beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Masturbasiya...

Seksual zövqü cinsi orqanları stimulyasiya etməklə də almaq olar. Bu metod masturbasiya adlanır. Masturbasiya ilə həm qızlar, həm də oğlanlar məşğul olur. Masturbasiya normal və sağlam bir metoddur. Bu orqanizm üçün zərərli sayılmır, belə ki, cinsi yetkinliyin vacib mərhələlərindən biridir. Masturbasiya şəxsi seksuallığı dərk etmək prosesinin əsas hissəsidir və hətta cinsi aktdan yayınmağa kömək edə bilər.
Bir vaxtlar masturbasiya pis, ağılı başdan çıxaran bir hal kimi qəbul edilirdi. Hətta bu gün də bu müzakirə mövzusudur. Qızların masturbasiyası haqqında az danışılır, ona görə ki, qadın seksuallığı az qəbul edilən mövzudur.
Tədqiqatlar göstərmişdir ki, masturbasiya mənfi nəticələrə gətirib çıxarmır və normal seksual aktivlik sayılır. Sonuncu illərin tədqiqatlarına görə müxtəlif yaşlarda olan qadınlar və kişilər özlərinə müxtəlif üsullarla zövq verə bilərlər. Masturbasiya sizin üçün bəyənilmiş metoddursa, özünüzü narahat hiss etməyin, əgər o sizə diskomfort yaradırsa, ondan imtina edin.

Yaddan çıxarmayın:

• Masturbasiya - ziyanlı və natəmiz hərəkət deyildir - o sizi kor etməz, ağlınızı almaz, sizi pozğun insana çevirməz, sonsuzluğa səbəb olmaz, boyunuzun artımını saxlamaz, hamiləliyə gətirib çıxarmaz.
• Həm oğlanlar, həm də qızlar masturbasiya ilə məşğul olurlar. Bu seksual inkişafın normal mərhələsi sayılır.
• Masturbasiya çox intim məsələdir və onunla ictimai yerlərdə məşğul olmaq olmaz.
• Əgər siz masturbasiya ilə məşğul olursunuzsa və onunla maraqlanırsınızsa, bu normal hal sayılır. Siz masturbasiya ilə məşğul olmursunuzsa və yaxud onunla maraqlanmırsınızsa, həmçinin normal insan sayılırsınız.
• Masturbasiya cinsi aktı daha xoşagələn edə bilər, çünki siz zövq almaq üçün nə etməli olduğunuzu bilirsiniz.
• Masturbasiya stresi aradan qaldırır və endorfin (zövq hormonu) hormonunun ayrılmasını aktivləşdirir və onun nəticəsində siz zövq alırsınız.
• Tədqiqatlar göstərmişdir ki, kişilərin 80%-i, qadınların isə 59%-i 18 yaşına qədər masturbasiya ilə məşğul olur.
• Ekspertlərin çoxu hesab edir ki, masturbasiya əsasən yeniyetmələr arasında olan haldır, belə ki, bu yaşda hormonların hasil edilməsi daha aktivdir. Masturbasiya bu hormonların yaratdığı gərginliyi aradan qaldırır və cinsi inkişafın mütləq tərkib hissəsi sayılır.
• Masturbasiya ilə bağlı yeganə psixoloji problem köhnədəbli və qeyri-sağlam münasibətlə (əgər insan masturbasiya ilə məşğul olursa, o utancaq olur) bağlıdır, normadan kənara çıxa bilər (məs: insanlar arasında masturbasiya etmək).

Əsas bəndlər

• İnsan heç də həmişə cinsi əlaqəni planlaşdırmır. Müəyyən vəziyyətlər yarana bilər ki, cinsi əlaqə əvvəlcədən planlaşdırılmamış şəkildə baş versin.
• Cinsi əlaqəyə qədər gənclər onun nəticələri haqqında yaxşı düşünməlidirlər.
• Seksual aktivlik bir çox təhlükələrlə bağlıdır. Erkən yaşlarda cinsi həyata başlamazdan əvvəl onun zərərli cəhətləri haqqında düşünün.
• Masturbasiya seksuallığın daha bir təhlükəsiz yoludur.
• Gənclər cinsi aktivliyə başlamazdan əvvəl arzuolunmaz hamiləlikdən, CYÖİ, İİV/QİÇS-dən qorunmaq üçün kondomdan və ya kontrasepsiyanın digər vasitələrindən istifadə etmək haqqında düşünməlidirlər.


Tarix: 16.01.2015 / 10:51 Müəllif: Aziza Baxılıb: 307 Bölmə: Cinsəl sağlamlıq