beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mastopatiya

Mastopatiya – hormonal tarazlığın pozulması neticesinde süd vezilerinde yaranan xestelikdir. Qadinların 80 faiz mastopatiyaninelametleri ile yaxından tanışdır: bu döşde yaranan agrılar ve müxtelif ölçülü kütlelerdir. Adeten, qadınlarda aybaşıdan qabaqki merhelede süd vezilerinde berkime va müayyan ağrılar olur ve dovrun başa çatması ile bu simpotmlar da itir. Qeyd olunanlar mastopatiyanın ilkin elametleridi, lakin bir çox qadınlar hekime müraciet etmeden uzun iller bununla yaşayırlar. Vaxtında hekim – mammoloqa edilen müraciet mastopatiyanin qarşısını almağa imkan verir. Növleri Esasen iki növü ferqlendirilir: diffuzion ve düyün mastopatiya. Diffuzion mastopatiyada süd vezinda çoxsaylı xırda düyünler yaranırç düyün mastopatiyada ise yalnız bir düyün formalaşmış olur. Diffuzion mastopatiyani müalice ile aradan qaldırmaq mümkün olsa da, tek düyün olduqda cerrahi müdaxile artıq qaçılmazdır. Yaranma sebebleri Xesteliyin yaranma sebebleri çoxsaylı ve müxtelifdir. Hormonal disbalansdan elave xesteliyin yaranmasına sebeb olan amiller çoxluq teşkil edir. • İlkin ve en esas sebeb irsi daşıyıcılıqdır. Eger qadinin ana xettinde xoş ve ya bed xasseli şişden eziyyet çekibse, neslin növbeti xanım üzvletinde xesteliyin özünü biruze vermesi riski böyükdür. • Qeyri-müntezem intim heyat da xesteliyin yaranma sebeblerinden biridir. Bele ki, intim heyatın normal olmaması hormonal disbalansa getirib çıxarır ki, bu da oz növbesinde xesteliye tekan verem esas amillerdendir. • Hamileliyin yarımçıq kesilmesi – abort etmiş qadınlarda mastopatiyanın yaranma riski üç defe artır. • Müxtelif xestelikler mastopatiyanın yaranmasına sebeb ola biler – qalxanvari vez xestelikleri, diabet, piylenme, böyrek nasazlığı, eseb pozğunluqları. Eyni zamanda süd vezilerinin travmalarını (en ehemiyyetsizini bele) yaddan çıxartmaq olmaz. • Daha bir sebeb etraf mühitdir. Pis ekologiya, siqaret ve içki kimi menfi verdişler mastopatiyaya sebeb ola biler. • Eyni zamanda heç vaxt hamilelik keçirmeyen ve gec yaşlarda uşaq dünyaya getiren, övladına qisa müddete ve ya ümumiyyetle süd vermeyen qadınlarda da xesteliye yoluxma riski böyükdür. Ilkin merhelede xestelik insanı heç bir halda narahat etmir ve gizli inkişaf edir. Mehz ele buna göre de müntezem olaraq yoxlamalardan keçmek mütleqdir. Xesteliyin inkişafını izlemek üçün müntezem olaraq UZİ-den keçmek, mammoqrafiya (süd vezinin rentgeni) çekdirmek lazımdır. Eger qeyd olunan simptomlardan her hansı birini özünüzde müşahide etmisinizse, süd vesinda “limon qabığı” effekti yaranibsa, qoltuqaltı zonada limfa düyünlerinin soyuqlaması varsa, süd vezinin forması deyişibse ve gilelerden xüsusi ifrazat gelirse mütleq hekim – mammoloqa müraciet etmek lazımdır.


Tarix: 19.11.2013 / 02:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 592 Bölmə: Cinsel Xestelikler