beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məğlub bir qəhrəmanam

Qiriq bir sevginin hissələrin yiğmağa çalişma...Heç bir zaman yıxılmayacaq bir sevgi üçün mubarizə apar...

Bütün tanidiqlarim sevginin fədakarlıq tələb etdiyini söyləsə də fədakarlıq üçün sevgini yaşamaq lazımmiş,yaşanılmayan üçün isə fədakarlıq edilməz...
Kədərlənməkdən yoruldum...
Səni uzməkdən də...
Gözləməkdən yoruldum...
Nəyi gözlədiyimi bilmədən...
Darıxmaqdan da yoruldum...
Ən çox da düşünməkdən!!!
Susmaqdan yoruldum...
Davamlı susub içimdə isə qışqırmaqdan yoruldum...
Hər zaman özümlə baş-başa qalıb...
Həmişə özümə siğinmaqdan yoruldum...

Amma artiq anladim sevgi yaşandiği müddətcə vardır...
Sən yoxsan...
Mən yoxam...
Onda sevginin olmasini da gözləmirəm artiq...
O da olmasın artıq...
Əgər davamlı özümü hesabsızca sorğulayacaqsam...
Əgər davamlı özümə məğlub olacağamsa...
Əgər əslində heç yaşamadiğim bir eşq üçün davamlı kədərlənəcəyəmsə...
Və həmişə üzəcəyəmsə səni...
OLMASIN...
Onsuzda heç olmayib...
Var olduğunu sayaraq aldatmışıq özümüzü...
Ya da mən həmişə aldatmişam özümü...
Amma artiq yoruldum...

Mən bu mübarizədə yenik düşdüm...
Mən məğlub qəhrəman...
Sən isə qazanan ol...
Nə qədər məğlub olsam da...
Nə qədər kədərlənsəm də gözəl yanları da vardı səninlə sevgini yaşamam..

Səninlə yaşanan ilklər gözəl idi...
Bəzən ağrıtsa da...
Sənin üçün darıxmaq gözəl idi...
Bəzən ağlatsa da...
Mübahisələrimiz belə gözəl idi...
Həmişə ehtiyac duyduğumuzda bir-birimizin yanında ola bilməsək də...
Gözləmək gözəl idi...
Gerçəkləşməyəcəyini bilə-bilə...
Öz dünyamızda xəyallar qurmaq gözəl idi...
Ən gözəli isə səni tanimaq idi...


Tarix: 03.12.2014 / 18:56 Müəllif: Aziza Baxılıb: 107 Bölmə: Burcler haqqinda çox şey