Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

CəlairilərCəlayır eli

Tarixi[redaktə]
Cəlair eli Fəzlullah Rəşidəddinin "Camü ət-təvarix" adlı əsərinə əsasən monqolların Darlekin qolundandır. Monqolların Nirun qolundan fərqli onlar imperiyanın yaranmasından sonra birliyə daxil oldular. Fəzlullah Rəşidəddin qeyd edirdi ki, onlar xarici görnüşləri və dilləri ilə monqollara bənzəyirdilər.

Cəlayırlar Azərbaycana və İrana monqolların fütuhatı zamanı gəliblər. Onların arasında Hindistanda Xarəzmşah müharibəsi zamanı hərbi əməliyyatlara rəhbərlik etmiş temnik Bala-noyanı, Mengu xan dövründə ağsaqqal və hörmətli hakim (məhkəmə) Munkasar-noyanı, Elxanlılar dövlətinin Gürcüstandakı hakimi Kurçi-Bugunu və bir çoxlarını göstərmək olar. Hətta böyük xaqan Uqeday uşaqlıqda cəlair Kadanın ailəsində tərbiyə alıb.

Çingiz xanın göstərişi ilə cəlairlərin böyük hissəsi Cağatay ulusunun tərkibinə daxil edilmişdi və Orta Asiyanın Xocənd şəhərinə bitişik Ardı »

CəlairilərSultan Üveys Cəlayır

Həyatı[redaktə]
1356-cı ildə Tacəddin Şeyx Həsən Cəlairinin ölümündən sonra Şeyx Uveys də atası kimi Azərbaycana olan iddialarından əl çəkmədi. Belə ki, o, 1359-cu ildə Qızıl Orda xanı Canı bəyin Azərbaycana geri qayıtmasından, Əxicunun başçılığı ilə çobani əmirlərinin və başqa feodalların hakimiyyət uğrunda apardıqları ara müharibələrdən yararlanaraq, 60-ci ildə (1358/59) Təbrizi tutur və şəhəri Cəlairilərə xidmət edən, hicri tarixi ilə 759-cu ildən adsız sikkələr zərb edən Təbriz zərbxanası, numizmatik faktdan göründüyü kimi, yenidən cəlairilərin adına sikkələr kəsməyə başlayır.

Tarixi mənbələrin qeyd etdiyinə görə, atası Böyük Həsənin 1356-cı ildə ölümündən sonra taxta çıxan Sultan Müizzəddin Üveys (1356-1375) Qızıl Orda hakimlərinə qarşı üsyan qaldıran (1357-ci il) Ardı »

CəlairilərSultan Cəlaləddin Hüseyn

Hakimiyyəti[redaktə]
Sultan Şeyx Üveysin oğlu Sultan Hüseynin hakimiyyəti illərində (1374-1382) Mərkəzi dövlət hakimiyyəti yenidən zəiflədi ki, Teymurləngin yürüşləri ərəfəsində bu olduqca ağır nəticələr verə bilərdi. Lakin onun qardaşı Sultan Əhmədin Təbriz şəhərini əlinə keçirərək hakimiyyətə yiyələnməsi (o, fasilələrlə 1382-1410-cu illər arasında hakimiyyətdə olmuşdu) hərc-mərcliyi aradan qaldırdı. Azərbaycanın bütün vilayətləri yenidən (Şirvan istisna olmaqla) Cəlairilər dövlətinin tərkibinə qatıldı. Ardı »

CəlairilərBuğa qoyon Cəlayır

Həyatı[redaktə]
Buğa qoyon Cəlayır Çingiz xanın minbaşısı idi. O, Hülaku xanla bərabər Azərbaycana gəlmişdi. Mukali qoyonun qardaşı idi. Elxanlılara xidmət göstərmişdi. Arqun xanın yaxın yardımçılarından olmuşdu.Əhməd Təkudar xanın hakimiyyəti dövründə tamğaçı idi. Ardı »

