Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Dadaş HəsənovSilahlı üsyanın hazırlanması

Ancaq sovet xüsusi xidmət orqanları təqibləri davam etdirmişdir. Bu təqiblərə baxmayaraq, Dadaş Həsənov və onun silahdaşları silahlı üsyana hazırlığı davam etdirmişdirlər. Bunun üçün o mühacirətdəki musavatçılarla sıx əlaqə saxlamış, oradan təbliğat xarakterli ədəbiyyat və vərəqələr almışdır. Bundan sonra Azərbaycanın bütün bölgələrində təbliğat işi aparılmışdır. Gizli müqavimət təşkilatın fəalları Qızıl Ordunun hissələrində belə təbliğat aparmış, əsgərləri öz tərəfinə çəkməyə cəhdlər etmişdirlər.

Üsyanı qürcülərlə birlikdə həyata keşirmək planlaşdırılmışdır. Öncə üsyan Gürcüstanda başlamalı, sonra isə Azərbaycana yayılmalı idi. Ancaq Gürcüstanda 1924-cü ilin avqust ayında qiyam başlasa da uğursuzluqla nəticələndi. Orada üsyançılar bir neçə gün ərzində Qırmızı Ordu tərəfindən məğlub edildi. Ona görə də Azərbaycanda silahlı Ardı »

Dadaş HəsənovM. Ə. Rəsulzadənin qaçırılması əməliyyatı

1922 ildə “Müsavat” partiyasının gisli müqavimət təşkilatının ən uğurlu əməliyyatlarından biri M. Ə. Rəsulzadənin Finlandiya sərhədindən Avropaya qaçırılması olmuşdur. Bu əməliyyatın birbaşa icraçıları Dadaş Həsənov, Rəhim bəy Vəkilov və tanınmış tatar maarifçisi Musa Cərullah Bigiyev olmuşdurlar. Dadaş Həsənova Avropaya mühacirətə getmək təklif olunmuşdur. Ancaq o bundan imtina edərək Bakıya qayıtmış, Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsini davam etdirmişdir. Ardı »

Dadaş HəsənovDadaş Həsənov

Dadaş Əbdül Hüseyn oğlu Həsənov (Həsənzadə) (1897-1927) — Azərbaycan siyasi xadimi, Sovet rejiminə qarşı Azərbaycan müqavimət hərəkatının başçılarından biri, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda mübarizə aparmış şəxs. Ardı »

Dadaş HəsənovHəyatı

Şuşa şəhərində 1897-ci ildə tacir ailəsində doğulmuşdur. Atası Əbdül Hüseyn 1905-ci ildə ailəsi ilə Bakıya köçmüşdür və burada daha da varlanmışdır. 1920-ci ildə bütün əmlakı bolşeviklər tərəfindən müsadirə olmuşdur.

Dadaş gimnaziyanı bitirəndən sonra, 1919-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinə daxil olmuşdur. 1924-cü ildə universiteti bitirəndən sonra həkim (terapevt) işləmişdir.

1919-cu ildə “Müsavat” partiyasının üzvü olmuşdur.

1920-ci ildə Azərbaycanı bolşevik Rusiyasının ordusu işğal edəndən və sovet höküməti qurulandan sonra Müsavat partiyasının gizli fəaliyyət göstərən müqavimət təşkilatının ən fəal üzvlərindən biri idi. Ardı »

Dadaş HəsənovAiləsi

Evlənməmişdir. Uşaqları olmamışdır. Novruz adlı qardaşı, Pəri və Gülsəba adlı bacıları var idi. Ardı »

Dadaş HəsənovMüsavatın gizli müqavimət təşkilatının rəhbəri

1923-cü ilin payızında “Müsavat” partiyasının rəhbərliyinin tapşırığı ilə Dadaş Həsənov Tiflisə ezam olunmuşdur. Orada o gürcü menşevikləri ilə Sovet rejiminə qarşı üsyanın hazırlanması haqqında danışıqlar aparmış, razılığa gəlmişdir. O bilavasitə Gürcüstan üsyanını hazırlayan Noy Homeriki (1924-cü ildə güllələnmişdir) ilə anlaşmaya gəlmişdir. Bundan sonra Bakıdakı gürçü menşeviklərinin nümayəndəsi Qriqori Salukvadze ilə mütamadi əlaqə saxlamışdır.

Ancaq o zaman Bakıda sovet xüsusi xidmət orqanları “Müsavat” partiyasının gizli təşkilatınına qarşı əməliyyat keçirmişdir, partiyanın rəsmi orqanı olan “İstiqlal” qəzetinin mətbəəsi darmadağın edilmiş, bir çox fəallar həbs edilmişdir. Təqiblərdən qurtarmaq üçün gizli təşkilatın başçısı Mirzəbala Məmmədzadə İrana qaçmalı olmuşdur.

Bu hadisələrdən sonra 1923-cü ildə Dadaş Həsənov “Müsavat” gizli təşkilatının Ardı »

Dadaş HəsənovHəbsi və Solovki düşərgəsinə sürgün edilməsi

Nəyayət Sovet xüsusi xidmət orqanları Müsavatın gizli təşkilatının fəaliyyətini izləyərək onu aşkar etmişdirlər. 11 mart 1926-cı ildə onun rəhbəri Dadaş Həsənov və onun ən yaxın silahdaşları həbs edilmişdirlər. Bundan sonra müqavimət hərəkatının başqa nümayəndələri təqib olunmuş, çoxlu sayda adam həbs edilmişdir. Onların hamısı mühakimə olunaraq Rusiyanın şimalında yerləşən Solovki həbs düşərgəsinə sürgün edilmişdirlər. Bu iş Sovet xüsusi xidmət orqanlarının arxivlərində “Dadaş Həsənov və başqalarının işi” adlanmışdır.

Dadaş Həsənov da Solovki həbs düşərgəsinə sürgün edilmiş və orada 28 yanvar 1927-ci ildə güllələnmişdir. Ardı »

Dadaş HəsənovHaqqında

1. Məhəmməd Əmin Rəsulzadənin xatirələrindən:

"Parlament və hökumət dışında Firudin Köçərlilər, Piri Mürsəlzadələr, İslam Qəbulzadələr, Mirzə Abbaslar, müəllimə Vəsilə xanımlar, Qasımzadə Qasım bəylər, Rəfibəyli Xudadat bəylər, şair Hüseyn Cavid ilə Əhməd Cavadlar; gənc öyrənçi və zabitlərdən Ağa Kərim Əlizadə, Ağa Səlim Rəhimzadə, Salman Rəhimzadə, İbrahim Axundzadə, doktor Dadaş Həsənzadə və sairləri kimi namü-nişanı (ad-sanı) zikredilməyən daha neçə qurbanlarımız və şəhidlərimiz vardır."
2. Əbdülvahab Yurdsevərin xatirələrindən:

"Müsavatın gizli Mərkəzi Komitəsinin ən mühüm təşəbbüslərindən biri M.Ə.Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq parlament üzvü mərhum Rəhim bəy Vəkillini və Bakı hərbi təşkilatının rəisi doktor Dadaş Həsənzadəni bir qədər pul ilə Moskvaya göndərərək Ardı »