beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayağınız nəfəs alsın

Yay aylarında artdığı bildirilən ayaq göbələyi infeksiyası və bundan qorunma yolları haqqında "Hisar Intercontinental Hospital" xəstəxanasının dermatologiya mütəxəssisi Dr. Burçak Bozdemir məlumat verib.
Gənc kişilərdə sıxlıqla görülən ayaq göbələyi infeksiyasının, qadınlarda və uşaqlarda ola biləcəyini ifadə edən Dr. Bozdemir göbələk mikrobunun xüsusilə nəmli, qaranlıq və isti mühitdə ayaq dərisində böyüyüb çoxaldığını və infeksiya meydana gətirdiyini bildirib. Ayaqda qaşıntı, qabıqlanma, qızartı, yanma və qoxu kimi əlamətlərlə özünü göstərən ayaq göbələklərinə diaqnoz qoyulub, müalicə edilməzsə gövdə dərisinə və dırnaqlara bulaşa bilər. Ayrıca göbələk infeksiyası səbəbi ilə dəri bütövlüyü pozulduğu üçün çöldən girən bakteriyalar selülit və lenfanjit kimi daha şiddətli ikinci infeksiyalara yol açar. Bu hallar görüldüyündə mütləq bir şəkildə dermatologiya sahəsində fəaliyyət göstərən mütəxəssislərə müraciət etmək lazımdır. Göbələk infeksiyasına qoyulan diaqnoz dəridə olan qaşıntının mikroskop altında araşdırılması ilə aparılır. İnfeksiya məhduddursa kremdən istifadə kifayətdir. Tanınan, şiddətli və müqavimətli infeksiyalar zamanı göbələyə qarşı təsirli həblərdən istifadə etmək məsləhət görülür. Göbələk infeksiyasına uyğunluq varsa və lazım olan tədbirlər görülməzsə təkrarlanma ehtimalı yüksək ola bilər.
Ayaq göbələyinin olmaması üçün bunlara diqqət etmək vacibdir:
Ayaq tez-tez tərlədikdə göbələyin olmaması üçün buna əhəmiyyət verilməli və lazımi tədbirlər görülməlidir;

• Uzun dabanlı və möhkəm ayaqqabılar geyinmək məsləhət deyil;
• İdman mərkəzlərində ayaq yalın xalça üzərində gəzmək olmaz;
• Çimdiyiniz hovuzun təmizliyinə əhəmiyyət vermək lazımdır;
• Hamam sonrası ayaqlarınızı və barmaq aralarını yaxşıca qurulamaq vacibdir;
• Pedikürü ortaq pedikür dəstiylə tətbiq etməyin.

Göbələk infeksiyasının qarşısını almaq üçün ayaqları hər gün yumaq və corabları hər gün dəyişdirmək, pambıqlı və təri çəkən corablar geyinmək, ortaq istifadə məkanlarında ayaq yalın gəzməmək, ailə üzvləri ilə ortaq başmaqdan və dəsmaldan istifadə etməmək lazımdır. Həmçinin ayaqları dəsmal ya da saç qurutma maşını ilə yaxşıca qurutmaq vacibdir. Xüsusilə yaz aylarında uzun dabanlı və möhkəm ayaqqabılar geyməyin. Birdə pedikür dəstinin sizə məxsus olduğunu unutmayın.


Tarix: 19.01.2015 / 13:09 Müəllif: Aziza Baxılıb: 70 Bölmə: Dermatologiya: