beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Süzənək (tripler)

Hazırkı dövrdə ən çox yayılmış, bakteriya etiologiyalı zöhrəvi xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssislərinin məlumatlarına görə, hər il dünyada 150 milyona qədər adam süzənəklə xəstələnir. Bəzi ölkələrdə bu xəstəlik sayına görə yalnız qrip xəstəliyindən geri qalır.

Süzənəyin törədicisi olan qonokokklara mikroskopla
baxdıqda onlar qəhvə dənələrini xatırladır. İnsan orqanizmində onlar selikli qişalarda (cinsiyyət üzvlərində, gözdə, düz Bağırsaqda, qırtlaqda, uşaqlıq yolunda və boynunda) artıb çoxalır və iltihab əmələ gətirir. Süzənək sinir, ürək-damar, tənəffüs sistemlərində pozğunluqlar, hətta sepsis (qanın zəhərlənməsi) əmələ gətirə bilər.

Xəstəliyin mənbəyi süzənəkli xəstə şəxsdir. Böyük yaşlılar, demək olar ki, həmişə cinsi əlaqə yolu ilə, uşaqlar, kiçik qızlar isə ən çox xəstənin mikroblarla çirkləndirdikləri əşyalar (döşək ağı əski, dəsmal və s.) vasitəsilə yoluxurlar.

Süzənəyin kəskin, xronik və gizli formaları məlumdur. Xəstəliyin yoluxmasından onun kliniki əlamətlərinin meydana çıxmasına qədər olan gizli dövrü adətən 3-7 gün olur. Gizli dövr bəzən uzanaraq 2-3 həftəyə çata bilər. Adətən müxtəlif dərman maddələrinin, xüsusilə antibio-tiklərin sistemsiz qəbulu da gizli dövrün uzanmasına səbəb olur.

Kişilərdə süzənək
Kişilərdə sidik axarlarının süzənəklə yoluxmasının süzənək uretriti ilk əlaməti sidik kanalından irinli məhtəviyyatın gerünməsi və sidik ifrazında sancı-yanğılı ağrı hissidir. Məhtəviyyatın miqdarı iltihab prosesinin ağırlığından, orqanizmin ümumi vəziyyətindən asılıdır. Xəstəliyin ilk dövrlərində iltihab prosesi sidik kanalını en hissəsinin selikli qişasında olur. Odur ki, xəstəliyin bu dövründə həkimə müraciət etmək böyük əhəmiyyət daşıyır. həkimin nəzarəti altında vaxtında başlanmış müalicə qısa müddətdə xəstənin sağalması ilə nəticələnir. Əkər müalicəyə vaxtında başlanmırsa, xəstəliyin törədiciləri — qonokokklar ekdiq kanalın arxa hissələrinə keçərək onun selikli qişasını başdan-başa yoluxdururlar. Belə xəstələrdə yanğılı ağrılar güclənir, tez-tez sidik ifraz etmək ehtiyacı duyulur, sidik ifrazatı ağrılı olur və sonunda qan damcısı görünür. Yoluxmuş kişilərin bir çoxunda süzənək xəstəliyi lap əvvəldən zəif iltihab əmələ gətirir, irinli məhtəviyyat o qədər az olur ki, xəstə yalnız cinsiyyət üzvünü barmaqlan ilə sıxdıqda az miqdarda irinli məhtəviyyat görünür. Xəstələr sidik kanalında gicişmədən, bəzən sidik ifrazının əvvəlində kanalda hiss olunan ağrılardan şikayətlənirlər. Belə yüngül keçən süzənək xəstəliyində kişilər özlərinin yoluxduqlarını hiss etmirlər. Kəskin süzənək müalicə olunmadıqda sidik kanalının iltihabı getdikcə azalır və xəstəlik xronik şəklə keçir, klinikasına görə xronik uretriti xatırladır.

Kəskin və xronik süzənək kişilərdə pülükdə, cinsiyyət üzvünün ön hissəsində və sidik kanalı vəzilərində iltihab əmələ gətirə bilər. Lakin ən ciddi fəsadlar prostat vəzinin (prostatit), onun artımlarının (epididimit), toxum kisəciklərinin (vezikulit) iltihabı və sidik kanalının daralmasıdır. Fəsadların əmələ gəlməsində ağır fiziki əməyin, uzun sürən cinsi qıcıqlanmanın və spirtli içkilərin qəbul olunmasının böyük rolu vardır. , Süzənək epididimiti adətən kəskin şəkildə inkişaf edir. İltihab baş verən artımlarda kəskin ağrılar, zəiflik, 38 – 40°S hərarət, baş ağrıları, xayalığın iltihab olan tərəfində qızartı verir. Xaya artımının həcmi böyüyür, bərkiyir, çox ağrılı olur. Xəstə çətinliklə hərəkət edir. Çox vaxt proses birtərəfli olur. İkitərəfli epididimit çox vaxt sonsuzluğun əmələ gəlməsində əsas səbəblərdəndir. Kişilərdə prostat vəzinin iltihabı (prostatit) süzənək zamanı ən çox baş verən fəsaddır. Prostatit də kəskin və xronik ola bilər. Xronik prostatit çox ciddi xəstəlikdir və çox vaxt cinsi zəifliyə və axırda sonsuzluğa səbəb olur.

Qadınlarda süzənək
Qadınlarda bu xəstəlik kişilərin xəstəliyindən öz xüsusiyyətləri ilə fərqlənir. Xəstələnmiş qadınların demək olar ki 90%-i 2-3 həftə müddətində süzənəklə yoluxduranlarını hiss etmirlər, çünki irinli məhtəviyyat ifrazatı az və ağrısız olur. Yoluxmuş qadınların yalnız 10-15%-i 3-5. gündən sonra qarının aşağısında ağırlıq, sağrı nahiyəsində ağrılar, sidik ifrazatı vaxtı sancı hiss edirlər. Bir çox qadınlar özlərinin yoluxduqlarını aylarla hiss etmirlər, cinsi əlaqələrdə olurlar və onların xəstəliyi yalnız yoluxdurduqları kişilərin vasitəsilə və yaxud ginekoloji müayinələr zamanı aşkar edilir. Qadınlarda süzənəyin əsas xüsusiyyəti onun çoxocaqlı olması, yəni eyni vaxtda sidik kanalı, uşaqlıq boynu, uşaqlıq yolu dəhlizinin vəzilərinin, eləcə də düz bağırsağın bu prosesə tutulmasıdır.
Kişilərlə olduğu kimi qadınlarda da süzənək kəskin (təzə) xroniki və latent (gizli) ola. bilər. Ən çox xroniki süzənək aşkar olunur. Qadınlarda süzənəyin sidik-cinsiyyət orqanının aşağı nahiyəsində (uretrit), uşaqlıq boynunda (endoservisit), uşaqlıq yolunda (vaginit) olan formaları ayırd edilir. Bundan əlavə, yalnız yoluxmuş qız uşaqlarında təsadüf olunan, uşaqlığa, uşaqlıq borularına və artımlarına, çanaq nahiyəsində qarın boşluğuna yayılan “yüksələn süzənək” qeyd olunur. Qadının cinsiyyət üzvlərinin yuxarı hissələrinə qalxan süzənək abort, doğuş, aybaşı nəticəsində baş verir. Uzun müddət davam edən xronik süzənək cinsi pozuntulara, qadında cinsi soyuqluğun əmələ gəlməsinə səbəb ola bilər. Süzənək hamiləliyin normal gedişlə və nəticəsinə pis təsir göstərir. Süzənəklə yoluxmuş hamilə qadında uşaqsalma, vaxtından əvvəl doğuş, doğuşdan sonra fəsadlar olur. Doğum evlərində süzənək aşkar edilmədikdə belə, doğuşdan sonrakı dövrdə zahı qadının uşaqlığında, ,onun artımlarında, hətta qarın boşluğunda yüksək hərarətlə, ağrılarda iltihab prosesi baş verir. Süzənəklə yoluxmuş hamilə qadın doğuş zamanı körpənin gözünü və qız uşağının sidik-cinsiyyət sistemini süzənək xəstəliyinə yoluxdurur.

Kiçik qızlarda süzənək
Kiçik qızlar süzənək xəstəliyinə ən çox 2-8 yaşlarında məişət yolu ilə valideynlərinin mikroblarla çirkləndirdikləri ümumi yataq, dəsmal, hamam lifi vasitəsilə yoluxurlar; yoluxma hadisələrinin dörddə üçündə xəstəliyin mənbəyi xəstə anadır. Kiçik uşaqlar süzənək xəstəliyinə görə müalicəni yalnız xəstəxana şəraitində almalı, belə uşaqlarını valideynləri və uşaqla tomasda olmuş qohumları da yoxlanılmalıdır. Əkər o, körpələr evinə, uşaq bağçasına, oradakı işçilər və bütün uşaqlar da yoxlanmalıdırlar. Uşaq yaşlarında süzənəklə xəstələnən qızlarda sonrakı dövrlərdə onların sağlamlığına təsir edən qeyri-normallıqlar — aybaşının, hamiləliyin pozulması və ya sonsuzluq da ola bilər. Ona görə də kiçik yaşlarından uşaqlara, xüsusilə qızlara şəxsi gigiyena qaydalarını öyrətmək vacibdir. hər bir uşaq ayrıca yataqda yatmalı, onun şəxsi dəsmalı, gecə paltarları və lazımi əşyaları olmalıdır. Qız uşaqların heç vaxt yatağa tumançaq qoymaq olmaz. Bilmək lazımdır ki, süzənək xəstəliyini keçirmiş adamlarda bu xəstəliyə qarşı immunitet — davamlılıq yaranmır və o, təkrar xəstələnə bilər. Təkrar xəstəlik isə daha ağır və uzunmüddətli olur, çox da fəsadlar əmələ gətirir. Süzənəyin müalicəsi yalnız mütəxəssis həkim tərəfindən aparılmalıdır.

Süzənəyin profilaktikasının əsasmı onun vaxtında aşkar edilməsi, bütün xəstələrin mütəxəssis həkim tərə-findən vaxtında düzgün müalicə edilməsi təşkil edir. Bu məqsədlə də müəyyən qrup şəxslər müntəzəm şəkildə müayinə olunurlar. Bundan əlavə bütün hamilə qadınlar, hamiləliyi süni surətdə pozmaq üçün tibb idarələrinə müraciət edənlər, sidik-cinsiyyət trixomonlazı ilə xəstələr süzənəyə görə müayinə olunurlar.

Trixomoniaz
Sidik-cinsiyyət üzvlərinin cinsi əlaqə yolu ilə yayılan, özünə məxsus törədicisi olan xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə trixomoniaz xəstəliyinə dünya əhalisinin 10 faizi yoluxub. Bu xəstəliyin törədicisi uşaqlıq yolu trixomonadı — qamçılılar sinfindən olan bir hüceyrəli ibtidailərdəndir. Uşaqlıq yolu trixomonadı yalnız insanlarda parazitlik edir, cinsi əlaqə yolu ilə yoluxur. Bu mikroorqanizmə qarşı insanda immunitet olmur. Kişilərdə trixomonadlar adətən sidik kanalında parazitlik edir, amma daxili cinsiyyət vəzilərini də yoluxdura bilirlər. Qadınlarda onlar sidik kanalının, uşaqlıq yolu dəhlizinin vəzilərini, uşaqlıq yolunu, uşaqlıq boynu kanalmı yoluxdururlar. Kizli dövrü 7-14 gün, bəzən bir az da artıq olur. Kişilərdə trixomonad uretriti süzənək uretritinə bənzəyir, amma əlamətləri nisbətən zəif olur. Yalnız bəzi xəstələrdə o çox kəskin şəkildə, çox miqdarda irin ifrazı ilə və sidik buraxan zaman kəskin sancılarla özünü göstərir. Trixomoniazla xəstə kişilərin əksəriyyətində iltihab çox zəif getdiyindən, xəstə uzun müddət özünün yoluxduğunu bilmir və cinsi əlaqələrlə qadınların yoluxma mənbəyinə çevrilir. Bəzi kişilərdə xroniki trixomonad uretritində sidik kanalında gicişmə və iynə batırılmasını xatırladan ağrılar təzahür edir. Spirtli içkilər, çox miqdarda pivə içmək, ağır fiziki əmək, cinsiyyət üzvünün qıcıqlanması prostatit və epididimit kimi ağır fəsadların əmələ gəlməsinə səbəb olur. Müalicə aparılmadıqda illər boyu davam edən bu xəstəlik vaxtaşırı kəskinləşir və bəzən sonsuzluğa da səbəb olur.

Trixomoniaz qadınlarda daha kəskin şəkildə keçir. Ən çox uşaqlıq yolu bu prosesə məruz qalır (trixomonad vakiniti). Bu zaman ifraz olunan pisqoxulu, sarımtıl rəngli, köpüklü duru maye xarici cinsiyyət üzvlərini, aralıq və budların daxili səthinin dərisini qıcıqlandıraraq gicişmə və yandırma ağrıları əmələ gətirir. Sidik kanalı yoluxduqda sidik ifrazı vaxtı yandırıcı ağrı hissləri, bununla əlaqədar əsəbilik, yuxusuzluq vəziyyəti yaranır.

Müalicə olunmadıqda iltihab prosesi tədricən zəifləyir, xəstəlik xroniki şəklə keçir, hətta bütün simptomlar yox ola bilir. Trixomonad uretriti olan xəstələrin 2/3-də sidik ifrazatı vaxtı sancı və yüngül ağrı hissləri olur, yoluxma sidik kisəsinin boynuna keçdikdə xəstələr tez-tez təkrar olunan sidik ifrazatından və sidik ifrazatı qurtardıqda isə əmələ gələn ağrıdan şikayətlənirlər. Xroniki trixomonad uretrti adətən əlamətsiz keçir.

