beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaranması

Komitənin sədri Məmməd Həsən Hacınski, müavini Məhəmməd Əmin Rəsulzadə idilər. Komitənin "Kaspi" qəzetində dərc olunmuş "Müsəlmanlara!" müraciətində onun təşkil olunması səbəbləri izah edilir, müsəlman təşkilatlarının birləşməsinin zəruriliyi vurğulanırdı. Komitə bütün müsəlmanları şəxsi inciklikləri, ixtilafları unudub, milli-siyasi şüarlar ətrafında birləşməyə çağırırdı: "Əldə edilmiş azadlığı qorumaq və ondan məqsədə uyğun surətdə istifadə etmək üçün birləşmək lazımdır".

Müvəffəqiyyəti yalnız "İttihad və təşkilat yolunda" görən Komitənin qarşısına qoyduğu ən yaxın vəzifələrdən biri, özünün proqram məqsədlərini müəyyən etmək üçün ümummüsəlman qurultayını çağırmaq idi. Komitənin qurultay ərəfəsində Qafqaz müsəlmanlarına müraciətində deyilirdi:

Komitə ümummüsəlman qurultayı çağırılmadan, özünün milli-siyasi proqramını irəli sürməkdən imtina edir, lakin millətlərin mənafeyini ən yaxşı təmin edə biləcək dövlət idarəçiliyi haqqında fikrini məhz indi bildirməyi zəruri sayır. Belə bir idarə forması, söz yox ki, yalnız demokratik respublikadır.
Komitənin təşkili yerlərdə milli komitələrin yaranması prosesinə təkan verdi. Bu, xalq kütlələrinin maariflənmə-sində, birləşməsində mühüm rol oynadı. 1917-ci il mayın 21-də ərzaq komitələrinə keçirilən seçkilər komitənin nüfuzunu nümayiş etdirdi. Komitənin siyahısına 25550 səs, yəni səslərin ümumi sayının 51,6%-i verilmişdi. Bakı şəhərinin azərbaycanlı əhalisinin, demək olar ki, hamısı yekdilliklə komitənin siyahısına səs vermişdi. Komitənin uğuru digər siyasi qüvvələri, xüsusən eser-menşevikləri təşvişə salmışdı.


Tarix: 07.01.2015 / 18:31 Müəllif: Feriska Baxılıb: 49 Bölmə: Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi