beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

xaya artimi

Xaya artımı. Uzunluğu 5-8 sm, qalınlığı 1 sm olan xaya artımı arakəsmələrlə 12-13 hissəyə bölünmüş və xayalardan başlayan toxum çıxarıcı kanalların davamıdır, Xaya artımında spermatozoidlərin yetişməsində böyük rol oynayan xüsusi maddə hazırlanır. Bundan əlavə burada passiv, qeyri-normal spermatozoidləri əridib yox etmək üçün spermisfaqlar adlanan xüsusi hüceyrələr də hasil olunur. Xaya artımından keçən kanalın uzunluğu 4,5 sm, xarici diametri 3 mm, daxili 1,5 lm-dır. O yuxan qalxaraq xayalıqdan çıxır, qasıq deşiyindən keçərək qarın boşluğuna daxil olur və burada sidik kanalına açılır. Bu kanalcığın sidik kanalına açıldığı yerdə bir cüt kiçik toxum kisəciyi yerləşmişdir. Bu kisəciklərdə spermatozoidlərin həyat fəaliyyətini aktivləşdirən maddə hasil olunur.
Prostat vəzi sidik kisəsindən sidik kanalı başlayan yerdə yerləşir və burada sidik kanalım əhatəsidir. Bu vəzi də kiçik hissələrdən təşkil olunmuşdur. Prostat vəzi spermatozoidlərin hərəkətini aktivləşdirən maddə ifraz edir. Prostatın hasil etdiyi maddələr qana keçərək yumurtaların fəaliyyətinə təsir edir. Yaş artdıqca prostat vəzinin aktivliyi azalır. Kişilərin əksəriyyətində bu proses 46 yaşlarından başlayır.
Daha
sonralar (50-60 yaşlarında) bu proses kəskinləşir, sekretor hüceyrələrin atrofiya olunması hesabına birləşdirici toxuma hüceyrələri artır və bu səbəbdən prostat vəzinin həcmi böyüyərək sidik kanalmı sıxmağa başlayır və bu da sidik ifrazının çətinləşməsinə və hətta tamamilə mümkün olmamasına səbəb olur, Prostat vəzinin belə vəziyyəti prostatın adenoması adlanır.

Bundan əlavə, spirtli içkilərdən, oturaq həyat tərzindən, daim qıcıqlandırıcı (acı, turş və s.) xörəklərin təsirindən, soyuqlamadan və başqa zərərli amillərin təsirindən prostatın xroniki iltihabı (prostatit), əmələ gələ bilər.
Bunun əsas səbəbi isə çox vaxt infeksiya xarakterli olur. Belə ki, kariyes dişlər badamcıqların xroniki iltihabı, soyuqlama ilə əlaqədar təkrar baş verən xəstəliklər prostatın iltihabına səbəb olur.
Prostat vəzinin funksiyası çoxcəhətlidir. Belə ki, aktiv cinsi əlaqə dövründə prostatın ifrazatı az miqdarda limfaya və qana keçərək xayaları fəaliyyətini artırır. Uzun müddət cinsi əlaqə olmursa, prostatın ifrazatı qana çox miqdarda daxil olur və xayaların fəaliyyətini müəyyən qədər azaldır.
Cinsi əlaqə vaxtı xaya artımlarının və toxum axacağının yığılması nəticəsində toxum mayesi öz əsas vəzifəsindən savayı, həmçinin toxum ötürən vəzifəsini yerinə yetirən sidik axarına tökülür. Spermatozoidlər və cinsiyyət vəzi ifrazatlarının qarışığından ibarət olan bu maye eyakulyat və ya sperma adlanır. Toxum mayesinin cinsiyyət üzvünün sidik kanalı tərəfindən xaricə atılması eyakulyasiya adlanır


Tarix: 19.11.2013 / 02:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 289 Bölmə: Cinsel Xestelikler