beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Biz səni dağ bilirdik
Biz səni dağ bilirdik

Biz səni dağ bilirdik,
sən heç təpə deyilsən.
Səni ümman bilirdik,
sən heç ləpə deyilsən.
Biz sənə dost deyirdik,
sən yad imişsən, demə.
Səni kişi bilirdik,
arvad imişsən, demə,
Əvvəl elə sanırdıq təmizlərin təmizisən,
Sonra gördük, anladıq,
sən çirkinlik rəmzisən.
Çox artistlik eləmə,
yoxsa sənə göz dəyər,
Adam necə özünü
maskalyar, gizləyər.
Həqiqət gözümüzdə
durubdur röya kimi,
Arxasız imişik biz,
demə, buraya kimi.


Tarix: 03.06.2015 / 13:12 Müəllif: Aziza Baxılıb: 126 Bölmə: Cabir Novruz