Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəlayır eli Oymaqları

Monqolların gizli tarixi" həmçinin Çingiz xanın əcdadı Bodonçarın istila etdiyi "Cad" tayfası haqda məlumat verir. Qədim müəllif bu tayfanın ardından "Cadaran" tayfasının adını da qeyd edir, hansının ki, başçısı o dövrdə Camuxa olub. Mənbə həm də tayfanın ləqəbinin "bolyuk" olduğunu da, göstərir. Rəşidəddin bunu təsdiq edir, hərçənd "belaqe" ayamasını bütün cəlairlərə şamil edir. Çin məlumağlarına görə XIII əsrdə Çu çayından şimali-şərqə tərəf yerlər Jdu adlanıb. Rəşidəddin o yeri Cu ölkəsi kimi xatırlayır.

Mühəmməd Heydər özünün "Tarixi-i Rəşidi" əsərində məlumat verir: "Cu-Monqolustanın bir aylıq yol məsafəsindəki yerlərindən biridir…" Mətndə Cud ölkəsi kimi də yazı var. "A" və "U" saitləri variasiya oluna bilər. Cənubi Qazaxıstanın "kurama" etnik qrupu arasında professor Radlov tərəfindən "Culair" nəsli qeyd olunub.

XV-XVI əsrlərdə Cunqariyanın da bir hissəsinin daxil olduğu Şərqi Türkistan Orta Asiya xalqları arasında Cete adını daşıyırdı. Müəyyən şübhələr olmasaydı bu halı bu məqalənin mövzusu ilə əlaqələndirmək cəlbedici olardı. Oyrat-kalmık etnonomi dörbönlülərin müharibəyə qədər Zetovşda oymağın şimal ulusunda Zyed yaxud Zed və Don kalmıkları arasındakı qakmaaninin Zad və Zed kevyud nəsillərinə rast gəlinir.

Zad etnoniminin etimologiyası çox, o cümlədən əfsanəvi və məişət xarakterli versiyaları birləşdirir. Çətin ki, onu tatarlardan çıxan Ozed ilə (Jzed) alaqələndirmək mümkün olsun. Bu halda nəslin adı başqa cür səslənərdi, belə ki, mənsubiyyət bildirən şəkilçiləri:-- ekin, exin və digərlərini ehtiva etmiş olardı.

Zetlərin həmçinin Samodiy mənşəli olması da az inandırıcıdır.

Cənubi Sibir xalqlarında Çot və Çoğdu etnonimləri ilə müqayisə onların türk köklərindən olması haqda daha çox fikir yaradır.Özbəklər arasında Çit, türkmənlərdə-Çoundar (çoudar, çağdar) etnik qruplar var. Eyni zamanda 92 özbək nəsillərinin siyahısında "sut", qırğızlarda "sul" iştirak edirlər və bunlar "Cad" etnonimi ilə daha çox səsləşirlər.

Q.O. Adyevin "zvedlərin" kalmık "Ze" (bacıoğlu) sözündən yaranması mümkünlüyü haqda ehtimalları yəni, Çingixzlərin qadın xətti ilə nəsil törəməsi olmasını da ciddi qəbul etmək olmaz. Matriarxat enoxası Çingiz xanın anadan olmasından min il əvvəl sona yetib və körəri xalqlarda nəsil adının varisliyi yalnız kişilər vasitəsilə həyata keçrilir.

Tədqiqatçılar qeyd edirlər ki, XIX-XX əsrlər arasında xoşeut (qovşut) ulusu içərisində Şangas və telingid nəsilləri, Böyükderbet ulusu arasında isə burullar, telingud oymaqları köçəbəlik ediblər.

Rəşidəddin onları cəlayırların tərkibipndə şankut (Şanqut oymağı) və telengit (Telengit oymağı) tayfaları kimi göstərir. Və əgər telenqitlərin kalmıklar arasında zühur etməsinə münasibətdə yalnız bir neçə tamamilə inandırıcı hipotez və fikirlər varsa, onda şangutlar və şangasların varisliyi xüsusi şübhə doğurmur. Şangas nəslinə böyük oyrat-kalmık maarifçisi Zaya-pandit də məxsusdur.

Cadaran oymağı
Qaravun oymağı
Tuqaravun oymağı
Orlat oymağı
Cat oymağı
Nilkan oymağı
Qorqan oymağı
Telengit oymağı
Turu oymağı
Şanqut oymağı


Tarix: 21.01.2015 / 18:07 Müəllif: Feriska Baxılıb: 88 Bölmə: Cəlairilər
loading...