CəlairilərCəlayır eli Oymaqları

Monqolların gizli tarixi" həmçinin Çingiz xanın əcdadı Bodonçarın istila etdiyi "Cad" tayfası haqda məlumat verir. Qədim müəllif bu tayfanın ardından "Cadaran" tayfasının adını da qeyd edir, hansının ki, başçısı o dövrdə Camuxa olub. Mənbə həm də tayfanın ləqəbinin "bolyuk" olduğunu da, göstərir. Rəşidəddin bunu təsdiq edir, hərçənd "belaqe" ayamasını bütün cəlairlərə şamil edir. Çin məlumağlarına görə XIII əsrdə Çu çayından şimali-şərqə tərəf yerlər Jdu adlanıb. Rəşidəddin o yeri Cu ölkəsi kimi xatırlayır.

Mühəmməd Heydər özünün "Tarixi-i Rəşidi" əsərində məlumat verir: "Cu-Monqolustanın bir aylıq yol məsafəsindəki yerlərindən biridir…" Mətndə Cud ölkəsi kimi də yazı var. "A" və "U" saitləri variasiya oluna bilər. Cənubi Ardı »

CəlairilərCəlairilər sülaləsi Hökmdarları

Tacəddin Həsən noyon (1336-1356)
Sultan Üveys Cəlayır (1356-1374)
Sultan Cəlaləddin Hüseyn (1374-1382)
Sultan Qiyasəddin Əhməd (1382-(1410)
Sultan Bəyazid (1382-1383), İraqda
Sultan Şahvələd (1410-1411)
Sultan Mahmud Cəlayır (1411-1415), (1422)
II Sultan Üveys (1415-1421)
Sultan Məhəmməd Cəlayır (1421-1422)
II Sultan Hüseyn Cəlayır (1424-1432) Ardı »

CəlairilərCəlayır eli - Anlamı və kökü

Nəzərə alsaq ki, "lar" türk dillərində cəm hal şəkilçisi bildirir, təxmin etmək olar ki, "cəlair" etnonimi başlıca tayfanın adından yaranıb xüsusən ona görə ki, "cəlair" adına qədim türklərin tərkibində VIII əsr toqon traktatında colto tayfası haqda işarə istisna olmaqla XI əsrə qədər tarixi mənbələrdə praktiki olaraq rast gəlinmir. "Cad" (cat, azad, yad və s.) etnoniminə tarixdə daha çox təsadüf olunur.

Hələ Ptolomey bizim eranın birinci əsrlərində indiki Sır-Dərya sahillərində yaşamış "Yatii" xalqı haqda xatırlama verir. Orta əsrlər ərəb coğrafları həmin yerlərdə yəcuc və məcuc (bu haqda Quranda da yazılıb) (Incildə Qoq və Moqoq) xalqlarını yerləşdirir. Bunlar uzun müddət mifik xalqlar kimi sayılıb, Ardı »

CəlairilərOrlat oymağı

Tarixi[redaktə]
Orlat oymağının bir qismi Şəki ətrafında məskunlaşmışdı. Bu oymağın sayılan əmirlərindən Seyid Əli Orlat Şəki hakimi olmuşdu. O Əlincə qalası ətrafında Əmir Teymurun ordusuna qarşı vuruşmuşdur. 1387-ci ildə Seyid Əli Orlat öldürüldü. Onun yerinə oğlu Seyid Əhməd Orlat Şəki hakimi oldu.

Orlat oymağı hələ Monqolustanda olarkən Çingiz xanı dəstəkləyirdi. Şirə Domoqun oğlu Bala noyon Çingiz xanın sol qol minbaşısı idi. Onun oğlu Zəngi ağa Azərbaycana gəlmişdi. O, Əhməd Təkudar xanin əmiri idi.

Orlat oymağı Azərbaycan tarixində iz qoyub. Ardı »