beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qazanılmış İmmundefisit Sindromu — Qids (Spid)

Çoxlarına xəstəliyin adı rusca SPİD kimi (sindrom prnobrstennoqo immunodefisita) məlumdur, çünki son bir neçə ildə qəzet və jurnallar, radio və televiziya verilişləri bu xəstəlik haqqında çox ətraflı məlumatlar vermişlər.

1981-ci ildə kəşf olunmuş bu xəstəlik qısa müddətdə bütün dünyaya yayılıb cəmiyyət üçün çox böyük təhlükə yaratdı. Xəstəliyin kəşf olunma tarixi belədir:

1980-ci ilin oktyabr ayından 1981-ci ilin may ayına qədər ABŞ-ın Los-Angeles şəhərinin 3 xəstəxanasında əvvəllər tamamilə sağlam olan gənc homoseksualistlərdə pnevmosist pnevmoniyası aşkar edildi. Bu çox qəribə, qeyri-adi bir hal idi. Çünki əvvəllər bu xəstəlik yalnız özünü aydın şəkildə biruzə verən immundepressiyalı, arıq, zəifləmiş xəstələrdə müşahidə olunurdu.
Elə həmin dövrdə Nyu-Yorkda, San-Fransiskoda Kapoşi sarkoması, dəri xərçəngi) artaraq gənclərdə tez-tez qeydə alınmağa başlamışdı. 1981-ci ilin iyul ayında 26 gənc homoseksualistdə Kapoşi sarkoması qeydə alınmışdı. Bu xəstələrdən yeddisində başqa infeksiyalar, o cümlədən pnsvmosist pnevmoniyası aşkar olunmuşdu; Bütün qeyd olunanlar əvvəllər məlum olmayan. xəstəliyin epidemiya şəklində meydana çıxmasının başlanğıcı idi. Elə bu zaman homoseksualistlərin bu yeni, hələlik aydın olmayan xəstəlik üçün yüksək (təhlükə qrupu təşkil etdikləri aydın olmuşdu. Xəstəliyin gedişi və yayılma formaları prosesi epidemioloji xüsusiyyətləri QİDS-in yoluxucu təbiətli olması fərziyyəsini formalaşdırdı. İlk dövrlərdə QİDS-in törədicisinin immundeprsssiv xüsusiyyətli sitomeqalo-virus olduğu güman edilirdi. Sonralar aydın oldu ki, törədici bir sıra immunoloji pozğunluqlar yaradan retroviruedur ki, bunun nəticəsində orqanizmin zəifləməsi ilə müşayiət olunan köməkçi infeksiyalarda yaman şişlər meydana çıxır.

1989-cu ilin əvvəllərinə qədər bu xəstəlik sürətlə yayılaraq dünyanın 142 ölkəsində qeydə alındı. hazırda QİDS virusu ilə yoluxanların sayı 10 milyondan çoxdur, bu isə hər gün, hər saat yeni-yeni xəstələrin qeydə alınmasının əsas səbəbidir.
Bu xəstəliyin radikal dərman müalicəsi yoxdur və beləliklə belə bir dərmanın tapıla biləcəyi də hələlik şübhə altındadır.
İndiyə qədər bizə məlum olan virus xəstəliklərinin heç birinin — qızılcanın, polimislitin. yoluxucu sarılığın, quduzluğun, su çiçəyinin, qripin və başqalarının da dərman müalicəsi mümkün olmayıb. Qeyd olunan bu virus xəstəlikləri və eləcə də başqa yoluxucu xəstəliklər əsasən orqanizmin müdafiə qüvvələrinin fəaliyyəti sayəsində orqanizmdən kənar edilir və sağalma baş verir. Bəs QİDS xəstəliyində nə üçün bu proses baş vermir? Nə üçün orqanizmin qüvvələri bu xəstəlikdə viruslarla mübarizə etmirlər və xəstəlik labüd ölümlə nəticələnir? Xəstəlik hansı yollarla yoluxur və ondan neçə qorunmaq lazımdır? Bu suallara cavab vermək və xəstəliyə qarşı mübarizəni daha mütəşəkkil şəkildə aparmaq üçün alimlər geniş elmi-praktik tədqiqatlar aparırlar.

İnsanın immundefisit virusu ilə yoluxması və bu zaman immunitet sistemində aşkar edilən pozğunluqlar bu iki proses arasında çox sıx əlaqə olduğunu göstərir.

Bu xəstəliyin spesifik diaqnostikası üçün ən əsas və aydın göstərici xəstədən törədicinin — virusun həqiqətən axtarılan törədici olduğunu isbat etmək olardı. Lakin virusun kulturasının alınmasının texnikası çox çətin və mürəkkəb olduğundan diaqnozun dolayı yolla təyin olunması üsulu — virusa qarşı yaranmış spesifik əks cisimlərin təyin olunması üsulundan istifadə olunur. Bəzi hallarda virusoloji və seroloji məlumatlar olmadan da xəstəliyin klinikasına əsasən diaqnoz qoymaq olar, çünki xəstəliyin klinikası ilə virusa qarşı əks cisimlərin olması arasında müəyyən bir əlaqə var.
Keçmiş SSRİ-də QİDS-ə yoluxmuş birinci xəstə bu bəlanı Afrika ölkələrinin birindən gətirmişdi. Onun homoseksualist olduğu və xaricdə yaşadığı müddətdə oradakı homoseksualistlərlə cinsi əlaqələrdə iştirakı da aydınlaşdırılmışdı.

