beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Haqqında

1. Məhəmməd Əmin Rəsulzadənin xatirələrindən:

"Parlament və hökumət dışında Firudin Köçərlilər, Piri Mürsəlzadələr, İslam Qəbulzadələr, Mirzə Abbaslar, müəllimə Vəsilə xanımlar, Qasımzadə Qasım bəylər, Rəfibəyli Xudadat bəylər, şair Hüseyn Cavid ilə Əhməd Cavadlar; gənc öyrənçi və zabitlərdən Ağa Kərim Əlizadə, Ağa Səlim Rəhimzadə, Salman Rəhimzadə, İbrahim Axundzadə, doktor Dadaş Həsənzadə və sairləri kimi namü-nişanı (ad-sanı) zikredilməyən daha neçə qurbanlarımız və şəhidlərimiz vardır."
2. Əbdülvahab Yurdsevərin xatirələrindən:

"Müsavatın gizli Mərkəzi Komitəsinin ən mühüm təşəbbüslərindən biri M.Ə.Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq parlament üzvü mərhum Rəhim bəy Vəkillini və Bakı hərbi təşkilatının rəisi doktor Dadaş Həsənzadəni bir qədər pul ilə Moskvaya göndərərək M.Ə.Rəsulzadə ilə əlaqə yaradılmışdı. M.Ə.Rəsulzadəyə təklif olunmuşdu ki, elmi tədqiqat adı ilə Leninqrada getsin. Onun oradan tatar maarifçilərindən Musa Cərullah Bigeyevin yardımı ilə qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya qaçırılması təmin edilmişdi."
3. Hüseyn Baykaranın xatirələrindən:

"Bir gün Əhməd Cavadla qeyri-leqal milli-azadlıq komitəsinin rəhbəri doktor Dadaş Həsənzadə və komitənin liderlərindən biri olan Rəhim bəy Vəkilli ilə rastlaşdıq. Uzun danışıqlardan sonra mən (H. Baykara) qeyri-leqal komitənin görkəmli nümayəndələrinin bir hissəsinin müvəqqəti olaraq Azərbaycandan çıxıb getməsini təklif etdim. Onların hər üçü mənim bu təklifimə qarşı çıxdılar və dedilər: "Mən gedim xarici ölkəyə, sən get, o getsin, çox yaxşı, bəs bu bədbəxt və talesiz günləri millətlə kim bölüşsün?". Çox yaxşı xatırlayıram, Əhməd Cavad və Rəhim bəy Vəkilli mənim sözlərimə çox hirsləndilər və bir daha belə sözlər danışmamağı söylədilər. O vaxtdan düz yarım əsr keçmişdir. Azadlıq uğrunda mübarizə aparan bu üç azadlıq aşiqi sözlərinə sadiq qalmış, Azərbaycan xalqının bədbəxt günlərini xalqla birgə yaşamışlar. Doktor Dadaş Həsənzadə güllələnmiş, Rəhim bəy Vəkilli özünü öldürmüş, Əhməd Cavad isə Sibirə sürgün olunmuş və ondan bir daha heç bir xəbər gəlməmişdir.


Tarix: 08.01.2015 / 00:13 Müəllif: Feriska Baxılıb: 97 Bölmə: Dadaş Həsənov