beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günəş ləkələrindən ağrısız və acısısız müalicə

Verilən məlumata görə dəri yaşlanmasına digər amillər kimi günəş faktoru da təsir edir.
Ona görə dəridə ortaya çıxan ləkələrin qarşısını almaq üçün müxtəlif texnologiyalar icad edilib. Belə ki, günümüzdə geniş miqyasda istifadə olunan cihazlardan biri də lazer texnologiyasıdır. Bunun vasitəsi ilə dəridə olan rəng dəyişikliklərini birdəfəlik aradan qaldırmaq mümkündür.
Superplast Estetik Cərrahiyyə Mərkəzində fəaliyyət göstərdiyi bildrilən Dr. Cahangir Toraman günəş ləkələrinin müalicəsi haqqında danışıb.
Onun sözlərindən aydın olur ki, günəş ləkələrinin müalicəsi, fərqli lazer aparatları ilə dəridə baş vermiş rəng dəyişikliklərini birdəfəlik aradan qaldıra bilir.
Bu tətbiq bədən xaricindən olduğuna görə tətbiq əsnasında və sonrasında dəri bütünlüyündə pozulma, yara, qanama kimi vəziyyətlər görülmür.
Xəstə həyatına qaldığı yerdən davam edir. Ağrısız bir tətbiqdir. Ümumiyyətlə 1 - 2 seans içərisində istənilən nəticə almaq olur.
Lazer müalicəsinin təsiri 2 həftə içərisində ləkələrin tam yox olmasına gətirib çıxarır. Lazerlə günəş ləkəsi müalicəsi birdəfəlik tətbiqdir.
Tətbiq sonrasında 1 həftə boyunca birbaşa günəş təmasından uzaq durmaq məsləhətdir. Həmin vəziyyətlə təkrar qarşılaşdıqda müalicə təkrarlana bilər.
Ləkələrdən bir dəfəyə xilas olan xəstələr, təkrar olmaması üçün günəşdən qorunma üsullarını tətbiq etməlidirlər. Tətbiq sahələrinə günəş qoruyucularından istifadə etmək olduqca faydalıdır. Bu istiqamətdə günəş şüalarından qorunmaq üçün qoruyucu kremlərdən istifadə etmək məsləhətdir. 2 saatdan bir əvəzləmək şərti ilə günəşlə təmasdan 20 dəqiqə əvvəl tətbiq olunmalıdır. Başqa bir məlumatda deyilir ki, günəşdən qoruyan kremlər yalnız yayda deyil, bütün il boyunca, hava buludlu belə olsa istifadə edilə bilər. Müxtəlif geyimlərdən və şapkadan istifadə edərək günəş şüalarının dəriyə çatmasının qarşısını almaq olar.


Tarix: 19.01.2015 / 13:09 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Dermatologiya: