Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Bakı Müsəlman İctimai Təşkilatları KomitəsiFəaliyyəti

Fevral inqilabından sonrakı ilkin mərhələdə komitə və yerlərdəki milli qurumlar Azərbaycan milli hərəkatının təşkiledici və əlaqələndirici mərkəzi funksiyasını yerinə yetirirdi. Komitənin mətbuat orqanının nəşri haqqında "Kaspi" qəzetinin redaksiyası ilə əldə edilən razılığa əsasən, 1917-ci il 30 aprel tarixli 95-ci sayından etibarən qəzetin 4-cü səhifəsi "Bakı müsəlman ictimai təşkilatları komitəsinin xəbərləri" adı ilə çıxmağa başladı. "Xəbərlər"in müvəqqəti redaktoru iyunun 9-dan Ceyhun Hacıbəyli oldu.

Qafqaz müsəlmanlarımın qurultayında (1917) Qafqazda müsəlman milli komitələrinin və onların rəhbər orqanla-rının təşkili haqqında qəbul edilən qərara görə, Cənubi Qafqaz üzrə Mərkəzi Büronun yaradılması Bakı Müsəlman İctimai Təşkilatlarının Komitəsinə tapşırılmışdı. Bu qərarı gerçəkləşdirmək üçün komitə Bakı Müsəlman İctimai Təşkilatları Şurasına Ardı »

Bakı Müsəlman İctimai Təşkilatları KomitəsiOktyabr çevrilişindən sonra

Bakı Müsəlman İctimai Təşkilatları Şurasının İcraiyyə Komitəsi 1917-ci il avqustun 29-da Kornilov əksinqilabi qiyamını qətiyyətlə pisləyərək, Müvəqqəti hökuməti tam müdafiə etdiyini bildirdi. "Müsavat" partiyasının 1917-ci ilin oktyabrında keçirilən birinci qurultayı Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli hadisə oldu. Müsəlman Milli Komitəsinin sədri Əlimərdan bəy Topçubaşov qurultaydakı çıxışında bəyan etdi ki, Milli Komitənin arzu və məqsədləri "Müsavat"ın arzu və məqsədləri ilə tamamilə uyğun gəlir. Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi ilə "Müsavat" partiyasının proqramları üst-üstə düşdüyündən onlar 1917-ci ilin oktyabrında Bakı şəhər dumasına seçkilərə vahid siyahı ilə gedirdilər. Oktyabr çevrilişindən (1917) sonra Milli Komitə Rusiyadakı bolşevik hökumətinin hakimiyyətini tanımadı, hakimiyyətin ümumrusiya Müəssislər məclisinə verilmə tərəfdarı Ardı »

Bakı Müsəlman İctimai Təşkilatları KomitəsiYaranması

Komitənin sədri Məmməd Həsən Hacınski, müavini Məhəmməd Əmin Rəsulzadə idilər. Komitənin "Kaspi" qəzetində dərc olunmuş "Müsəlmanlara!" müraciətində onun təşkil olunması səbəbləri izah edilir, müsəlman təşkilatlarının birləşməsinin zəruriliyi vurğulanırdı. Komitə bütün müsəlmanları şəxsi inciklikləri, ixtilafları unudub, milli-siyasi şüarlar ətrafında birləşməyə çağırırdı: "Əldə edilmiş azadlığı qorumaq və ondan məqsədə uyğun surətdə istifadə etmək üçün birləşmək lazımdır".

Müvəffəqiyyəti yalnız "İttihad və təşkilat yolunda" görən Komitənin qarşısına qoyduğu ən yaxın vəzifələrdən biri, özünün proqram məqsədlərini müəyyən etmək üçün ümummüsəlman qurultayını çağırmaq idi. Komitənin qurultay ərəfəsində Qafqaz müsəlmanlarına müraciətində deyilirdi:

Komitə ümummüsəlman qurultayı çağırılmadan, özünün milli-siyasi proqramını irəli sürməkdən imtina edir, lakin millətlərin mənafeyini ən yaxşı təmin edə Ardı »