanaqsız dəri üçün karbohidratları azaldın

Sızanaqların əmələ gəlmə səbəbləri müxtəlifdir. Bura: follikul vəzilərinin tıxanması və bakteriyaların sürətli inkişafı, piy vəzilərinin hiperaktivliyi, iltihab və s. aiddir. Civzəli səpgi əsasən yetkinlik çağına, yəni bədəndə bir sıra hormonal dəyişikliklərin baş verdiyi dövrə təsadüf edir. Bu dövrdə dəri daha da yağlanır. Məhz, bu baxımdan dərini yağlaşdıracaq qidalardan (karbohidratları çox olan) istifadəni dayandırmaq lazımdır. Xüsusi ilə dəri xəstəliyi olanlar üçün qidalanma vərdişləri əhəmiyyətlidir.
Türkiyəli mütəxəssis Dr. Figen Axın da qida rasionunda diqqətli olmağı məsləhət görüb. Onun sözlərinə görə çoxlu meyvə-tərəvəz qəbulu, aşağı karbohidratlı qidalardan istifadə sızanaqların müalicəsinə yaxşı təsir göstərir. Gün ərzində içilən təmiz su dərini təravətli və elastik edir.
Fast-food, ət və Ardı »

Dermatologiya:Dəriyə qulluqda bunlar vacibdir

Bir sıra mütəxəssislər, soyuq hava səbəbindən dəri quruluğuna tutulan şəxslərin çox duş qəbul etməmələri mövzusunda xəbərdarlıq edib. Türkiyədə bu sahə ilə əlaqədar fəaliyyət göstərildiyi bildirilən doktor Dərviş bəyin sözlərinə görə dəri quruluğu olan xəstələrin, duşdan sonra nəmliyi itirmədən dəri üzərinə nəmləndirici sürtməsi lazımdır. Məlumatdan aydın olur ki, bədən nəmləndiricilərindən, duş yağlarından istifadə orqanizmə fayda verir.
Həmçinin məlumatda bildirilir ki, su və sabunla həddindən artıq təmasda olmaq da düzgün deyil. Sürtünməsi çox olan geyimlər geyinmək məsləhət görülmür.
Bəzən irsi xəstəliklər, dəri xəstəlikləri, sədəf kimi bəzi ekzemalar da dəri quruluğu üçün səbəb ola bilər.
Dəri quruluğunu artıran səbəblərdən uzaq olmağın və ya bunun qarşısının Ardı »

Dermatologiya:Melanomanın müalicəsi mümkün ola bilər

Xərcəng üzrə ekspertlərin bildirdiyinə görə, dəri xərçənginin müalicəsi üçün uzun müddətdir gözlənilən yeni qaydaların təsdiqi melanomanın müalicəsində misilsiz nəticələr verəcək. Bu həftə ABŞ-ın Ərzaq və Dərman Administrasiyası bu üsuldan istifadəyə yaşıl işıq yandırıb.

Merks Farmakologiya şirkətinin atni-xərçəng Keytruda bölməsi bədənin immun sisteminin cavab verməsinə dair unikal bir əməliyyata başlayıb.
Belə ki, xərçəng şişləri immun sitemini sıradan çıxarır. Lakin Keytruda züllalardan istifadə etməklə immun sisteminin müqavimətini artırır.

Pembrolizumab adlı dərman preparatı çox az yan təsirləri olmaqla, effektivlik nümayiş etdirir.
Adi kimya terapiyası xərcəng hüceyrələrini məhv etməklə yanaşı, ciddi yan təsirlərinə malikdir.

ABŞ-ın Ərzaq və Dərman Administrasiyası uzunmüddətli təhlükəsizlik sınaqlarından sonra Keytruda üsulunu təsdiq edib.

173 xəstə üzərində keçirilən Ardı »