Trixomonad uretriti və vakiniti çox vaxt uşaqlıq boynunun trixomonad yoluxması ilə eyni vaxtda baş verir. Bu zaman uşaqlıq boynu şişkinləşir, qızarır, boyun kanalından

məhtəviyyat ifraz olunur. Bu məhtəviyyat çox vaxt uşaqlıq boynunun eroziyasının daha da sürətlənməsinə şərait yaradır. Bəzən uşaqlıqda və onun borularında başqa etiologiyalı xəstəliklərə də oxşar trixomonad pozuntularına təsadüf olunur. Bu pozuntuların nəticəsində qadınlarda aybaşı dövrü pozulur, bəzən uşaqlıq qanaxmaları baş verə bilir.

Trnxomoniaz xəstəliyi hamiləliyin gedişinə mənfi təsir göstərərək uşaqsalmaya və doğuşdan sonra ağır fəsadlara səbəb olur. Uşaqlığın, uşaqlıq boynunun və boruların pozuntuları hamiləliyin ürnumiyyətlə baş verməməsinə səbəb ola bilər. Tam etioloji müalicə (orqanizmin törədicidəri tamamilə azad edilməsi) qadınlarda hamiləlik və uşaq doğmaq qabiliyyətini bərpa edir. Trixomoniazın müalicə və profilaktikası süzənək xəstəliyində olduğu kimidir. Müalicənin ümumi və mütləq şərti qadın və kişinin eyni vaxtda (hətta onlardan yalnız birində trixomonad tapılsa da) müalicə olunmasıdır. Sidik-cinsiyyət üzvlərinin trixomoniazı müalicə olunan xəstəlikdir. hazırda həkimlərin ixtiyarında bu xəstəliyi müalicə edə bilən dərman preparatları vardır. Lakin öz-özünü müalicə etmək cəhdləri demək olar ki, həmişə isendivlə — xəstəliyin təkrar olunması və dərmanlara qarşı davamlı trixomonadların əmələ gəlməsilə nəticələnir. Bu xəstəliyin müalicəsi adətən bir həftədən bir neçə aya (1-3 aya) qədər davam edə bilər. Trixomoniazm profilaktikasının əsasları süzənək xəstəliyinin profilaktikasında olduğu kimidir.

Sidik-cinsiyyət xlamidiozu
Hazırda cinsi əlaqə yolu ilə sidik-cinsiyyət üzvlərinin iltihabını xlamidilər süzənəyin törədiciləri olan qonokokklardan daha çox yayırlar. Xlamidilər və çox vaxt onları müşayiət edən mikrodozmalar penisillinə davamlı olduqlarından süzənəkdən sonrakı uretritlərin əmələ gəlməsinin əsas səbəbləri hesab olunurlar. Xlamidilər cinsi əlaqə aktında bir şəxsdən başqasının sidik-cinsiyyət üzvlərinə keçərək sidik kanalının, uşaqlığın, uşaqlıq boynunun, düz bağırsağın toxuma hüceyrələrində inkişaf edib artırlar. Şəxsi gigiyena qaydalarına əməl etmədikdə çirkli əllərlə bu xəstəlik gözə yoluxaraq orada çox ciddi pozğunluğun əmələ gəlməsinə səbəb olur.
Qadınların xlamidiozla yoluxmaları az qeydə alınsa da, belə hesab olunur ki, onlarda etiologiyası aydınlaşdırılmamış leykositozlərin əsas səbəbi xlamidi yoluxmalarıdır.

Yoluxmadan 2-3 həftə sonra kişilərdə sidik kanalının iltihabı — uretrit müşahidə olunur. Qadınlarda xlamidi yoluxmasında klinik əlamətlər olmur. Kişilərdə xlamidilər çox vaxt prostat vəzini, xaya artımlarını və toxum hissəciklərini də yoluxdurur. Bu pozğunluqların əlamətləri süzənəyin və sidik-cinsiyyət üzvləri: başqa xəstəliklərinin əlamətlərindən fərqlənmir. Xlamidiozun müalicəsi üçün hazırda çoxlu dərman preparatları, ümumi və yerli müalicə üsulları vardır. Həkimin bütün göstərişləri, təyinatlarını yerinə yetirildikdə xəstəlik müalicə olunur.


Tarix: 19.11.2013 / 02:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 659 Bölmə: Cinsel Xestelikler