O zaman həmin xəstəyə mononukleoz diaqnozu qoyulmuş və ona qarşı da müalicə aparılmışdı. Xəstənin vəziyyəti bir qədər yaxşılaşdıqdan sonra onu başqa xəstəxanaya köçürmüşdülər və orada da bir qədər müalicə olunduqdan sonra o, xəstəxanadan çıxıb öz doğma şəhərinə (Moskva ətrafında) qayıtmışdı. Sonralar aydın olmuşdu ki, xəstəliyin nisbətən yüngülləşdiyi dövrdə o, özünün köhnə əməlindən əl çəkməyərək yenə də homoseksualist əlaqələrində olmuşdur. Beləliklə də onun çoxlu adam yoluxdurduğu müəyyənləşdirilmişdi. Onunla intim əlaqədə olmuş şəxslərin bəziləri başqa şəhərlərdə yaşadıqlarından, onların adlarını, ünvanlarını aydınlaşdırmaq mümkün olmamışdı. Onunla əlaqədə olanlardan 5 nəfərinin QİDS-ə yoluxduğu müəyyən olunmuşdu. Onlardan birinin arvadı və yeni doğulmuş uşağı da bu xəstəliyə yoluxmuşdular. Bundan əlavə aydın olmuşdur ki, həmin yoluxmuş şəxs müntəzəm şəkildə qan verən donor imiş və o öz qanı ilə bir qrup şəxsin (qan köçürməklə) yoluxmasına səbəb olmuşdur.

İlk tədqiqatlardan məlum olmuşdur ki, QİDS-in gizli dövrü 4 aydan 4-6 ilə qədər ola bilər. Yəni bu müddətdə yoluxmuş şəxsdə heç bir klinik əlamətlər olmur və hətta o özü də yoluxduğunu bilmir. Ola bilər ki, gizli dövrün müxtəlif müddətli olması yoluxmanın hansı yolla (cinsi əlaqə, qanköçürmə, tibb alətləri vasitəsilə və s.) baş verməsi ilə əlaqədardır.

Xəstəliyin klinik əlamətləri xəstəliklərin əksəriyyətində təsadüf olunan, əlamətlərdir: zəiflik, iştahasızlıq, gecə tərləmələri, baş ağrıları, limfa vəzilərinin bir qədər böyüməsi. Bu qeyd olunanlardan əlavə QİDS üçün nisbətən spssifık olan əlamətlər — çəkinin 10%-ə qədər azalması, uzun müddətli bağırsaq pozğunluqları və s. bu xəstəlikdən şübhələnmək üçün mütəxəssisə imkan yaradır. Lakin son və qəti diaqnoz yalnız qanın seroloji müayinəsi və bəzi hallarda. törədici virusun təmiz kulturasının alınması ilə qoyulur.

Xəstəliyin labüd olaraq ölümlə nəticələnməsinin səbəbləri orqanizmdə immunitetin yaranmasında iştirak edən orqanların virus tərəfindən sıradan çıxması və buna görə də yad cisimlərə, müxtəlif törədicilərə (viruslara, bakteriyalara) qarşı əks cisimlərin əmələ gəlməməsi və beləliklə orqamzmin tamamilə müdafiəsiz qalmasıdır. Əldə olunan son məlumatlara görə hazırda QİDS-dən ölüm faizi 60-70-ə çatır.

QİDS-in yayılma yollan müxtəlifdir. Onlardan cinsi əlaqə (fahişələr və homoseksolistlər vasitəsilə), qanköçürmə (müxtəlif xəstəliklərdə, xüsusilə qan xəstəliklərindən hemofüiyada, tibb və məişət alətləri ilə dərinin tamlığı pozulduda, sterilləşdirilməmiş şpris, kipskoloji cərrahiyyə alətləri, bərbərxanalarda iti kəsici alətlər vasitəsilə və s.) və narkomanların şpris vasitəsilə yoluxmalarını göstərmək olar.

Təbabətdə diqqətsizlik, biganəlik cinayətdir!
1988-ci ildə Kalmık ASSR-in paytaxtı Elista şöhrətinin xəstəxanalarından birində tibb işçilərinin səhlənkarlığı nəticəsində 27 nəfərə QİDS virusu yoluxdurulmuşdur. Daha sonra Elistada baş vermiş faciə Volqoqrad, Rostov (Don üzərində), Stavropol şəhərlərində də təkrar olunmuşdur. Yoluxmuşların əksəriyyətini uşaqlar təşkil edir.

Dünyanın bütün rekioplarında QİDS-ə qarşı aparılan mübarizəyə Azərbaycan Səhiyyə Nazirliyinin sanitariya-epidemioloji və müalicə-profilaktika idarələri də qoşulmuşlar.

Respublikada geniş diaqnostika-laboratoriya şəbəkəsi yaratmaq nəzərdə tutulmuşdur. hazırda belə laboratoriyalar respublikanın 7 qanköçürmə stansiyasında (Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Xankəndi, Quba və Şəki şəhərlərində), bunlardan əlavə Bakı şəhərinin 3 böyük səhiyyə müəssisəsində təşkil olunmuşdur. Yaxın gələcəkdə respublikanın bütün mərkəzi rayon xəstəxanalarında və böyük müalicə-profilaktika idarələrində də belə laboratoriyaların təşkil olunması nəzərdə tutulmuşdur. Xəstələr aşkar olunarsa onları qəbul etmək üçün xəstəxanaların birində xüsusi palatalar hazırlanmışdır. Xəstəlikdən qorunmaq üçün ən əsas məslə təsadüfi cinsi əlaqələrdən çəkinmək, tibbi müdaxilələr üçün istifadə olunan alətləri və eləcə də iti, kəsici məişət alətlərini istifadədən əvvəl qaynatmaq, təmizləmək vacibdir.


Tarix: 19.11.2013 / 02:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 389 Bölmə: Cinsel Xestelikler