beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

D vitamini üçün 15 dəqiqə kifayətdir

Bəzi insanlar bədəndə D vitamini çatışmazlığı üzündən günəş vannası qəbul etməyə üstünlük verirlər. Bu prosedurun qoyulan vaxtdan çox tətbiqi dəridə problemlər yaradır.
Məlumata görə Mersin Universiteti Tibb Fakültəsinin dəri zöhrəvi xəstəlikləri sahəsində fəaliyyət göstərən Prof. Dr. Tamer İrfan Qaya, yay aylarında günəş şüalarının içərisində olan bənövşəyi şüaların, insanların dərisinə zərər verdiyini ifadə edib. Ultrabənövşəyi şüaların gözlə görünən işıqlardan fərqli olduğuna diqqəti çəkən həkim, "Bu işıqlar dərimizdə müxtəlif dəyişikliklər meydana gətirir. Bunların başında dəri yaşlanması və dəri ləkələrini göstərən dəyişikliklər gəlir." cümlələrini işlədib.
Onun sözlərindən aydın olur ki, şüursuz bir şəkildə günəş vannası qəbul etmək dəridə böyük problemlər yaratmaqla bərabər dəri yaşlanmasına səbəb olur.
Xüsusilə ultrabənövşəyi şüalar, dəridəki protoinlərə zərər verərək dərinin saralmasına və qırışmasına səbəb olur. Buna görə davamlı günəşin altında qalan insanlar 50-60 yaşlarına gəldiklərində korlanmış və xarab bir dəriyə sahib olurlar. Bu da şüursuz günəş vannası qəbul etməkdən qaynaqlanır. Çoxlu günəş vannası qəbul etməni siqaret çəkməyə bənzədən professor bildirib ki, həmin problemlər dəridə qalıcı ziyanlara səbəb olmaqla yaranan mutasiya və genetik dəyişikliklər zamanı 10-20 il sonra dəri xərçənginə səbəb olur.
Verilən məlumatda oda bildirilir ki, bəzi insanların gözəlləşmək uğrunda, bəzilərinin isə bədənin D vitamininə doymasını təmin etmək üçün uzun müddət günəşdən şüaları qəbul edirlər. Yay fəslində havanın hərarəti yüksək olduğundan bir sıra mütəxəssislər günəş və kəskin istilərin mənfi təsirindən qorunmaq üçün günəş qoruyucularından istifadəni, nazik və açıq rəngli paltarlar geyinməyi, ağır qidalardan çəkinməyi, gün ərzində çoxlu duş qəbulunu məsləhət görürlər.
Xüsusilə günəşə həssaslığı olan və açıq bədənli insanların gündəlik olaraq günəş qoruyucularından, eynəklərdən və kremlərdən istifadəsi zəruridir.
Prof. Tamer İrfan Qaya, verdiyi şərhdə bildirib ki, "Xalq arasında D vitamini üçün günəş vannası qəbul etmənin lazımlı olduğu anlayışı vardır. Amma bu olduqca səhvdir. Günəş şüalarına çox məruz qalmaq dəridə problemlər yaradır. Halbuki, D vitaminini gündəlik həyatda çöldə vaxt keçirərkən bədən tərəfindən sintez olunur. Gündə 15 dəqiqə çöldə gəzmək D vitamini sintezi üçün kifayətdir "


Tarix: 19.01.2015 / 13:09 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Dermatologiya: